Məhkəmə qərarları › İş №2-1(114)-989/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-989/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-989/2020 17.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Qazax rayon şöbəsinə qarşı işlədiyi illərin dövlət qulluğu kimi hesablanması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsvirihissə: İddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 1987-1992-ci illər ərzində Qazax rayon Əlibayramlı (indiki Aslanbəyli) kənd icra nümayəndəsi işlədiyi illərin dövlət qulluğu kimi nəzərə alaraq pensiya təyinatına hesablanmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Ə s a s l a n d ı r m a h i s s ə: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə aid olan öhdəliyin icrası haqqında iddianın mümkünlük şərtlərinə əməl edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilməmişdir. Azərbaycan Respublikası Əmək və X1 nazirinin xx xxxxxx 2019-cu il tarixli, **********2 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 X2 İdarəsi haqqında” Əsasnamənin 2.1.2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan şəxslərə pensiyanın təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və pensiyalarının üzərinə qulluq stajına görə əlavələrin hesablanması Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 X2 İdarəsinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbə Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Qazax rayon şöbəsi cavab verməli olan inzibati orqan deyildir. Həmçinin, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və öhdəliyin icrası haqqında iddia qaldırmaq üçün ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməsi tələb olunur. İddiaçı hazırkı tələblə əvvəlcə Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 X2 İdarəsinə müraciət etməli, tələbi təmin olunmadığı halda onun məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmək imkanı yaranır. Ona görə məhkəmə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinin iddiaçıya təklif olunmasını zəruri hesab etmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. N ə t i c ə h i s s ə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Qazax rayon şöbəsinə qarşı işlədiyi illərin dövlət qulluğu kimi hesablanması tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar