Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-98/2025 20.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17in 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17in 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2021-ci il tarixdə aparılmış qeydə düzəliş edilərək, torpaq sahəsinin ölçüsünün 399 kv.m qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Kirovabad şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.1989-cu il tarixli, 3-1-21 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Kirovabad şəhəri, Oktyabrskaya (indiki Bəxtiyar Əliyev) küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evi X7 verilmişdir.
2. xx.xx.1989-cu il tarixli, 651-71 inventar nömrəli fərdi yaşayış evinə aid texniki pasportda torpaq sahəsinin ümumi sahəsi 622 kv.m təşkil etdiyi müəyyən olunmuşdur.
3. Kirovabad şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.1989-cu il tarixli, 2-1- 154 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Oktyabrskaya (indiki Bəxtiyar Əliyev) küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Camal qızına və X1.
4. Kirovabad şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.1989-cu il tarixli, 2-2- 168 reyestr nömrəli bölgü müqaviləsinə əsasən Oktyabrskaya (indiki Bəxtiyar Əliyev) küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Camal qızı ilə X8 arasında bölünmüşdür.
5. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.1989-cu il tarixə tərtib olunmuş texniki pasportda evin torpaq sahəsinin faktiki ölçüsü 331,0 kv.m göstərilmişdir.
6. Həmin evə dair (Bəxtiyar Əliyev küçəsi, ev 59) xx.xx.1992-ci il tarixə tərtib olunmuş texniki pasportda evin torpaq sahəsinin faktiki ölçüsü 399,0 kv.m göstərilmişdir.
7. Həmin evə dair xx.xx.2021-ci il tarixinə tərtib edilmiş texniki pasportda isə evin sənəd üzrə və faktiki torpaq sahəsinin ölçüsü 360 kv.m qeyd edilmişdir.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanında yerləşən 0.0360 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 89.70 kv.m fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-V-00xx-xx/2023 nömrəli məktubunda bildirilmişdir ki, müraciəti ilə bağlı ona məxsus fərdi yaşayış evinin yerləşdiyi və hər tərəfdən fiziki sərhədlərlə təcrid edilmiş torpaq sahəsinə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilmiş, torpaq sahəsinin bütün döngə nöqtələrinin faktiki koordinatları yerində götürülmüşdür. Ölçmə işləri nəticəsində müəyyən edilmişdir ki, ona məxsus torpaq sahəsinin ümumi sahəsi 351 kv.m təşkil edir. Müraciətində qeyd olunan məsələnin həlli üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qurumlara müraciət etmək tövsiyyə edilir.
10. Məhkəmənin xx.xx.2023-cü il qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, faktiki olaraq daxili divarlara istinadən 360.0 kv.m, xarici divarlara istinadən isə 399.0 kv.m təşkil edir. 2) Həmin fərdi yaşayış evinə dair İddiaçı adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli texniki pasportda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 399.0 kv.m, 20.08.21-ci il tarixli texniki pasportda isə 360.0 kv.m göstərilmişdir. Araşdırma nəticəsində, xx.xx.1989cu il tarixli texniki pasportda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 399.0 kv.m olduğu qeyd olunsa da, həmin texniki pasportun planında göstərilən ölçülərə istinadən, torpaq sahəsinin 360.0 kv.m olduğu müəyyən olundu. Belə ki, xx.xx.1989-cu il tarixli texniki pasportun qüsurlu işləndiyi müəyyən olundu. 3) İddiaçı adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli texniki pasportda göstərilən 399.0 kv.m (plana istinadən 360.0 kv.m) torpaq sahəsinin hər hansı subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmadı.
11. Məhkəmənin xx.xx.2024-cü il qərardadı ilə əldə edilmiş əlavə mütəxəssis rəyində göstərilmişdir ki: 1) ünvan 2 ünvanında mövcud olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, faktiki olaraq daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edildi. Əlavə olaraq qeyd edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alnmaqla daxili divarlara istinadən 7.30 metr uzunluğunda daş hasar mövcuddur (bax plan 1). 2) Həmin ünvanda mövcud olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin faktiki ölçüsü və konfiqurasiyası ilə, həmin ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair 1989-cu il tarixli texniki pasport sənədində göstərilən torpaq sahəsinin ölçü və konfiqurasiyası arasında uyğunsuzluq halı aşkarlandı. Belə ki, 1989-cu il tarixli texniki pasport sənədində torpaq sahəsinin faktiki ölçüsü 209.0 kv.m göstərilmiş, tərəflərindən aparlan ölçmə işləri nəticəsində isə torpaq sahəsinin ölçüsünün daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edilmişdir. 3) 1989-cu il tarixli texniki pasport sənədində torpaq sahəsinin faktiki ölçüsü 209.0 kv.m göstərilmiş, tərəflərindən aparılan ölçmə işləri nəticəsində isə torpaq sahəsinin ölçüsünün daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edilmişdir. Elektron kadastr məlumat bazasına istinadən, ünvan 3 ünvanında mövcud olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, başqa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkarlanmadı. 4) ünvan 2 ünvanında və ünvan 4 ümumi torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmadan 564.08 kv.m təşkil edir. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmaqla daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m təşkil edir. Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmaqla daxili divarlara istinadən 358.8 kv.m, xarici divarlara istinadən isə 361.4 kv.m təşkil edir. Əlavə olaraq qeyd edilir ki, Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmaqla daxili divarlara istinadən 7.75 metr uzunluğunda daş hasar mövcuddur.
12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 117.30 kv.m fərdi yaşayış evi üzərində X5 xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinin mülkiyyət növü “dövlət”, təyinatı (kateqoriyası) “Yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir.
13. Məhkəmə tərəfindən mübahisəli daşınmaz əmlakların yerində müayinəsi həyata keçirilmiş və müəyyən edilmişdir ki, üçüncü şəxsə məxsus evin yerləşdiyi torpaq sahəsi iddiaçının evinin yerləşdiyi torpaq sahəsi ilə həmsərhəddir. İddiaçının üçüncü şəxsin barı çəkməklə onun sahəsinə müdaxilə etdiyini iddia etdiyi hissələrdə mişar daşından hasar çəkilmiş, lakin həmin hasar əvvəldən mövcud olmuş hasar sökülmədən, iddiaçının evinə perpendikulyar düz xətt boyunca olan hissədə köhnə qırmızı daşların üst hissəsinə əlavə edilməklə tikilmiş, iddiaçının evinə paralel olan hissədə isə köhnə qırmızı daşların qabağından çəkilmişdir. Üçüncü şəxsin təqdim etdiyi fotoşəkillərlə müəyyən edilir ki, iddiaçının evinə paralel olan hissədə yerləşmiş hasarın yenisi tikilməzdən əvvəlki vəziyyət üzrə sərhəd iddiaçıya məxsus su çəninin yerləşdiyi hissədən olmuşdur. Baxış zamanı həmçinin müəyyən edilir ki, hazırkı vəziyyət üzrə də iddiaçıya məxsus su çəni iki torpaq sahəsinin sərhəddində iddiaçıya məxsus sahədə yerləşir. Həmin su çəni iddiaçıya məxsus sahədə yerləşən köməkçi tikilinin (toyuq hininin) üzərində yerləşir. Hinin daxilində isə ara sərhəddi olan köhnə qırmızı kərpiclər hələ də mövcuddur. II. Məhkəmədə icraat
14. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin verdiyi xx.xx.2021-ci il tarixli **********38-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın qanunsuz sayılmaqla əvəzində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx-xx-1992-ci il tarixli, 3273 nömrəli sərəncamına uyğun olaraq, əvvəlki 399,0 kv.m torpaq sahəsi ilə hüququnun dövlət qeydiyyatına alınmaqla çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı ünvan 7 ünvanındakı mülklərinə yeni çıxarışın verilməsini xahiş etmişlər. Sonra 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisləri gəlib torpaq sahəsində texniki ölçü aparıb, torpaq sahəsinə və daşınmaz əmlaka dair reyestr nömrəsi **********38- 20301, qeydiyyat nömrəsi ********** saylı çxarış, xx.xx.2021-ci il tarixli, inventar nömrəsi 59271 saylı texniki pasport vermişlər. Dövlət müstəqillik əldə edəndən sonra 1992-ci ildə verilən sənədlə yeni verilən sənədin çizgidəki ölçülərini tutuşdurduqda müəyyən edilmişdir ki, əvvəlki torpaq sahəsi 399,0 kv.m olduğu halda, indiki sxemdə torpaq sahəsini azaldaraq 360,0 kv.m qeyd etmişlər. Halbuki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 14- X-1992-ci il tarixli, 3273 N-li sərəncamına əsasən torpaq sahəsi ölçülərək 399.0 kv.m qeyd edilmişdir. Lakin, indiki reyestr nömrəsi **********38-10301, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli çıxarışı 360,0 kv-m qeyd edərək, təxminən 39.0 kv.m torpaq sahəsini faktiki qonşunun ərazisinə qatmışlar. Hətta axırıncı 22 may 2023-ci il tarixli rəsmi müraciətlərinə cavab olaraq gəlib təkrar ölçü apararaq, bir az da azaldaraq 351 kv.m kimi qeyd etmişlər. Bu mütəxəsisslərin hərəkətlərindən məlum olur ki, hər dəfə baxış keçirdikcə özəl torpaq sahəsi getdikcə azalır. 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Fizuli İsayev xx.xx.2023-cü il tarixli məktubunda da təsdiq edir ki, onlara məxsus torpaq sahəsinin ümumi sahəsi 351 kv.m təşkil edir. Müraciətlərində qeyd olunan məsələnin həlli üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qurumlara müraciət etmək tövsiyyə edilir. Əvvəlki rəis Xəyal İsmayılov isə xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, "Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş **********38-10301 reyestr nömrəli texniki pasportun əslini idarəyə təqdim edəciyi tədqirdə texniki pasportda uyğunsuzluq aradan qaldırılaraq onlara təqdim ediləcəkdir". Ona məlum olmayan səbəbdən Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanda yerləşən özəl torpaq sahəsi DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən azaldılır. Bununla da onun əmlakı ilə bağlı hüquqlarım kobud surətdə pozulur. Aydınlıq üçün bildirirlər ki, qonşuları Əliyeva Lətifə ilə həm də qohum olduğu üçün həmin torpaq sahəsini birlikdə alıb, bölüb sənədləşdirmişlər. Həmin mübahisə predmeti olan aradakı əl damı bölgüdə onların ərazisinə düşmüşdür. Onlar qohumluq xatirinə onların müvəqqəti istifadə etməsi üçün razılıq vermişlər. Axırıncı sənədləşmədən sonra X10 həmin əl damını sökərək , 75 sm enində, 7,1 metr uzunluğunda onların ərazisinə düşən hissəsini, divarı da sökərək zəbt edib yeni hasar çəkmişdir. Onlar etiraz edərək onlara mane olduqda onlar üstlərinə hücum çəkmişlər, dava-dalaş salaraq onları daşa basmışlar. Bir neçə dəfə polisə müraciət etsələr də onlar barəsində heç bir tədbir görülməmişdir. (xx.xx.1992-ci ildə tərtib edilmiş texniki pasportdakı çizgilərlə, indiki texniki pasportdakı cizgiləri tutuşdurduqda aydın görünür ki, qonşu ilə sərhədləri 2 tərəfdən də qısaldılmışdır. O cümlədən gediş-gəliş yolu 3,55 metrdən 3 metrə, əl damı olan sərhəd isə 26 metrdən 24 metrə qədər qısaldılmışdır. Qonşunun torpaq sahəsi isə artmışdır. Onlar DƏDRX-nin 3 saylı Gəncə Ərazi idarəsinə, torpaq ölçüsünün uyğunsuzluğunun düzəldilməsi ilə əlaqədar dəfələrlə müraciət etsələr də onlara məxsus olan natarudakı əvvəlki 399,0 kv.m torpaq sahəsinin qaytarılması barədə dəqiq cavab vermirlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşlar.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
17. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2021-ci il tarixdə aparılmış qeydə düzəliş edilərək, torpaq sahəsinin ölçüsünün 399 kv.m qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
19. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
20. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
21. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
25. İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
26. Məhkəmə AR İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
27. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış sahəsinin bütün döngə nöqtələrinin faktiki koordinatları yerində götürülərək İddiaçı məxsus torpaq sahəsinin ümumi sahəsi 351 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bildirilir ki, Kirovabad şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.1989-cu il tarixli, 3-1-21 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Kirovabad şəhəri, Oktyabrskaya (indiki Bəxtiyar Əliyev) küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evi X7 verilmişdir. xx.xx.1989-cu il tarixli, 651-71 inventar nömrəli fərdi yaşayış evinə aid texniki pasportda torpaq sahəsinin ümumi sahəsi 622 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Kirovabad şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.1989-cu il tarixli, 2-1-154 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Oktyabrskaya (indiki Bəxtiyar Əliyev) küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Camal qızına və X1. Kirovabad şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.1989-cu il tarixli, 2-2-168 reyestr nömrəli bölgü müqaviləsinə əsasən Oktyabrskaya (indiki Bəxtiyar Əliyev) küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Camal qızı ilə X8 arasında bölünmüşdür. Qeyd olunan müqavilə əsasında İddiaçı Camal qızı adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 651-71 inventar nömrəli fərdi yaşayış evinə aid texniki pasportda torpaq sahəsinin uümumi sahəsi 333,1 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Qeyd olunan sənədlər əsasında İddiaçı Camal qızı adına xx.xx.2021-ci il tarixli, **********38-10301 reyestr nömrəli, ********** nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Odur ki, tərəflərindən aparılmış qeydiyyat tam əsaslıdır, hüquqların qeydiyyatı zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2023-cü il tarixli **********99 nömrəli cavab məktubu ünvanlanmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verillən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanunun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən dsa sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hesab edirlər ki, iddiaçının "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir.
28. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Kirovabad şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.1989-cu il tarixli, 3-1-21 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi; - xx.xx.1989-cu il tarixli, 651-71 inventar nömrəli fərdi yaşayış evinə aid texniki pasport; - Kirovabad şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.1989-cu il tarixli, 2-1-154 reyestr nömrəli alqı-satqı müqaviləsi; - Kirovabad şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.1989-cu il tarixli, 2- 2- 168 reyestr nömrəli bölgü müqaviləsi; - xx.xx.1989-cu il tarixə tərtib olunmuş texniki pasport; - xx.xx.1992-ci il tarixə tərtib olunmuş texniki pasport; - xx.xx.2021-ci il tarixinə tərtib edilmiş texniki pasport; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-V-00xx-xx/2023 nömrəli məktubu; - Mütəxəssis rəyləri; - Yerində müayinə protokolu.
Əsaslandırma hissəsi: VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
32. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Kirovabad şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.1989-cu il tarixli, 2-2-168 reyestr nömrəli bölgü müqaviləsinə əsasən Oktyabrskaya (indiki Bəxtiyar Əliyev) küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Camal qızı ilə X8 arasında bölünmüşdür. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.1989-cu il tarixə tərtib olunmuş texniki pasportda evin torpaq sahəsinin faktiki ölçüsü 331,0 kv.m göstərilmişdir. Həmin evə dair (Bəxtiyar Əliyev küçəsi, ev 59) xx.xx.1992-ci il tarixə tərtib olunmuş texniki pasportda evin torpaq sahəsinin faktiki ölçüsü 399,0 kv.m göstərilmişdir. Həmin evə dair xx.xx.2021-ci il tarixinə tərtib edilmiş texniki pasportda isə evin sənəd üzrə və faktiki torpaq sahəsinin ölçüsü 360 kv.m qeyd edilmişdir.
33. İddiaçı ona məxsus Gəncə şəhəri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 3273 nömrəli sərəncamına uyğun olaraq, ünvan 10 ünvanında yerləşən evin əvvəlki texniki pasportunda evin yerləşdiyi torpaq sahəsinin ölçüsünün 399,0 kv.m göstərilməsinə əsas gətirməklə, evə dair ona verilmiş çıxarışda torpaq sahəsinin ölçüsünün daha az - 360 kv.m göstərilməsini mübahisələndirir.
34. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddiaçının tələbini əsassız sayır.
35. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əsasında əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, faktiki olaraq daxili divarlara istinadən 360.0 kv.m, xarici divarlara istinadən isə 399.0 kv.m təşkil edir. Həmin fərdi yaşayış evinə dair İddiaçı adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli texniki pasportda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 399.0 kv.m, 20.08.21-ci il tarixli texniki pasportda isə 360.0 kv.m göstərilmişdir. Araşdırma nəticəsində, xx.xx.1989-cu il tarixli texniki pasportda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 399.0 kv.m olduğu qeyd olunsa da, həmin texniki pasportun planında göstərilən ölçülərə istinadən, torpaq sahəsinin 360.0 kv.m olduğu müəyyən olundu. Beləki, xx.xx.1989-cu il tarixli texniki pasportun qüsurlu işləndiyi müəyyən olundu. İddiaçı adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli texniki pasportda göstərilən 399.0 kv.m (plana istinadən 360.0 kv.m) torpaq sahəsinin hər hansı subyektin mülkiyyətində olan torpaq sahəsi ilə, üst-üstə düşmə halı aşkarlanmadı. Bundan sonra məhkəmə mütəxəssis tədqiqatının ünvan 6 və ünvan 11 ünvanlar üzrə aparılmasının mübahisəli məsələnin həlli baxımından əhəmiyyət kəsb etdiyini və xüsusi bilik tələb etdiyini nəzərə alaraq, həmin məsələnin aydınlaşdırılması üçün təkrar mütəxəssis rəyinin alınmasını zəruri hesab etmiş və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında mövcud olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, faktiki olaraq daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edildi. Əlavə olaraq qeyd edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alnmaqla daxili divarlara istinadən 7.30 metr uzunluğunda daş hasar mövcuddur. Həmin ünvanda mövcud olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin faktiki ölçüsü və konfiqurasiyası ilə, həmin ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair 1989-cu il tarixli texniki pasport sənədində göstərilən torpaq sahəsinin ölçü və konfiqurasiyası arasında uyğunsuzluq halı aşkarlandı. Belə ki, 1989-cu il tarixli texniki pasport sənədində torpaq sahəsinin faktiki ölçüsü 209.0 kv.m göstərilmiş, tərəflərindən aparlan ölçmə işləri nəticəsində isə torpaq sahəsinin ölçüsünün daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edilmişdir. 1989-cu il tarixli texniki pasport sənədində torpaq sahəsinin faktiki ölçüsü 209.0 kv.m göstərilmiş, tərəflərindən aparılan ölçmə işləri nəticəsində isə torpaq sahəsinin ölçüsünün daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edilmişdir. Elektron kadastr məlumat bazasına istinadən, ünvan 3 ünvanında mövcud olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, başqa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkarlanmadı. ünvan 2 ünvanında və ünvan 4 ümumi torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmadan 564.08 kv.m təşkil edir. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmaqla daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m təşkil edir. Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmaqla daxili divarlara istinadən 358.8 kv.m, xarici divarlara istinadən isə 361.4 kv.m təşkil edir. Əlavə olaraq qeyd edilir ki, Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi faktiki olaraq ara hasar nəzərə alınmaqla daxili divarlara istinadən 7.75 metr uzunluğunda daş hasar mövcuddur.
36. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 59 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi faktiki olaraq 360.0 kv.m təşkil edir.
37. İddiaçı iddia tələbinin əsası kimi qeyd etmişdir ki, qonşuları Əliyeva Lətifə ilə həm də qohum olduğu üçün həmin torpaq sahəsini birlikdə alıb, bölüb sənədləşdirmişlər. Həmin mübahisə predmeti olan aradakı əl damı bölgüdə onların ərazisinə düşmüşdür. O, qohumluq xətrinə onların müvəqqəti istifadə etməsi üçün razılıq vermişdir. Axırıncı sənədləşmədən sonra X10 həmin əl damını sökərək, 75 sm enində, 7,1 metr uzunluğunda onların ərazisinə düşən hissəsini, divarı da sökərək zəbt edib yeni hasar çəkmişdir. Nəticədə ona məxsus torpaq sahəsinin ölçüsü azaldılmışdır.
38. Halbuki, məhkəmə tərəfindən həm iddiaçıya, həm üçüncü şəxsə məxsus evlərin yerləşdiyi torpaq sahələri yerində müayinə edilmiş və müayinə zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsə məxsus evin yerləşdiyi torpaq sahəsi iddiaçının evinin yerləşdiyi torpaq sahəsi ilə həmsərhəddir. İddiaçının üçüncü şəxsin barı çəkməklə onun sahəsinə müdaxilə etdiyini iddia etdiyi hissələrdə mişar daşından hasar çəkilmiş, lakin həmin hasar əvvəldən mövcud olmuş hasar sökülmədən, iddiaçının evinə perpendikulyar düz xətt boyunca olan hissədə köhnə qırmızı daşların üst hissəsinə əlavə edilməklə tikilmiş, iddiaçının evinə paralel olan hissədə isə köhnə qırmızı daşların qabağından çəkilmişdir. Üçüncü şəxsin təqdim etdiyi fotoşəkillərlə müəyyən edilir ki, iddiaçının evinə paralel olan hissədə yerləşmiş hasarın yenisi tikilməzdən əvvəlki vəziyyət üzrə sərhəd iddiaçıya məxsus su çəninin yerləşdiyi hissədən olmuşdur. Baxış zamanı həmçinin müəyyən edilir ki, hazırkı vəziyyət üzrə də iddiaçıya məxsus su çəni iki torpaq sahəsinin sərhəddində iddiaçıya məxsus sahədə yerləşir. Həmin su çəni iddiaçıya məxsus sahədə yerləşən köməkçi tikilinin (toyuq hininin) üzərində yerləşir. Hinin daxilində isə ara sərhəddi olan köhnə qırmızı kərpiclər hələ də mövcuddur.
39. Göründüyü kimi, iddiaçının qeyd etdiyinin əksinə üçüncü şəxs tərəfindən mübahisəli torpaq sahələri arasında mövcud olmuş hasar və əl damı sökülməmiş, iddiaçının evinə perpendikulyar düz xətt boyunca olan hissədə köhnə qırmızı daşların üst hissəsinə əlavə edilməklə, yalnız hasarın hündürlüyü artırılmış, iddiaçının evinə paralel olan hissədə isə köhnə qırmızı daşların qabağından, yəni sərhəddən üçüncü şəxsin torpaq sahəsində aid olan hissədən çəkilmişdir.
40. Əldə edilmiş mütəxəssis rəyi ilə üçüncü şəxsin evinin torpaq sahəsinin 1989-cu il tarixli texniki pasport sənədində faktiki ölçüsü 209.0 kv.m göstərilsə də, torpaq sahəsinin ölçüsünün daxili divarlara istinadən 202.6 kv.m, xarici divarlara istinadən isə 205.2 kv.m olduğu müəyyən edilmişdir ki, bu da torpaq sahəsinin sonradan artmadığına, hasar çəkilən zaman iddiaçının torpaq sahəsinə müdaxilə edilmədiyinə dəlalət edir.
41. Belə olan halda məhkəmə hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda və xx.xx.2021-ci il tarixli texniki pasportda torpaq sahəsinin ölçüsünün 360 kv.m kimi qeyd edilməsi qanuni və əsaslı olmuşdur və bu əsasla iddiaçının tələbi təmin edilməməlidir.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
43. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva