Məhkəmə qərarları › İş №2-1(114)-982/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-982/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-982/2020 22.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı müharibə iştirakçısı kimi ona müharibə veteranı adının verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etmiş, lakin həmin komissiya onun xx.xx.N993-cü il tarixdən xx.xx.N995-ci il tarixədək xidmət keçməsi barədə məlumat olmadığını qeyd edərək tələbini təmin etməmişdir. Bununla razılaşmayan iddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qeyd olunmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx N968-ci il tarixdə Bərdə rayonunun Gülgəzli kəndində anadan olmuşdur. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, 328 nömrəli əmrinə əsasən Bərdə rayon Hərbi Komissarlığından müddətdən artıq hərbi xidmətə çağırılmış bir qrup hərbi mükələfiyyətlilərin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, 3N nömrəli əmrinə əsasən hərbi hissənin N4-cü taborunda xidmət edən sıravi əsgər İddiaçı Cəlal oğlu xəstəliyi ilə əlaqədar olaraq müayinə və müalicəsi üçün Gəncə Hərbi Hospitalına göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. N7N nömrəli hərbi hissə komandirinin xx xxxx N995-ci il tarixli, N3 nömrəli nizami hissə üzrə olan əmrinə əsasən N93 nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün göndərilmiş sıravi əsgər İddiaçı Cəlal oğlu N7N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin xx xxxxxx N996-cı il tarixli müvafiq əmrinə və N7N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N996cı il tarixli, 35 nizami hissə üzrə olan əmrinə əsasən hərbi xidmət müddəti başa çatdığına görə sıravi əsgər İddiaçı Cəlal oğlu şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, müvafiq hərbi qeydiyyata düşməsi üçün Bərdə rayon Hərbi Komissarlığının sərəncamına göndərilmişdir. xx xxxxxx N993-cü il tarixdən xx xxxxxx N996-cı il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrində müddətdən artıq hərbi xidmət keçmiş sıravi əsgər kimi qeyd olunan dövrdə həmin hərbi xidməti dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliynin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası ona müharibə vetaranı vəsiqəsini verməkdən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə xx.xx.2020-ci il tarixli etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cəlal oğlu ərizəsində milli orduda xidmət keçməsinə dair dəqiq məlumatları göstərməklə Müdafiə Nazirliyinin Arxivinə müraciət etmiş və Arxiv İdarəsindən verilən xx.xx.20N9-cu il tarixli, 9/2-7890 nömrəli məktubda cavab olaraq bildirilmişdir ki, N №- li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 328 №-li əmrində Bərdə RHK-dan çağırılmış bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə edilmiş adlı siyahıda (məlumatda atasının adı “Canan” yazılmışdır) N968-ci il təvəllüdlü sıravi İddiaçı Canan oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 353 №-li əmrilə (əmrdə atasının adı Cəlal yazılmışdır) N4-cü taborda xidmət edən İddiaçı Cəlal oğlu xəstəliyi ilə əlaqədar olaraq müayinə və müalicə üçün Gəncə hərbi hospitalına göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. N93 №li hərbi hissədən göndərilmiş sıravi İddiaçı Cəlal oğlu N7N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci tarixli N3 №-li nizami hissə üzrə əmrilə (əmrdə atasının adı Cəlal yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xidmət müddəti başa çatdığına görə sıravi Əhmədov X2 nazirinin 24.0N,N996-cı il tarixli müvafiq əmrinə əsasən N7N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 35 №-li nizami hissə üzrə əmrilə (əmrdə atasının adı Cəlal yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Bərdə RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun 708saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsinə dair və sonradan xidmətini davam etdirilməsi üçün N93 nömrəli hərbi hissəyə göndərilməsi (xx.xx.N993-xx.xx.N995) barədə heç bir məlumat yoxdur. İddiaçı vəkili və nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəf təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: N. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.N, 35.N, 38.N maddələri). Məhkəmə hesab edir ki, iddiaçının məcburetmə haqqında iddiası mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 9/2-N7890 nömrəli, xx.xx.20N9-cu il tarixli arxiv arayışından və xx.xx.2020-ci il tarixli, 9/2-4NN7 nömrəli məktubundan görünür ki, N №- li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 328 №-li əmrində Bərdə RHK-dan çağırılmış bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə edilmiş adlı siyahıda (məlumatda atasının adı “Canan” yazılmışdır) N968-ci il təvəllüdlü sıravi İddiaçı Canan oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 353 №-li əmrilə (əmrdə atasının adı Cəlal yazılmışdır) N4-cü taborda xidmət edən İddiaçı Cəlal oğlu xəstəliyi ilə əlaqədar olaraq müayinə və müalicə üçün Gəncə hərbi hospitalına göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. N93 №-li hərbi hissədən göndərilmiş sıravi İddiaçı Cəlal oğlu N7N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci tarixli N3 №-li nizami hissə üzrə əmrilə (əmrdə atasının adı Cəlal yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xidmət müddəti başa çatdığına görə sıravi Əhmədov X2 nazirinin 24.0N,N996-cı il tarixli müvafiq əmrinə əsasən N7N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 35 №-li nizami hissə üzrə əmrilə (əmrdə atasının adı Cəlal yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Bərdə RHK-na göndərilmişdir. N №-li hərbi hissə komandirinin dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. İddiaçı barəsində amnistiya aktı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.20N9-cu il tarixli, Ə-3667 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx N968-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. -Azərbaycan Respublikasının Prokurorluğu Qarabağ Hərbi Prokurorluğunun xx.xx.20N9-cu il tarixli, N6/4993 nömrəli və xx.xx.2020-ci il tarixli, N8/2832 nömrəli məktublarından görünür ki, İddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli, 504 nömrəli arayışından görünür ki, N968-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.N986-cı il tarixdən xx.xx.N988-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. N №- li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 328 №-li əmrində Bərdə RHK-dan çağırılmış bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə edilmiş adlı siyahıda N968-ci il təvəllüdlü sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 353 №-li əmrilə N4-cü taborda xidmət edən İddiaçı xəstəliyi ilə əlaqədar olaraq müayinə və müalicə üçün Gəncə hərbi hospitalına göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. N93 №li hərbi hissədən göndərilmiş sıravi İddiaçı N7N №-li hərbi hissə komandirinin xx.xx.N995ci tarixli N3 №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xidmət müddəti başa çatdığına görə sıravi Əhmədov X3 nazirinin 24.0N,N996-cı il tarixli müvafiq əmrinə əsasən N7N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 35 №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Bərdə RHK-na göndərilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 823 nömrəli məktubundan görünür ki, xx.xx.N968-ci il təvəllüdlü Bərdə rayonu Gülgəzli kənd sakini İddiaçı qeydiyyat kartası ona məxsus olan NZ ******* nömrəli hərbi biletin əsasında yazılmışdır. Qeydiyyat kartasının xüsusi qeydlər bölməsində barəsində olan məlumatlar Qarabağ qarnizonu Hərbi Prokurorluğunun xx.xx.N998-ci il tarixli, N4/NN36 nömrəli məktubuna əsasən yazılmışdır. Məktubun saxlanma müddəti bitdiyi üçün qanuna müvafiq qaydada xx.xx.2007-ci il tarixdə akt tərtib edilərək məhv edilmişdir. Qarabağ Hərbi Prokurorluğu tərəfindən SHXÇDX-nin Bərdə rayon şöbəsinə göndərilən xx.xx.20N9-cu il tarixli, N6/4993 nömrəli məktuba əsasən vətəndaş X5 barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmadığı bildirilmişdir. -Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, HP0N\534 nömrəli məktubundan görünür ki, N968ci il təvəllüdlü İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının xx.xx.N993cü il tarixdən xx.xx.N995-ci il tarixədək xidmət keçməsi barədə məlumat olmadığını əsas gətirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etsə də, bunun hüquqi nəticəsini əks etdirən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iş materiallarında iddiaçının xx.xx.N993-cü il tarixdə xəstəliyi ilə əlaqədar olaraq müayinə və müalicə üçün Gəncə hərbi hospitalına göndərildiyi üçün qazan təminatından çıxarılması, N93 №-li hərbi hissədən göndərilmiş sıravi İddiaçı N7N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci tarixli N3 №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi və daha sonra Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən N7N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 35 №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Bərdə RHK-na göndərilməsi barədə məlumat vardır. İddia tələbinin hüquqi əsasını təşkil edən “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. X6 3-cü maddəsinin «Qeyd» hissəsində müharibə veteranı sayılmasının istisna edən hallar müəyyən edilərək göstərilmişdir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Adıçəkilən Əsasnamənin N-ci maddəsinin qeydində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.20N9-cu il tarixli, Ə-3667 nömrəli arayışından görünür ki, N968-ci il təvəllüdlü İddiaçı məhkumluğu və axtarışda olması barədə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və XN Məlumat Mərkəzində məlumat yoxdur. Yəni iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Göründüyü kimi iddiaçının müharibə veteranı sayılması üçün «Veteranlar haqqında» Qanunda müəyyən edilmiş dispozisiya şərtləri mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə hərbi biletlər və hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları “Müharibə veteranı” adı verilməsi üçün əsaslardan biridir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-in N4-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir. İPM-in N4.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etmişdir. İşin bu vəziyyətində, İPM-in N4.3-cü maddəsinə əsasən, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyyata buraxılmasını təkzib edən hər hansı bir sübut yoxdur, əksinə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması və qanuni əsaslarla ehtiyata buraxılması iş materiallarında öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bunun əksi şəxsin hüquqlarının inzibati və məhkəmə təminatının nəzərdə tutulduğu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinin pozulmasına səbəb olardı. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar