Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-985/2020 09.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X6, üçüncü şəxslər X1 və X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X3 və X5) şəxsiyyət vəsiqəsində ünvanın dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona yeni şəxsiyyət vəsiqəsi verilərkən yaşayış yerinin Gəncə şəhəri, Ə.Əliyev 75A kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət verilərkən ona “Forma 9” tipli şəxsiyyət vəsiqəsi verilmişdir və vəsiqədə qeydiyyat yeri ünvan 1 ünvanı kimi qeyd edilmiş və şəxsiyyət vəsiqəsi verilərkən iddiaçının anası X5 özünə məxsus ünvan 2 ünvana dair mülkiyyət sənədini təqdim etmişdir. Şəxsiyyət vəsiqəsində yanlışlığın düzəlməsi və ona yeni şəxsiyyət vəsiqəsi verilməklə qeydiyyat ünvanı ünvan 3 kimi göstərilməsi barədə cavbdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X3 və X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı hazırlıq icraatı iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, əvvəllər də ünvan 1 ünvanı olmamış, ev erməni evi olmuşdur, sonradan həmin ev anasına “A”, atasına isə “B” ünvanı ilə verilmişdir, özü isə 2010-cu ildən Gəncə şəhərində kirayədə yaşayır. İddiaçının vəkili X8 iddianı müdafiə etmişdir. Üçüncü şəxs X5 iddianı qəbul etməyərək bildirmişdir ki, hazırda həmin mənzil satılıb, ona görə Kənanın həmin evə dair ünvanla bağlı vəsiqə alması düzgün deyil, dəfələrlə oğlu Kənana təklif etmişdir ki, əgər vəsiqəsini dəyişmək istətirsə onun yeni mənzilinə qeydiyyata düşsün və yaşasın. Üçüncü şəxs X3 iddianı qəbul etməyərək bildirmişdir ki, o, evi qanuni yolla almışdır və mülkiyyətindədir. Ona görə də Kənanın vəsiqəsi dəyişərsə onun evinə qeydiyyata düşmüş olacaqdır, o, isə buna razı deyil. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı qeydiyyat ünvanı ünvan 5 kimi qeyd olunmuşdur. -DƏDRX-nin 3 saylı X10 xx.xx.2020-ci il tarixli, **********13 nömrəli məktubundan görünür ki, 3 saylı X10 elektron baza və arxiv məlumatlarına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 75 ünvanında qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi X1 adına dövlət qeydiyyatına alınmışdır. -********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi X1 adına dövlət qeydiyyatına alınmışdır. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli 120-4486M- 3220 nömrəli məktubun məzmunundan görünür ki, İddiaçı yaşayış yerinin Gəncə şəhəri, Ə.Əliyev 75A kimi qeyd olunması üçün həmin ünvanın ev sahibinin razılığı əsasında həyata keçirilə bilər, əks halda məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X4 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, müvafiq dövlət orqanı (DƏDRX-nin 3 saylı X11) tərəfindən verilmiş məlumata görə “Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 75” ünvanı ümumiyyətlə olmamışdır. Belə olan halda cavabdeh orqan iddiaçıya şəxsiyyət vəsiqəsi verərkən məlumatları tam araşdırmadan və aidiyyəti sənədlərə istinad etmədən ünvanla bağlı səhv qeydiyyat aparmışdır. Bu hal cavabdeh orqanın imtina aktında da öz əksini tapmışdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya yeni şəxsiyyət vəsiqəsi verilərkən yaşayış yerinin “ünvan 2” kimi qeyd olunması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasənAzərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməni və yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yeni şəxsiyyət vəsiqəsi verilərkən yaşayış yerinin “ünvan 2” kimi qeyd olunması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-985/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-985/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver