Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-981/2020 23.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərarın və aktın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi 5 nəfər işçinin işləməsinə dair əmək müqaviləsinin qüvvəyə minməməsi ilə bağlı operativ vergi yoxlaması nəticəsində qərar qəbul etmişdir. Fəaliyyəti zamanı tərəfindən hec bir vaxt vergi qanunvericiliyinin tələblərini pozmamış, lakin əsassız olaraq cavabdeh tərəfindən onun barəsində maliyyə sanksiyası və vergi məsuliyyətinə cəlb olunması barədə operativ vergi yoxlamasına dair **********1974 saylı qərar və akt tərtib edilərək göndərilmişdir. Həmin qərar və akt özü-özlüyündə etibarsızdır. Belə ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdən aparılan bütün əməliyyatlar qanuni şəkildə icra olunmuş, istehsal sahəsində işləyən işçilərin hər biri ilə əmək qanunvericiliyinin tələbinə uyğun şəkildə əmək müqaviləsi bağlamış və onların məcburi dövlət ayırmaları müəyyən olunmuş qaydada icra olunmuşdur. Akta adı göstərilən X3 adlı şəxs “xxxxxxxxx” kiçik müəssəsinin işçisidir, X13 isə fiziki şəxs kimi fəaliyyət göstərir, həm də həmin vaxt “xxxxxxxxx” kiçik müəssəsinin işçisi olub. Aktda göstərilən adı yazılan 3 nəfəri isə ümumiyyətlə tanımır, onun işçiləri deyil. Vergi əməkdaşları iddiaçının icarəyə götürdüyü iş yerinə gələn zaman o, xəstə olduğu üçün evdə olmuş, həmin vaxt iş yerində heç bir iş getməmişdir. Vergi əməkdaşları onu evdən çağırtdırmışlar və o iş yerinə gələrək əməkdaşlarən təklifi ilə xəstə olduğu və qohumu Məhəmmədəli müəllimin dediyi ücün göstərdikləri bütün sənədlərə imza atmışdır, lakin sənədlər ağ olmuş, heç bir yazı yazılmamışdır. İddiaçı yalnız beton sexini icarəyə götürmüşdür, həmin sahədə bir neçə istehsal sahəsi var və ola bilsin ki, həmin işçilər qeyd olunan obyektlərin işçiləri olmuşlar. Faktiki olaraq iddiaçı işləməmişdir və aktda göstərilən adamlar onun işçiləri olmamış, həmin şəxslərin adları akt imzalandıqdan sonra yazılmışdır. Bu səbəbdən də hesab edir ki, tərtib edilmiş akt və qərar etibarsız hesab edilməlidir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərarının ləğv edilməsinə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin icarə müqaviləsi beton zavodu əsasında işlədir, Zaməddin və Aslan yaxınlıqdakı başqa sexlərdə işləyirlər, onları tanıyır. Özünün isə 2 işçisi var, Anar Məhərrəmov və Elxan Nağıyev, onlar əvvəllərdə orada işləyiblər, yəni 2019-cu ilin dekabr ayında zavodu icarəyə götürəndə onlar həmin zavodda işləyirdilər. Yoxlama keçirilən dövrədək zavod beton istehsal etməyib, ona görə də həmin dövrdə işçiyə ehtiyacı olmayıb. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə “xxxxxxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxxxx” ASC özünə məxsus beton sexini İddiaçı icarəyə vermişdir. İddiaçı “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında” ərizəsi ilə sahəsi 10000 m2 olan Betonzavod vergi ödəyicisinin təsərrüfat subyekti kimi uçota alınmışdır. Göründüyü kimi həmin obyekt bütövlükdə İddiaçı tərəfindən icarəyə götürülmüşdür. İddiaçı isə iddia ərizəsində ancaq beton sexin icarəyə götürdüyünü, həmin sahədə bir neçə istehsal sahəsinin olduğunu qeyd etmişdir. İddiaçı təqdim etdiyi sadələşdirilmiş vergi hesabatlarına əsasən 2019-cu ilin 1-ci rübü üzrə 30000 manat, 2019-cu ilin 2-ci rübü üzrə 15000 manat, 2019-cu ilin 3-cü rübü üzrə 20600 manat, 2019-cu ilin 4-cü rübü üzrə 91800 manat dövriyyəsi olmuşdur. Lakin 2019-cu il üzrə İddiaçı tərəfindən təqdim olunmuş hesabatların muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması bölməsində işçi sayı göstərilməmişdir. Həmçinin, iddiaçının əmək müqaviləsi bildirişinin elektron bazasının məlumatlarından da görünür ki, operativ vergi nəzarətinin həyata keçirildiyi tarixə, yəni xx.xx.2020-ci il tarixə əmək müqaviləsi ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş işçisi olmamışdır. Əmək müqaviləsi bildirişinin elektron bazasında vergi ödəyicisinin, ümumiyyətlə, 2 nəfər işçisi xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, ondan əvvəlki dövrlərdə heç bir işçi qeydiyyata alınmamışdır. Yuxarıda qeyd olunanlardan da görünür ki, İddiaçı 2019-cu il üzrə cəmi 157400 manat dövriyyəsi olmuş, buna baxmayaraq heç bir işçi ilə əmək müqaviləsi bağlanılmamışdır. İddiaçı yoxlama dövründə heç bir işçisi olmadığını bildirsə də bəyannamədə qeyd edilən həcmdə dövriyyənin işçisiz həyata keçirilməsi mümkün deyil. Bu isə iddiaçının istehsal sahəsində işləyən işçilərin hər biri ilə əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə əmək müqaviləsi bağlaması iddiasının əsassız olduğunu göstərir. Şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun qaynıdır, xx xxxxxx 2020-ci il tarixdə vergi əməkdaşları ona zəng edərək Yaşarı axtardıqlarını bildirmişlər, o və Yaşar zavoda gəlmiş, orada vergi əməkdaşları tərəfindən təqdim olumuş sənədləri Yaşar imzalamışdır. Həmin sənədlər blank şəklində olmuş və heç bir qeyd olmamışdır. Həmin ərazidə vahid torpaq sahəsində onun və iddiaçının beton sexi var. İddiaçının 2-3 işçisi var, onlardan biri Anar adlı şəxsdir və o, həmin sexdə əvvəllər də işləyib. Şahid X13 ifadəsində bildirmişdir ki,o, “xxxxxxxxx” Kiçik Müəssisəsində 2019-cu ilin oktyabr ayından sürücü işləyir, həmin vaxtdan Yaşar da onlar kimi fəaliyyət göstərirdi. 2020-ci ilin fevral ayının 6-da vergi əməkdaşları iş yerinə gələrək akt yazmağa başladılar. O, “xxxxxxxxx” Kiçik Müəssisəsinin işçisi olduğunu bildirsə də onun da adı akta yazılmışdır. Onlar Yaşarla eyni xırdalayıcıdan növbə ilə istifadə edir, işləri qurtarandan sonra Yaşar öz işçiləri ilə gəlib çınqıl üyüdürlər. Şahid X3 ifadəsində bildirmişdir ki,o, 2018-ci ildən “xxxxxxxxx” Kiçik Müəssisəsində işləyir, qum-çınqıl qarışdırır, həm də Yaşarın işini görür, çünki Yaşar da özü material gətirir və onlar xırdalayıcıdan keçirirlər. Yaşarın özünün də Anar və Elxan adlı işçiləri var, onlar 2 ilə yaxındır Yaşarın işçiləridir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2019-cu il tarixli, 4AG7U3R000300 nömrəli Əmək müqaviləsi bildirişindən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə “xxxxxxxxx” Kiçik Müəssisəsi ilə müddətsiz əmək müqaviləsi bağlamışdır. -xx.xx.2020-ci il tarixli, 3WV8VEF000200 nömrəli Əmək müqaviləsi bildirişindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə “xxxxxxxxx” Kiçik Müəssisəsi ilə müddətsiz əmək müqaviləsi bağlamışdır. -Əmək müqaviləsi bildirişləri barədə məlumatdan görünür ki, X14 və X10 xx.xx.2020ci il tarixdə işəgötürən İddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlamışdır. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1231 nömrəli qərarından görünür ki, İddiaçı istifadəsində olan Betonzavoda operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 12 saylı ƏVBİ-nin xx.xx.2020-ci il tarixli, **********1231 nömrəli qərarının icrası zamanı İddiaçı istifadəsində olan Betonzavodda əmək müqaviləsi bağlamadan 5 nəfər fiziki şəxsin işə cəlb edilməsi faktı aşkar olunmuşdur. -xx.xx.2020-ci il tarixli, 003889 nömrəli akta əlavədən görünür ki, İddiaçı istifadəsində olan Betonzavodda operativ vergi nəzarəti nəticəsində X5, X6, X7, X8 və X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədənişlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyəyə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********1231 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan Betonzavoda operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əmək müqaviləsi bağlamadan 5 nəfər fiziki şəxsin, yəni X6, X7, X8 və X1 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli, 003889 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərarlaİddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyəyə cəlb edilmişdir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqdim edilmiş əmək müqaviləsindən görünür ki, Aslan Paşayev xx.xx.2019-cu il tarixdən, Zaməddin Abbasov isə xx.xx.2018-ci il tarixdən “xxxxxxxxx” Kiçik Müəssisəsinin işçiləridirlər. Eyni zamanda şahid ifadələrindən də göründüyü kimi iddiaçı və digər sahibkarlar eyni xırdalayıcıdan növbə ilə istifadə edirlər və aktda adı olan şəxslərdən Aslan və Zaməddinin digər sahibkarla əmək müqaviləsi bağlaması onların iddiaçının işlərinə kömək göstərilmələrini istisna etmir və bu hal hüquq pozuntusu hesab edilə bilməz. Aktda adı olan digər şəxslərdən isə izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Belə ki, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hal isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 7.11.2003-cü tarixli 5 nömrəli qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1974 nömrəli qərar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-981/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-981/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver