Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-979/2025 24.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi, torpaq sahəsinə və fərdi yaşayış evinə dair çıxarışın verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, onun vəkil olan nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X24 və üçüncü şəxslərin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X29 və X35) 0.4849 ha torpaq sahəsinə dair verilmiş **********60 reyestr nömrəli çıxarışın ləğv edilərək, həmin ünvanda yerləşən 0.3883 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən sahəsi 338.1 kv.m olan fərdi yaşayış evinə dair iddiaçının adına çıxarışın verilməsi, çıxarışın verilməsinə görə ödədiyi 1015 manatın, hüquqi yardıma görə ödədiyi 320 manatın və vurulmuş mənəvi zərərə görə 5000 manat pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən 0.58 ha həyətyanı torpaq sahəsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Səmkir rayon şöbəsi tərəfindən X30, X18 və İddiaçı adlarına xx.xx.2000-ci il tarixli, JN-496F saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir.
2. Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə mümayəndəliyinin xx.xx.2012-ci il tarixli, 966 saylı arayışında fərdi yaşayış evinin X30 tərəfindən 1969-cu ildə inşa edildiyi qeyd edilmişdir.
3. xx.xx.2012-ci il tarixli, 2v-03-1325 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2000-ci ildə vəfat etmiş X12 vərəsələri X18 və İddiaçı Sulltan oğludur. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DƏDRX-nin Şəmkir Ərazi İdarəsinin vermiş olduğu xx.xx.2012-cı il tarixli, **********54 nömrəli arayışa əsasən mərhum X19 aid Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0.58 ha həyatyanı torpaq sahəsinin 1/3 hissəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 113.0 kv. m, köməkçi sahəsi 51.7 kv. m, ümumi sahəsi 164.7 kv. m olan Liter "A", yaşayış sahəsi 101.0 kv. m, köməkçi sahəsi 72.4 kv. m, ümumi sahəsi 173.4 kv. m, olan Liter "B" və sahəsi 172.0 kv. m olan Liter " C" (əl damı-quş damı), sahəsi 24.0 kv m olan Liter "E" (hamam), sahəsi 11.8 kv. m olan Liter "Ç" (anbar), sahəsi 12.0 kv. m olan Liter "F' (ayaqyolu), sahəsi 167.0 kv. m olan qurğu İ (talvar), sahəsi 134.0 kv. m olan qurğu İİ (talvar), sahəsi 39.0 kv. m olan qurğu İİİ çardaq), sahəsi 123.0 kv. m olan qurğu İV (talvar), sahəsi 4.8 kv. m olan V (çardaq), sahəsi 21.5 kv.m olan qurğu Vİ (çardaq), sahəsi 1.8 kv. m olan qurğu Vİİ (ayaqyolu) olar fərdi yaşayış evindən ibarətdir.
4. xx.xx.2012-ci il tarixli miras payın bağışlanmasına dair müqavilədən görünür ki, X18 mərhum X13 miras qalmış əmlakdan ona düşən payın İddiaçı bağışlamışdır.
5. RX Seriyalı ******* saylı, xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində tam və evin yerləşdiyi 0,58 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 2/3 hissədə, X7 mülkiyyət hüququ isə torpaq sahəsi üzərində 1/3 hissədə qeyd edilmişdir.
6. xx.xx.2020-ci il tarixli, 2v-223 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X7 vərəsəsi X36 miras qalmış əmlakdan 1/2 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Seriya RX ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ünvanında yerləşən 0,58 ha torpaq sahəsinin X8 düşən hissəsidir.
7. xx.xx.2020-ci il tarixli 2v-223 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqınde şəhadətnamədən görünür ki, X7 vərəsəsi İddiaçı miras qalmış əmlakdan 1/2 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Seriya RX ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ünvanında yerləşən 0,58 ha torpaq sahəsinin X8 düşən hissəsidir.
8. xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, X3 Şəvaim Məsim qızından qalmış miras payını İddiaçı bağışlamışdır.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.58 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 338.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Əliyev X26 rayonu, Dəllər-Cəyir kəndi, İsrafil Məmmədov küçəsi, 18 saylı ünvanda mülkiyyətində olan 0,58 ha torpaq sahəsindən 0,0951 hissəni X14 bağışlamışdır.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0.4849 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 338.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 17 avqust 2021-ci il tarixli, **********67 saylı "Daşınmaz əmlakın dövlət reyestrindən" arayışında göstərilmişdir ki, Şəmkir rayonu, Dəllər Cəyii kəndində yerləşən fərdi yaşayış evinə dair X12 adına xx.xx.1987-ci il tarixli 77 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi 0.58 ha həyətyan torpaq sahəsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Səmkir rayon şöbəsi tərəfindər X30, X18 və X15 adlarına xx.xx.2000-ci il tarixli, JN-496F saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə mümayəndəliyinin xx.xx.2012-ci il tarixli, 966 saylı arayışında fərdi yaşayış evinin X30 tərəfindən 1969-cu ildə inşa edildiyi qeyd edilmişdir. Qeyd edilən sənədlər əsasında dövlət notariat kontoruna təqdim etmək üçün xx.xx.2012-ci il tarixli 31/1886 nömrəli reyestrdən arayış verilmişdir.
13. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1719/2021 nömrəli qətnaməsi ilə cavabdehlər X9, X29 və X20 İddiaçı mükiyyətində olan Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən ümumi sahəsi 338.10 kv.metr olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-73/2023 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3015/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilsə də, Şəmkir rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılmışdır.
14. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-2509/2021 nömrəli qətnanməsi ilə iddiaçılar X16, X20, X5 cavabdehlər İddiaçı, X25, üçüncü şəxslər X14, X21 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı "həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras əmlak üzərində miras paylar haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras payların bağışlanmasına dair bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmin miras əmlak üzərində mülkiyyət hüququna dair Çıxarışların ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə qaytarılması, həmin miras əmlaka qanun üzrə 1-ci növbə vərəsə tanınma, miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdakı payların müəyyən edilməsi" tələblərinə dair iddiaları təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1007/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı X5 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar X16 və X20 apelyasiya şikayətləri qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(076)-2509/2021 saylı qətnaməsinin iddianın X6 miras qalmış əmlaka görə cavabdehlər İddiaçı və X25 Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2v-223 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X22 miras payını İddiaçı bağışlamasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə, 3M-461 saylı reyestrlə qeydə alınmış miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, həmin miras mülkə iddiaçılar X29 və X20 X17 1-ci növbə vərəsəsi kimi payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmaları, həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının və mirasdakı paylarının müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılması, iddia həmin hissədə təmin edilməsi, X7 vərəsəsi kimi X22 və İddiaçı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2v-223 reyesrlə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X22 X6 qalmış miras payını İddiaçı bağışlamasına dair xx.xx.2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, X6 miras qalmış ünvan 4 ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinin iddiaçılar X29 və X35 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində X20, 0,0483 ha hissəsində isə X16 payının müəyyən edilməsi, iddiaçılar X29 və X20 apelyasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5909/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
15. İddiaçı Şəmkir rayonu, Dəllər kəndində yerləşən fərdi yaşayış evinə ünvan verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli 3-21- 3-40/2594/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat və **********60-10301 reyestr nömrəli çıxarış Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1007/2022 nömrəli icra sənədi əsasında ləğv edilmişdir. Bu səbəbdən də sözügedən fərdi yaşayış evinə ünvan verilməsi ilə bağlı ərizənin icrası tərəflərindən mümkün olmamışdır.
16. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********60 reyestr nömrəli ********** və ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Dəllər Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.4849 ha torpaq sahəsinin 0.3883 ha hissəsi üzərində İddiaçı paylı mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə, 0.0483 ha hissəsi üzərində X16 və 0.0483 ha hissəsi üzərində isə X20 paylı mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
17. İddiaçı Şəmkir rayonu, Dəllər kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2586/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evinin üzərində mübahisəli hal mövcuddur və bununla da bağlı hüquqların dövlət reyestrində qeydiyyata alınmasına həmin fərdi yaşayış evinin torpaq sahəsinə dair təqdim etdiyi **********60 reyestr nömrəli "Çıxarış"da adları (payları) qeyd olunan vətəndaşların (payçıların) notarial qaydada razılıq ərizələri təqdim edilməmişdir. Həmçinin, sözügedən fərdi yaşayış evinin hüquqların dövlət reyestrində qeydiyyata alınmasına, həmin fərdi yaşayış evinin torpaq sahəsinə dair təqdim edilmiş **********60 reyestr nömrəli "Çıxarış"da adı (payı) qeyd olunan X16 etibarlı nümayəndəsi X9 maraqlı şəxs qismində xx.xx.2024-cü il tarixli, daxilolma ********** nömrəli şikayət məktubu ilə etiraz etmişdir. Qeyd olunan məktubda sözügedən fərdi yaşayış evi üzərində mübahisəli halın olması səbəbindən, məhkəmə qaydasında iddianın qaldırıldığı qeyd edilmişdir. Bundan başqa, yerində müayinə baxışı zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evinin 0.1214 ha zəbt torpaq sahəsi mövcuddur və qeyd olunan evin 24.0 kv.metr hamam tikilisi, 4.8 kv.metr çardaq qurğusu, 57.6 kv/metr hasar hissəsi, 4.7 kv.m külfə tikilisi və digər 122.9 kv.metrlik çardaq tikilisi həmin zəbt sahəsinə düşür. Bu səbəbdən də, sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.
18. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1007/2022 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 1007/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə cavabdeh İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş və həmin qətnaməyə izah verilməsindən imtina edilmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1007/2022 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 1007/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin ərizəsi geri qaytarılmışdır.
20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-40/2- 4212/2024 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəsi tərəflərindən icra edilərək, Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11-də yerləşən 0.4849 ha torpaq sahəsinə dair 0.3883 ha onun, 0.0483 ha X16 və 0.0483 ha isə X20 adına **********60 reyestr nömrəli çıxarış verilmişdir. Belə ki, sözügedən çıxarışın əldə edilməsi üçün etdiyi ödəniş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş qaydada ödənilmişdir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5388 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli **********60 reyestr nömrəli çıxarış əsasında iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Dəllər-Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.4849 ha həyətyanı torpaq sahəsindən iddiaçılar X16 və X20 paylarının naturada ayrılması texniki cəhətdən mümkündür. Həmin torpaq sahəsinin 0.0966 ha hissəsinin naturada bölgüsü iddiaçıların payına uyğundur. Mübahisəli torpaq sahəsindən iddiaçılar X16 mülkiyyətində olan 0.0483 ha torpaq payının və X20 mülkiyyətində olan 0.0483 ha torpaq payının iddiaçıların yaşadıqları evin həyətinə giriş qapısının sağ tərəfindən naturada ayrılıb onlara təhvil verilməklə bölünməsi mümkündür. Tərəflərin payları naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunması üçün hər hansı məhdudiyyət yaranmayacaq. Torpaq sahəsinin mümkün olan variantda bölgüsü zamanı cavabdehə məxsus yaşayış evinə alternativ olaraq həmin istiqamətdə cavabdehin payına düşən hissədən olmaqla yeni gediş-gəliş yolu açılmalıdır. Mütəxəssis rəyində göstərilən qaydada torpaq sahəsinin mümkün olan variantda bölgüsü zamanı görüləcək yenidənqurma işlərində istifadə olunmuş materiallar dəqiqliklə müəyyən edildikdən sonra dəyərləndirilə bilər.
22. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-6597/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı adına Milli Qeydiyyat Sistemində Şəmkir rayonu üzrə fərdi yaşayış evi aşkar edilmədi.
23. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2- 7181/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı verilmiş 22 iyul 2020-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarış Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 saylı gətanaməyə əsasən tam ləğv edilmişdir. Belə ki, sözügedən qətnamədə İddiaçı verilmiş 22 iyul 2020-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 saylı qətnaməsinə əsasən "Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0.4849 ha torpaq sahəsinin 0.3883 ha hissədə İddiaçı, 0.0483 ha hissədə X20, 0.0483 ha hissəsində isə X16 payı müəyyən edilməsi" qət edimişdir. Fərdi yaşayış evinin qeydiyyatı barədə məhkəmə qətnaməsində heç bir məlumat verilməmişdir. Fərdi yaşayış evinin qeydiyyatı aparılması üçün torpaq mülkiyyətçisinin razılığı verilməlidir. Belə ki, tikilinin hansı torpaq payçısının mülkiyyətində olan ərazisinə düşdüyü müəyyən olunmayıb, naturada bölgü aparılmayıb və ərazidə mübahisəli hal var.
24. 16.02.2024-cü il tarixli 12997 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 320 manat pul ödənilmişdir.
25. 22.04.2024-cü il tarixli 63478 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən ƏMDX-yə xidmət haqqı olaraq 955.00 manat pul ödənilmişdir.
26. 22.04.2024-cü il tarixli 63526 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən ƏMDX-yə xidmət haqqı olaraq 60 manat pul ödənilmişdir. II. Məhkəmədə icraat
27. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 0.4849 ha torpaq sahəsinə dair verilmiş **********60 reyestr nömrəli çıxarışın ləğv edilərək, həmin ünvanda yerləşən 0.3883 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən sahəsi 338.1 kv.m olan fərdi yaşayış evinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar X29, X35 və X9 cavabdehlər İddiaçı, X25, üçüncü şəxslər X14, X21 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı "həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən ibarət miras əmlak üzərində miras paylar haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras payların bağışlanmasına dair bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmin miras əmlak üzərində mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə qaytarılması, həmin miras əmlaka qanun üzrə 1-ci növbə vərəsə tanınma, miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdakı payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəmsinə müraciət edərək, ünvan 7 ünvanında yerləşən, mərhum X10 miras qalmış fərdi yaşayış evi tam halda və 0,58 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlaka dair X8 və İddiaçı Şəmkir rayon 1 saylı Notariat-Ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2v-03-1325 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməklə ləğv edilməsi, həmin miras əmlakda İddiaçı və X7 payları üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi, X7 həmin miras əmlak hesab edilən 0,58 ha-dan ibarət həyətyanı torpaq sahəsinin 1/3 hissəsini və mərhum əri Sultan Əliyevə tam mülkiyyət hüququ ilə məxsus olmuş, fərdi yaşayış evindəki payının İddiaçı bağışlamasına dair Şəmkir rayonu 1 saylı notariat ofisində xx.xx.2012-ci il tarixdə, 3M-02-303 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız esab edilməsi, X7 həmin miras əmlak üzrə payına cavabdehlər İddiaçı və Azad Əliyevin qanun üzrə 1-ci növbə vərəsə tanınmaları barədə Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən adlarına verilmiş xx.xx.2020-ci il tarixli, 2v-223 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X22 həmin mirasdakı payını etibarnamə üzrə nümayəndəsi X31 vasitəsi ilə İddiaçı bağışlamasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə, 3M-461 saylı reyestrlə qeydə alınmış miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, miras mülkün ilkin vəziyyətinə qaytarılması, həmin miras mülkə iddiaçıların X17 1-ci növbə vərəsəsi kimi payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmaları, həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının və mirasdakı paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar X16 və X20 apelyasiya şikayətləri qismən təmin edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(076)-2509/2021 saylı qətnaməsi iddianın X6 miras qalmış əmlaka görə cavabdehlər İddiaçı və X25 Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2v-223 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X22 miras payını İddiaçı bağışlamasına dair Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə, 3M-461 saylı reyestrlə qeydə alınmış miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı bütöv miras əmlak üzərində tam mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, həmin miras mülkə iddiaçılar X29 və X20 X17 1-ci növbə vərəsəsi kimi payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmaları, həmin miras əmlakı faktiki olaraq qəbul etmələri faktının və mirasdakı paylarının müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə təmin edilmiş, X7 vərəsəsi kimi X22 və İddiaçı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2v-223 reyesrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmiş, X22 X6 qalmış miras payını İddiaçı bağışlamasına dair xx.xx.2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilə etibarsız hesab edilmiş, X6 miras qalmış Şəmkir rayonu, Dəllər-Cəyir kəndi, İsrafil Məmmədov küçəsi ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinin iddiaçılar X29 və X35 tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş, Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmiş, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində X20, 0,0483 ha hissəsində isə X16 payı müəyyən edilmişdir. İddiaçılar X29 və X20 apelyasiya şikayətləri qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqan tərəfindən qətnamə düzgün qaydada icra edilməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində "Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmiş qeyd edilməsinə, yəni, sözügedən çıxarış yalnız torpaq sahəsinə aid hissədə ləğv edilsə də, cavabdeh orqan çıxarışı tamamilə ləğv edərək torpaq sahəsinə dair ayrıca çıxarış vermiş, evə dair isə çıxarış verməkdən X1 fərdi yaşayış evinin dövlət reyestrində qeydə allnmasına etiraz etdiyi üçün imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ona çıxarış verilmədiyi üçün hazırkı vaxta qədər onun qaldırdığı "evdən çıxarılma" tələbinə dair qanuni qüvvəsini almış Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsi hazırkı vaxta qədər icrasız qalmışdır. Göründüyü kimi, cavabdeh İdarənin imtinası onun Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə tənzimlənən məhkəmə müdafiə hüququnu pozur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
30. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “0.4849 ha torpaq sahəsinə dair verilmiş **********60 reyestr nömrəli çıxarışın ləğv edilərək, həmin ünvanda yerləşən 0.3883 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən sahəsi 338.1 kv.m olan fərdi yaşayış evinə dair iddiaçının adına çıxarışın verilməsi, çıxarışın verilməsinə görə ödədiyi 1015 manatın, hüquqi yardıma görə ödədiyi 320 manatın və vurulmuş mənəvi zərərə görə 5000 manat pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
31. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
32. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
33. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
34. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
35. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
36. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
37. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X29 və X35 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
38. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş,
39. İddiaçı, onun vəkil olan nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X24 və üçüncü şəxslərin nümayəndəsi X9 məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
40. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (bu qərarın 24-cü bəndi).
41. Üçüncü şəxslərin nümayəndəsinin iddiaya yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 01 iyul 2022-ci il tarixli 2(104)-1004-1007/2022 saylı tələbkar İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Dəllər Cəyir kəndindıə yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.4849 ha torpaq sahəsinə dair verilmiş 22 iyul 2020-ci il tarixli ********** qeydiyyat və **********560-13101 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Həmin qətnamə Şəmkir rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tam icra olunmuşdur. Onun uşaqları atalarından qalan miras əmlaka qanun üzrə birinci növbə vərəsə tanınıb və payları müəyyən olunub. Bu barədə Daşınmaz Əmlak Xidmətinin Şəmkir 11 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli çıxarışı mövcuddur və həmin çıxarışın surətini təqdim edir. Uşaqlarının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün və İddiaçı qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payların naturada bölünüb təhvil verilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişlər. İddia tələbləri üzrə Şəmkir Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2(076)-2205/2024 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmış, iş üzrə rəy verilməsi üçün mülki iş materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Bildirmək istəyir ki, çıxarılmalarına dair verilmiş xx.xx.2021-ci il tarixli 2-1(102)-5909/2022 saylı qərar və Şəmkir Rayon Məhkəməsinin 2(076)-1719/2021 saylı xx.xx.2023-cü il tarixli icra sənədi Azərbaycan Respublikası Qanununun 40.4-cü maddəsinə əsasən Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dəyanət Məmmədov və İcra probasiya şöbəsinin rəisi kiçik Ədliyyə müşaviri Xəyal Əlizadə tərəfindən verilmiş xx.xx.2024-cü il 297069/2023-15 saylı qərarı ilə Şəmkir Rayon Məhkəməsinə icrası mümkün olmayan qərar kimi geri qaytarılmışdır. Həmin icra sənədinin qaytarılması haqqında qərarın surətini təqdim edir. Hesab edir ki, İddiaçı və onun vəkili Nümayəndə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı və üçüncü şəxs qismində onlara qarşı 0.4849 ha torpaq sahəsinə paylı mülkiyyıtı dair verilmiş **********560 reyestr nömrəli çıxarışın ləğvi əsassızdır.
42. İddiaçı və onun vəkil olan nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
43. Cavabdeh orqanın nümayəndəsi X24 şifahi məhkəmə baxışı iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və onun rədd edilməsini xahiş etmişdir.
44. Üçüncü şəxslərin nümayəndəsi X9 şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, iddia tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
45. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2000-ci il tarixli, JN-496F saylı "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə; - Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə mümayəndəliyinin xx.xx.2012-ci il tarixli, 966 saylı arayışı; - xx.xx.2012-ci il tarixli, 2v-03-1325 reyesrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; - xx.xx.2012-ci il tarixli miras payın bağışlanmasına dair müqavilə; - RX Seriyalı ******* saylı, xx.xx.2012-ci il tarixli çıxarış; - xx.xx.2020-ci il tarixli, 2v-223 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; - xx.xx.2020-ci il tarixli 2v-223 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqınde şəhadətnamə; - xx.xx.2020-ci il tarixli müqavilə; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - xx.xx.2020-ci il tarixli müqavilə; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 17 avqust 2021-ci il tarixli, **********67 saylı "Daşınmaz əmlakın dövlət reyestrindən" arayışı; - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1719/2021 nömrəli qətnaməsi; - Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-73/2023 saylı qətnaməsi; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3015/2023 nömrəli qərarı; - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-2509/2021 nömrəli qətnanməsi; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1007/2022 nömrəli qətnaməsi; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5909/2022 nömrəli qərarı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2594/2024 nömrəli imtina məktubu; - 16.02.2024-cü il tarixli 12997 nömrəli qəbz; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il qeydiyyat tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarış; - 22.04.2024-cü il tarixli 63478 nömrəli qəbz; - 22.04.2024-cü il tarixli 63526 nömrəli qəbz; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli 3-21-3- 40/2586/2024 nömrəli imtina məktubu; - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1007/2022 nömrəli qərardadı; - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1007/2022 nömrəli qərardadı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-40/2- 4212/2024 nömrəli məktubu; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5388 nömrəli ekspert rəyi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-6597/2024 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-40/2- 7181/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
46. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
47. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı 0.4849 ha torpaq sahəsinə dair verilmiş **********60 reyestr nömrəli çıxarışın ləğv edilərək, həmin ünvanda yerləşən 0.3883 ha torpaq sahəsinə və torpaq sahəsinin üzərində yerləşən sahəsi 338.1 kv.m olan fərdi yaşayış evinə dair onun adına çıxarışın verilməsini xahiş edir.
48. Hansı ki, ləğvi tələb edilən çıxarış Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1007/2022 nömrəli qətnaməsinin icrası qaydasında DƏDKR 11 saylı Ərazi İdarəsi tərəfindən verilmişdir.
49. İddiaçının mübahisəsinin faktiki əsasını o hallar təşkil edir ki, məhkəmə qətnaməsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0.4849 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsinə baxmayaraq, Ərazi İdarəsi qətnaməni icra edərkən icradan kənara çıxma halına yol verərək, mübahisəli torpaq sahəsində yerləşən ümumi sahəsi 338.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı qeydiyyatını da, yəni çıxarışı tam olaraq ləğv etmişdir. Halbuki, qətnamədə ev mübahisə predmeti olmamışdır. Cavabdeh orqan sözügedən qətnaməni yalnış icra edərək, yalnız torpaq sahəsinə dair (paylı mülkiyyət kimi qeyd etməklə) çıxarış vermişdir. İddiaçı tərəf həmin vaxt cavabdeh orqana evin çıxarışda qeyd edilməməsinin mübahisəsini etmiş, 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən əvvəlcə torpaq sahəsinə dair çıxarış verilməli olmasını, ardınca isə İddiaçı evi onun mülkiyyəti kimi qeyd etməklə yeni çıxarış veriləcəyini vəd etdiyi üçün yalnız torpaq sahəsinə çıxarış verilməsi ilə razılaşmışlar. Sonradan isə 11 saylı Şəmkir Ərazi İdarəsi evə dair nə yeni çıxarış vermiş, nə də əvvəlki verdiyi çıxarışa düzəliş etməmişdir. İddiaçı tərəfin üçüncü şəxsə qarşı evdən çıxarılma tələbinin təmin olunmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır, lakin cavabdeh orqan evə dair hissədə çıxarışı ləğv etdiyi üçün icra şöbəsi həmin qətnaməni icra edilməyən məhkəmə qərarı kimi geri qaytarmış və əsas kimi qeyd etmişdir ki, sözügedən evə dair iddiaçının çıxarışı tam ləğv edilmişdir.
50. Cavabdeh orqan çoxsaylı məktublarında həmin halı qəbul edərək, qeyd etmişdir ki, məhkəmə qətnaməsinin icrası nəticəsində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış tam ləğv olunmuşdur.
51. Cavabdeh orqan bu hərəkətini onunla əsaslandırır ki, sözügedən qətnamədə İddiaçı verilmiş 22 iyul 2020-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(104)-1007/2022 saylı qətnaməsinə əsasən "Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0.4849 ha torpaq sahəsinin 0.3883 ha hissədə İddiaçı, 0.0483 ha hissədə X20, 0.0483 ha hissəsində isə X16 payının müəyyən edilməsi" qət edilmişdir. Fərdi yaşayış evinin qeydiyyatı barədə məhkəmə qətnaməsində heç bir məlumat verilməmişdir. Fərdi yaşayış evinin qeydiyyatının aparılması üçün torpaq mülkiyyətçisinin razılığı verilməlidir. Belə ki, tikilinin hansı torpaq payçısının mülkiyyətində olan ərazisinə düşdüyü müəyyən olunmayıb, naturada bölgü aparılmayıb və ərazidə mübahisəli hal var. Sözügedən fərdi yaşayış evinin üzərində mübahisəli hal mövcuddur və bununla da bağlı hüquqların dövlət reyestrində qeydiyyata alınmasına həmin fərdi yaşayış evinin torpaq sahəsinə dair təqdim etdiyi **********60 reyestr nömrəli "Çıxarış"da adları (payları) qeyd olunan vətəndaşların (payçıların) notarial qaydada razılıq ərizələri təqdim edilməmişdir. Həmçinin, sözügedən fərdi yaşayış evinin hüquqların dövlət reyestrində qeydiyyata alınmasına, həmin fərdi yaşayış evinin torpaq sahəsinə dair təqdim edilmiş **********60 reyestr nömrəli "Çıxarış"da adı (payı) qeyd olunan X16 etibarlı nümayəndəsi X9 maraqlı şəxs qismində xx.xx.2024-cü il tarixli, daxilolma ********** nömrəli şikayət məktubu ilə etiraz etmişdir.
52. Məhkəmə iddiaçının həmin hissədə dəlilləri ilə razılaşaraq, qeyd edir ki, cavabdeh orqan tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1007/2022 saylı qətnaməsi icra olunarkən icradan kənara çıxma halı olmuş və cavabdehin bu hərəkətləri qanunauyğun olmamışdır.
53. Belə ki, əvvəla, mübahisəli olunan evə dair mövcud olan sənədlərlə həmin evin hüquqi vəziyyəti belə müəyyən edilir ki, sözügedən ev X30 tərəfindən 1969-cu ildə inşa edilmişdir. Həmin evin yerləşdiyi Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən 0.58 ha həyətyanı torpaq sahəsi isə JN-496F saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında X30, X18 və İddiaçı mülkiyyətinə verilmişdir. X30 xx.xx.2000-ci ildə vəfat etmiş və xx.xx.2012-ci il tarixli, 2v-03-1325 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri kimi X18 və İddiaçı Sulltan oğlu müəyyən edilməklə, onlar Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0.58 ha həyatyanı torpaq sahəsinin 1/3 hissəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 113.0 kv. m, köməkçi sahəsi 51.7 kv. m, ümumi sahəsi 164.7 kv. m olan Liter "A", yaşayış sahəsi 101.0 kv. m, köməkçi sahəsi 72.4 kv. m, ümumi sahəsi 173.4 kv. m, olan Liter "B" və sahəsi 172.0 kv. m olan Liter " C" (əl damı-quş damı), sahəsi 24.0 kv m olan Liter "E" (hamam), sahəsi 11.8 kv. m olan Liter "Ç" (anbar), sahəsi 12.0 kv. m olan Liter "F' (ayaqyolu), sahəsi 167.0 kv. m olan qurğu İ (talvar), sahəsi 134.0 kv. m olan qurğu İİ (talvar), sahəsi 39.0 kv. m olan qurğu İİİ çardaq), sahəsi 123.0 kv. m olan qurğu İV (talvar), sahəsi 4.8 kv. m olan V (çardaq), sahəsi 21.5 kv.m olan qurğu Vİ (çardaq), sahəsi 1.8 kv. m olan qurğu Vİİ (ayaqyolu) olar fərdi yaşayış evindən irs almışlar. xx.xx.2012-ci il tarixdə miras payın bağışlanmasına dair müqaviləyə əsasən X18 mərhum X13 miras qalmış əmlakdan ona düşən payı İddiaçı bağışlamış və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə, evin yerləşdiyi 0,58 ha torpaq sahəsinin 2/3 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ, torpaq sahəsinin 1/3 hissəsində X7 mülkiyyət hüququ qeydə alınaraq, bu barədə RX Seriyalı ******* saylı, xx.xx.2012-ci il tarixli çıxarış tərtib edilmişdir. Daha sonra X18 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və xx.xx.2020-ci il tarixli, 2v- 223 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri kimi X36 və İddiaçı müəyyən edilməklə, onlar Seriya RX ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ünvanında yerləşən 0,58 ha torpaq sahəsinin X8 düşən hissəsindən hər biri ½ hissədə irs almışlar. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən isə X3 Şəvaim Məsim qızından qalmış miras payını İddiaçı bağışlamış və bununla da ünvan 2 ünvanında yerləşən 0.58 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 338.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra İddiaçı xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanda mülkiyyətində olan 0,58 ha torpaq sahəsindən 0,0951 hissəni X14 bağışlamış və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 0.4849 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 338.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
54. Hazırkı iş üzrə üçüncü şəxslər və onların anası olan nümayəndələri mübahisəli evə dair X12 ölümündən sonrakı bütün hüquqmüəyyənedici sənədləri məhkəmədə mübahisələndirmişlər və məhkəmə qətnaməsi ilə (Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1007/2022 nömrəli qətnaməsi) X7 vərəsəsi kimi X22 və İddiaçı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2v-223 reyesrlə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X22 X6 qalmış miras payını İddiaçı bağışlamasına dair xx.xx.2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, X6 miras qalmış ünvan 4 ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinin iddiaçılar X29 və X35 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində X20, 0,0483 ha hissəsində isə X16 payının müəyyən edilməsi qət edilmiş, qalan hissədə isə iddia təmin edilməmişdir.
55. İddianın təmin edilməyən hissəsi – ünvan 9 ünvanında yerləşən, mərhum X10 miras qalmış fərdi yaşayış evinin tam halda və 0.58 ha həyətyanı torpaq sahəsinin 1/3 hissədəndən ibarət miras əmlaka dair X8 və İddiaçı Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2v-03-1325 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməklə ləğv edilməsi, həmin miras əmlakda X18 və İddiaçı payları üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi, X7 həmin miras əmlak hesab edilən 0.58 ha-dan ibarət həyətyanı torpaq sahəsinin 1/3 hissəsini və mərhum əri Sultan Əliyevə tam mülkiyyət hüququ ilə məxsus olmuş fərdi yaşayış evindəki payının İddiaçı bağışlanmasına dair Şəmkir rayonu 1 saylı notariat ofisində xx.xx.2012-ci il tarixində 3M-02-303 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbindən ibarət olmuşdur.
56. Həmin hissədə iddianın təmin edilməməsinin əsası kimi məhkəmə qeyd etmişdir ki (qətnamənin 7-ci vərəqi, 1-ci abzas), X12 ölümündən sonra mirası birinci növbə vərəsələrdən X18 və İddiaçı qəbul etmişlər. İddiaçılar X10 miras qalmış əmlakı vərəsəsi olduqları X32 tərəfindən də faktiki qəbul edildiyini iddia etsələr də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişlər. Belə ki, işin faktiki hallarına əsasən X4 Federasiyasının vətəndaşı olmaqla, işin mübahisəsiz halı kimi 2010-cu il tarixədək daimi olaraq Rusiya Federasiyasında yaşamışdır. Buna görə də məhkəmə kollegiyası iddiaçıların X10 miras qalmış əmlakın X32 tərəfindən faktiki qəbul edilməsi və buna müvafiq olaraq da X11 miras qalmış əmlakın onlar tərəfindən faktiki qəbul etmələri ilə bağlı dəlillərini əsassız hesab etmişdir.
57. Məhkəmə kollegiyası beləliklə, hesab etmişdir ki, mərhum X17 mərhum atası X10 miras qalmış əmlakı faktiki qəbul etməsi iş materialları ilə sübut olunmamaqla, həmin hissədə birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
58. Yəni, mülki işə baxan apellyasiya instansiya məhkəməsi mərhum X12 ölümündən sonra miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair hissədə iddianı təmin etməmişdir. Hansı ki, mərhum X12 ölümündən sonra miras qalmış əmlak 0.58 ha torpaq sahəsinin 1/3 hissəsi və onun üzərində yerləşən fərdi yaşayış evi olmuşdur. X18 vəfat etmədən əvvəl mərhum X13 miras qalmış əmlakdan ona düşən payı İddiaçı bağışlamış və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə, evin yerləşdiyi 0,58 ha torpaq sahəsinin 2/3 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ, torpaq sahəsinin 1/3 hissəsində X7 mülkiyyət hüququ qeydə alınaraq, bu barədə RX Seriyalı ******* saylı, xx.xx.2012-ci il tarixli çıxarış tərtib edilmişdir.
59. Həmin işə baxan məhkəmə yalnız X7 ölümündən sonra miras qalmış əmlaka dair verilmiş hüquqmüəyyənedici sənədləri ləğv etmiş və mərhum X17 X6 əvvəl ölməsi və onun övladlarının məhz X6 miras əmlakdan atalarına çatası paydan miras almaq hüquqlarının olması, habelə miras əmlakı faktiki qəbul etmələri halına istinad etmişdir.
60. Göründüyü kimi, məhkəmə mübahisəli evlə bağlı məsələyə baxarkən X32 və övladlarının X12 ölümündən sonra miras qalmış əmlakı faktiki olaraq qəbul etmədikləri üçün onları X12 vərəsəsi hesab etməmiş, yalnız X7 ölümündən sonra miras qalmış əmlaka dair paylarını müəyyən etmişdir ki, həmin əmlak da 0.58 ha torpaq sahəsinin X8 məxsus 1/3 hissəsindən ibarət olmuşdur.
61. Başqa sözlə, mübahisə olunan fərdi yaşayış evi X6 deyil, X10 miras qalmış əmlak olmuşdur ki, X17 və onun övladlarının sonuncunun vərəsəsəi olması müəyyən edilməmişdir. X12 ölümü ilə həmin ev və yerləşdiyi torpaq sahəsinin 1/3 hissəsi X18 və İddiaçı miras kimi mülkiyyətinə keçməklə, sonradan X2 Sultan Səməd oğlundan miras qalmış həmin evi və torpaq sahəsinin 1/3 hissəsini oğlu İddiaçı bağışlamış və mübahisə olunan ev İddiaçı mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır.
62. Məhz buna görə məhkəmə qətnaməsinin nəticə hissəsində də X7 vərəsəsi kimi X22 və İddiaçı miras qalmış əmlakdan 1/2 (ikidə bir) hissədə pay almasına dair xx.xx.2020-ci il tarixli, 2v-223 reyestrlə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X22 X6 qalmış miras payını İddiaçı bağışlamasına dair xx.xx.2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməsi, X6 miras qalmış ünvan 4 ünvanda yerləşən 0,58 ha torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinin iddiaçılar X29 və X35 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 0,4849 ha torpaq sahəsinin 0,3883 ha hissəsində İddiaçı, 0,0483 ha hissəsində X20, 0,0483 ha hissəsində isə X16 payının müəyyən edilməsi qət edilmişdir.
63. Yəni, bu qərarın 59, 60, 61-ci bəndlərdə sadalanan hallara görə məhkəmə qətnaməsi ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli qeyd və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Şəmkir rayonu, Dəllər Cəyir kəndində 0,4849 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququna dair hissədə ləğv edilmişdir.
64. Buna baxmayaraq, 11 saylı Şəmkir Ərazi İdarəsi həmin çıxarışı torpaq sahəsinə münasibətdə deyil, bu barədə heç bir əsas olmadan tam olaraq ləğv etmiş, bununla da İddiaçı mübahisəli torpaq sahəsinin üzərində yerləşən 18 saylı evin üzərində mülkiyyət hüququna dair qeydiyyatı ləğv olunmuşdur.
65. Eyni zamanda, 11 saylı Şəmkir Ərazi İdarəsi torpaq sahəsinə dair yeni çıxarış verərkən evə dair qeydiyyat aparmamış, yalnız iddiaçı və üçüncü şəxslərin torpaq sahəsinin payları üzərində hüquqlarını qeydə almışdır.
66. Ərazi İdarəsinin bu qərarın 51-ci bəndində göstərilən dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, hətta Ərazi İdarəsi çıxarışı tam ləğv edəcəyi halda belə, bu halda daşınmaz əmlakın hüquqi vəziyyəti əvvəlki vəziyyətinə qayıtmalı idi.
67. Yəni, 22 iyul 2020-ci il qeydiyyat tarixli, ********** nömrəli reyestr qeydindən əvvəl mübahisəli əmlaka dair RX Seriyalı ******* saylı, xx.xx.2012-ci il tarixli reyestr qeydi mövcud idi, hansı ki, həmin qeydlə də mübahisə olunan ev İddiaçı adına qeydə alınmış idi.
68. Bu isə o deməkdir ki, Ərazi İdarəsi çıxarışın tam ləğvini həyata keçirdiyi halda belə, fərdi yaşayış evinin İddiaçı miras üzrə keçməsinə və bağışlanmasına dair sənədlər ləğv edilmədiyi üçün, həmin sənədlərin ləğvinə dair hissədə iddia rədd edildiyi üçün yeni çıxarış verərkən də sözügedən evi İddiaçı adına qeyd etməli (əvvəlki qeydiyyat hüquqi qüvvəsini almalı) idi.
69. Məhkəmə xüsusilə qeyd edir ki, 11 saylı Şəmkir Ərazi İdarəsinin sözügedən fərdi yaşayış evinin üzərində mübahisəli halın mövcudluğu halına istinad etməsi isə tamamilə absurddur, ona görə ki, məhz İdarənin qətnaməni icra edərkən qanunauyğun olmayan davranışı nəticəsində bu mübahisəli hal yaranmışdır. Çünki həmin qətnamə icra olunanadək sözügedən ev İddiaçı adına qeydə alınmış və evlə bağlı tərəflər arasındakı mübahisə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1719/2021 nömrəli qətnaməsi ilə öz həllini tapmış idi. Lakin çıxarışın tam ləğvi həmin mübahisənin həllinə dair məhkəmə qətnaməsinin icrasını da mümkünsüz etmişdir. Belə ki, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilsə də, evin üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyatı ləğv edildiyindən Şəmkir rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılmışdır.
70. Məhkəmə qətnaməsinin düzgün icra edilməməsini görən İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1007/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə həmin məhkəməyə ərizə ilə müraciət etmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1007/2022 nömrəli qərardadı ilə və həmin qətnaməyə izah verilməsindən imtina edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, qətnamədən görünür ki, onun məzmunundakı hüquqi terminlərdə anlaşılmamazlıq mövcud deyil və qrammatik cəhətdən bütün cümlələrin mənası aydındır. Çünki, ləğv edilmiş hüquqmüəyyənedici sənədlərin hansı hissədə ləğv olunmasını qətnamədən aydın şəkildə müəyyən etmək mümkündür.
71. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız aparılmışdırsa və bunun nəticəsində həmin daşınmaz əmlak üzərində hüquqlarına toxunulmuş şəxs əsassız qeydiyyatı mübahisələndirməyə haqlıdır.
72. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
73. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək Xidmətin vəzifələri sırasına daxildir.
74. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarını iş materialları ilə əlaqəli şəkildə təhlil edən məhkəmənin qənaətinə görə, Şəmkir rayonu, Dəllər Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.4849 ha torpaq sahəsinə dair verilmiş **********60 reyestr nömrəli çıxarış düzgün şəkildə verilmədiyindən, həmin qeydiyyat məhkəmə qətnaməsinin icrasından kənara çıxmaqla aparıldığından ləğv edilməli, Şəmkir rayonu, Dəllər Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.3883 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən sahəsi 338.1 kv.m olan fərdi yaşayış evi İddiaçı adına, 0.0483 ha torpaq sahəsi X16 və 0.0483 ha torpaq sahəsi X20 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
75. İddiaçının digər tələbləri isə çıxarışın verilməsinə görə ödədiyi 1015 manatın, hüquqi yardıma görə ödədiyi 320 manatın və vurulmuş mənəvi zərərə görə 5000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsindən ibarətdir.
76. İddiaçı həmin tələbini onunla əsaslandırır ki, cavabdeh orqanın düzgün və hüquqauyğun olmayan davranışı nəticəsində yenidən məhkəmə çəkişmələrinə cəlb edilmiş, bununla bağlı hüquqi yardıma görə vəkilə xidmət haqqı olaraq 320 manat pul ödəmiş, eyni zamanda bütün bunlar üçüncü şəxslə gərginlik yaşamasına və nəticədə əsəb, stress çəkməsinə səbəb olmuşdur ki, vbu da ona mənəvi zərər vurmuşdur. Həmçinin, düzgün olmayan çıxarışın verilməsinə görə 1015 manat xidmət haqqı da dəməyə məcbur edilmişdir.
77. İş materiallarına əlavə edilmiş qəbzlərlə həqiqətən də təsdiq olunur ki, İddiaçı tərəfindən hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 320 manat pul ödənilmişdir. İddiaçı tərəfindən ƏMDX-yə xidmət haqqı olaraq 955.00 manat və 60 manat olmaqla, cəmi 1015 manat pul ödənilmişdir.
78. Məhkəmə hesab edir ki, həmin tələb hüquqi yardıma görə 320 manat və xidmət haqqına görə 60 manatın ödənilməsinə münasibətdə təmin edilməlidir.
79. 955 manat xidmət haqqının geri qaytarılması ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh tərəfindən düzgün olmasa da, iddiaçının adına torpaq sahəsinə dair hüquqları qeydiyyata alınaraq çıxarış verildiyindən, iddia həmin hissədə təmin edilməməlidir.
80. Məhkəmə iddia tələbinin 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. İddiaçı tələbində 5000 manat mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdeh orqanın hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasına, mənəvi ziyan məbləğinin məhz 5000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
81. Bu baxımdan nəzərə alınmalıdır ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında qeyd edilir ki: “Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya"nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya"nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
82. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
83. Odur ki, məhkəmə maddi zərərlə bağlı tələbə münasibətdə qeyd edir ki, tələb həmin hissədə təmin edilməməlidir.
84. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.
85. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
86. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. Şəmkir rayonu, Dəllər Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.4849 ha torpaq sahəsinə dair verilmiş **********60 reyestr nömrəli çıxarış tam ləğv edilsin. Şəmkir rayonu, Dəllər Cəyir kəndində (Yeni qaydalarla: Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, giriş 11) yerləşən 0.3883 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən sahəsi 338.1 kv.m olan fərdi yaşayış evinin İddiaçı adına, 0.0483 ha torpaq sahəsinin X16 və 0.0483 ha torpaq sahəsinin X20 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. İddiaçının çıxarışın verilməsinə görə ödədiyi 60 manat xidmət haqqı və hüquqi yardıma görə ödədiyi 320 manat məbləğində vəsait Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva