Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-980/2024 13.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “torpaq sahəsinin sahiblik və istifadəyə verilməsi”nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1888-ci ildə Qasım-İsmayılov rayonu, Qızılhacılı kəndində anadan olmuş, Az.DSİ-nin məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli və onunla bağlı Zaq.Dsi-in məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli qərarları ilə güləllənməyə məhkum edilmiş, Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının xx.xx.1990-cı il tarixli qərarı ilə bəraət almış mərhum babası X9 həbs edilənədək xüsusi mülkiyyətində olmuş Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən 08 (səkkiz) desyatin ölçüdə torpaq sahəsindən qanunsuz istifadə etməsinə son qoyulması, həmin torpaq sahəsinin boşaldılaraq onun faktiki sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum X5 onun yəni, İddiaçı atası və repressiya qurbanı X6r. X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Vəkil sorğusuna Azərbaycan SSR Ali Məhkəməsinin Sədr müavini Gülzar xanım Rzayevanın xx.xx.1990-cı il tarixli 0-313/36 nömrəli cavab məktubunda göstərilir ki, Qasım- İsmayılov rayonu (indiki Goranboy rayonu), Qızıl-Hacılı kənd (indiki Qızılhacılı qəsəbəsi) sakini olmuş, evli, 42 yaşlı babası X8. DSİ-in Məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli qərarı ilə Azərbaycan SSR CM-in 79-cu maddəsi ilə təqsirli bilinib, 8 il müddətə konslager cəzasına məhkum edilmişdir. X3 həmin qərarla təyin edilmiş cəzanın növü Zaq. DSİ-in Məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli qərarı ilə dəyişdirilərək, yüksək cəza növü olan güllələnmə ilə əvəz edilmişdir. Cinayət işinin materiallarından aydın olmuşdur ki, həbs olunanadək babası X9 2 otaqlı şəxsi evi, 8 desyatin torpaq sahəsi, 1 inəyi və 2 atı olmuşdur. X9 əmlakının müsadirə olunmasına dair cinayət işində məlumat aşkar edilməmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının xx.xx.1990-cı il tarixli qərarı ilə Az. DSİ-in Məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli qərarı və Zaq. DSİ-in Məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli qərarı X3 münasibətdə ləğv edilmiş və onun əməlində cinayət tərkibi olmadığına görə iş üzrə icraata xitam verilmişdir. Bununla da ölümündən sonra X3 bəraət verilmişdir.Repressiya qurbanı olmuş X3 məhkəmənin qərarı ilə bəraət verildiyinə görə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində 0,21 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117,5 kv.m. olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi atası Mikayıl Həsənova qaytarılmışdır. Beləliklə, mərhum babası X7 miras qalmış daşınmaz əmlakın bir hissəsi atam Mikayıl Həsənov tərəfindən qəbul edilmişdir. Həmin fərdi yaşayış evini atası Mikayıl Həsənov xx.xx.2011-ci il tarixdə oğlu olaraq ona yəni, İddiaçı bağışlamışdır. Lakin, repressiya qurbanı olmuş babası X7 miras qalmış 2 otaqlı şəxsi ev onun oğlu Mikayıl Həsənova qaytarılsa da, miras əmlak olan yaşayış məntəqələri təyinatlı 8 desyatin torpaq sahəsinin də ona qaytarılması həmin vaxtdan 2022-ci ilin ortalarınadək orada cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi yerləşdiyinə görə mümkün olmamışdır. Həmin hərbi hissə 2022-ci ilin ortalarından oradan köçürülmüş və bununla da repressiya qurbanı olmuş babası X7 miras qalmış Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən yaşayış məntəqələri təyinatlı 8 desyatin torpaq sahəsi faktiki boşaldılmışdır. İddiaçı hesab edir ki, repressiya qurbanı mərhum babası X7 miras qalmış Goranboy rayonu, Qızılhacılı qəsəbəsindəki 8 desyatin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi vərəsəlik qaydasında üzərində mülkiyyət hüququ əldə etdiyi məhum babası X7 miras qalmış Goranboy rayonu, Qızılhacılı qəsəbəsindəki 8 desyatin ölçüdə torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulmalı, həmin torpaq sahəsini boşaldılıb , onun faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun « İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 №-li qərarında göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 18 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mütəxəssislər tərəfindən naturada çöl ölçmə işləri aparılmış və Tekuis məlumat bazası ilə müqayisə edilmişdir. Məlum olmuşdur ki, Tekuisə əsasən dövlət mülkiyyətinə aid olmaqla kateqoriyası sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sahəsidir hal-hazırda N saylı hərbi hissə fəaliyyət göstərir. Tekuisdə xüsusi təyinatlı yer kimi qeydə alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 03 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Notariat Arxivində və “Elektron Notariat” İnformasiya X1 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçı öz izahatında bildirmişdir ki, X12 onun babası olmuşdur, iş materiallarında olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun öz mülkiyyətindədir. Ali Məhkəmənin qərarında qeyd olunan iddiaçının babasına qaytarılmalı olan 8 desyatin torpaq sahəsinin arxiv sənədləri onda yoxdur yalnız onu qeyd edə bilir ki, Müdafiə Nazirliyinin “ N” saylı Hərbi Hissəsinin yerləşdiyi torpaq sahəsinin onun babasına aid olan 8 desyatin torpaq sahəsində yerləşməsini şahidlər təsdiq edə bilər. İş materialları ilə müəyyən olunduğu kimi iddiaçının X15 Həsənə məxsus olduğunu iddia etdiyi 8 desyatin torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici dəlilləri məhkəməyə təqdim etməmiş, həmçinin qeyd edilmiş 8 desyatin torpaq sahəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin yerləşdiyi ərazi olmasıda sənədlərlə təsdiq olunmamışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçının babasına aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair babasının titul sahibliyini və özünün babasının vərəsəsi olmasını aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin istifadə hüququnun ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Həmçinin inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1888-ci ildə Qasım-İsmayılov rayonu, Qızılhacılı kəndində anadan olmuş, Az.DSİ-nin məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli və onunla bağlı Zaq.Dsi-in məhkəmə iclası kollegiyasının xx.xx.1930-cu il tarixli qərarları ilə güləllənməyə məhkum edilmiş, Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının xx.xx.1990-cı il tarixli qərarı ilə bəraət almış mərhum babası X9 həbs edilənədək xüsusi mülkiyyətində olmuş Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən 08 (səkkiz) desyatin ölçüdə torpaq sahəsindən qanunsuz istifadə etməsinə son qoyulması, həmin torpaq sahəsinin boşaldılaraq onun faktiki sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-980/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-980/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver