Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-978/2020 28.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı təkrar doğum şəhadətnaməsinin verilməsi iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təkrar doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Gəncə şəhərində doğulmuş, anası X10 atası isə X1muşdur. O, doğulan zaman valideyinləri ona Gəncə (Kirovabad) şəhər VVAQ şöbəsində doğum haqqında şəhadətnamə almışlar. Lakin o, hazırda doğum haqqında şəhadətnaməsini itirmişdir. 1980-ci ildə X2 ilə rəsmi nikaha girmiş, birgə nikahlarından Təranə adlı bir qızları doğulmuşdur. Nikahın pozulması və qızları Təranənin doğum haqqında şəhadətnaməsində onun adı qeyd edilmişdir. O, Gəncə (keçmiş Kirovabad) şəhəri Toxuculuq Kombinatında işləmiş və işlədiyi müddətdə xx.xx.1983-cü il tarixdə ona şəkilli komsomol bileti verilmişdir. Həmin biletdə sənədin ona məxsus olması açıq-aydın görünür. 1963-cü illərə dair qeydiyyat şöbəsinin arxivi yerləşən Cavabdehndə onun doğum haqqında akt qeydi var. O, şəxsiyyət vəsiqəsi almaq istəmiş, ondan doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Lakin şəxsiyyət vəsiqəsi olmadığına görə Cavabdeh ona doğum haqqında şəhadətnamə verməkdən imtina etdiyi üçün şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Cavabdehin imtinasından sonra Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2019-cu il tarixli 2(043)-3805/2019 nömrəli qərardadı ilə ərizənin icraata götürülməsindən imtina edilmiş, həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-1091/2020 nömrəli qərardadı təmin edilməmişdir və həmin qərardadda doğum akt qeydindən çıxarışı müvafiq icra hakimiyyəti orqanına müraciət edərək əldə etməsi və bundan imtina olunduğu halda həmin orqanın üzərinə öhdəlik qoyulması barədə müvafiq məhkəməyə müraciət etməsi göstərilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2020-ci il tarixli 05/Q-1336 nömrəli məktubla məhkəmə prosesinin onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini xx.xx.1963-cü il tarixli doğum akt qeydindən çıxarış, şahidin ifadəsi, iddiaçının qızı Təranə Süleymanovanın xx.xx.2002-ci il tarixli AZ-İ 148306 nömrəli doğum haqqında şəhadətnaməsinin surəti və cavabdehin imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X4 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı doğum haqqında şəhadətnaməsini itirdiyi üçün şəxsiyyət vəsiqəsi ala bilmir. Cavabdehin xx.xx.2019-cu il tarixli xx/xx-1396 nömrəli məktubundan görünür ki, Cavabdeh arxivində yenidən yoxlama aparılmış və xx.xx.1963-cü il tarixli doğum haqqında akt qeydi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarının 9-cu bəndinə uyğun olaraq təkrar doğum haqqında şəhadətnəmə almaq üçün şəxsiyyətini təsdiq edən sənədlə cavabdeh orqana müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 02/2-2868/13 nömrəli məktuba əlavə edilmiş xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamənin akt qeydinin kserosurətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Gəncə (keçmiş Kirovabad) şəhərində doğulmuş, atası X5, anası X6muşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçı qardaşının arvadı olub, birlikdə Goranboy rayonunun Hazır-Əhmədli kəndində yaşamışlar və onların birgə nikahlarından Təranə adlı bir qız övladları var. O, hazırda Gəncə şəhərində qardaşı Məcid isə Goranboy rayonunun Hazır-Əhmədli kəndində yaşayırlar. Qardaşı iddiaçı ilə üç il birlikdə ailəli olublar və məhkəmənin qətnaməsi ilə nikahları pozulmuşdur. O, təsdiq edir ki, İddiaçıdır. İş materiallarına əlavə edilmiş xx.xx.20200-ci il tarixli AZ-İ 148306 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1981-ci il tarixdə Gəncə (keçmiş Kirovabad) şəhərində doğulmuş, ata qrafasında atası X2, ana qrafasında isə anası İddiaçı qeyd edilmişdir. Məhkəmə iddiaçının doğum haqqında şəhadətnaməsinin verilməsi üçün yetərli əsasların olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminart verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:- - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, ğvladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqlarıərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. - 162.2.-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- - 1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 2.1-ci bəndində qeyd olunmuşdur ki, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Beləliklə işin faktiki hallarına, şahid ifadəsinə və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, doğum akt qeydinin aparılmasına dair iddiaçının ilkin sənədləri olduğundan o, təkrar doğum haqqında şəhadətnamənin verilməsini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-cimassələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-978/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-978/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver