Məhkəmə qərarları › İş №2-1(114)-99/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-99/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-99/2025 24.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.N0N3-cü il tarixdən orqanizmin funksiyalarının 31-60 faiz pozulması ilə bağlı əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı ilkin olaraq xx.xx.N016-cı il tarixdə 5 il müddətinə və xx.xx.N017-ci il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.

2. İddiaçı əlillik vəziyyəti xx.xx.N0NN-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina verilmişdir.

3. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.N0NN-ci il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.N0NN-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə **********6 nömrəli qərar qəbul edilmişdir.

4. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.N0N3-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər – G5N.7 – Kəllə sinirlərinin çoxsaylı zədələnməsi, Kəllə sinirlərinin çoxsaylı zədələnməsi; Yanaşı xəstəliklər – F33.3 – Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod.

5. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə həmin göndərişdəki diaqnozlar üzrə xx.xx.N0N3-cü il tarixdə qiymətləndirilərək Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.

6. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.N0N3-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.N0N3-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə 3-17-4/3-3-3394/N0N3 nömrəli qərar qəbul edilmişdir.

7. Məhkəmə-Tibbi Ekspertiza və XN T789/N0N3 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş "Üzvi mənşəli şəxsiyyət pozuntusu" diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Diaqnozda olan xəstəliklərlə əlaqədar onun hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Qeyd edilən diaqnoz (əsas xəstəlik və ağırlaşmaları) nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.N015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamədə, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0NN-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarların"da göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən meyarların hər hansı bir bəndini aid etmək mümkün olmadı.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N016-cı il tarixli 783 nömrəli qərarına əsasən iddiaçının “Revmatizm, qeyri-fəal dövr. Mitral qapaq çatışmazlığı. İ (birinci) funksional sinif ürək çatışmazlığı. Yüngül dərəcəli mikrorosferositar anemiya. Düyünlü ur, qalxanvari vəzin funksiyasının pozulmaması ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi, “Sağtərəfli piramid çatışmazlığı, ayrı-ayrı dağınıq üzvi nevroloji nişanələr, vegetativ-damar davamsızlığı ilə keçən funksional pozğunluqlarla təzahür edən keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin (xx.xx.N016) nətixələri” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.

9. Gəncə şəhər Pxisiatriya Xəstəxanasının xx.xx.N0NN-ci il tarixli 358/NN nömrəli tibbi rəyində diaqnoz “F07.0 – Üzvi mənşəli şəxsiyyət pozğunluğu, tez-tez təkrarlanan psixotik hallar, depressiv sindrom, özünü qəsd cəhdləri dekompensasiyalarla”, “F07.08 – Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli, şəxsiyyət davranış və yaddaş pozğunluğu”, “F91.1 – Davranışın ailə ilə məhdudlaşmış pozğunluğu” kimi qeyd edilmişdir.

10. “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.N0NN-ci il tarixli 5806 nömrəli tibbin rəyində diaqnoz “Müharibə zamanı alınan kəllə beyin travması nəticəsində qarışıq vəziyyət psixotik əlamətlərlə F07.8” kimi qeyd edilmişdir.

11. Gəncə şəhər Pisixatriya Xəstəxanasının xx.xx.N0N3-cü il tarixli 53/N3 nömrəli tibbi rəyində diaqnoz “F07.0 – Üzvi mənşəli şəxsiyyət pozğunluğu. F06.N – Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntu. F91.1 – Davranışın ailə ilə məhdudlaşmış pozğunluğu” kimiq eyd edilmişdir.

12. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Pxisiatr Komissiyasının xx.xx.N0N3-cü il 1164 nömrəli rəyində diaqnoz “Üzvi dissosiativ pozuntu, özünü kəsmələr, anamnezində psixotik epizodlar” kimi müəyyən edilmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin vətəndaşın əyani müayinə olunması haqqında xx.xx.N0N4-cü il tarixli 3-17-4/N- 1197N/N0N4 nömrəli məktubunda bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X1 A0008N30NQXD nömrəli göndərişi əsasında xx.xx.N0N4-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0NN-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.N0N4-cü il tarixli 3-17-4/3-3- N890/N0N4 nömrəli qərar qəbul edilmişdir.

14. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.N0N4-cü il tarixli 3346 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırki müayinə gedişatında “Üzvi mənşəli şəxsiyyət pozuntusu” və “Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşaiyət olunan ağır dərəcəli növbəti epizod” formasında xəstəliklərin heç bir əlamətləri müəyyən edilmir. Onda keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, istero-nevrotik təzahürlərlə müəyyən edilir. Belə ki, hazırki müayinə zamanı İddiaçı aşkar edilən psixi əlamətlər yalnız nevrotik registrə müvafiq olması müəyyən edilmişdir. Lakin İddiaçı psixotik pozuntu, depressiya və şəxsiyyət pozuntusuna müvafiq psixi pozuntu əlamətləri müəyəyn edilmir.

15. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.N0N5-ci il tarixli 3-17-4/N-5167/N0N5 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0N0-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərə çatdırılır ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Məlumat üçün bildirilir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X1 A0008N30NQXD nömrəli sonuncu göndərişi və müraciəti əsasında xx.xx.N0N3-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0NN-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşlara SMS vasitəsilə məlumat göndərilir. Vətəndaşlar əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində sual yaranacağı təqdirdə, “14N Çağrı mərkəzi” ilə əlaqə saxlaya, qeydiyyatda olduqları ərazi üzrə Tibbisosial ekspert komissiyalarına müraciət edə, həmçinin www.egov.az və www.e-sosial.az internet resurslarından istifadə etməklə məlumat əldə edə bilərlər. II. Məhkəmədə icraat

16. İddiaçı xx.xx.N0N3-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və ona “hərbi xidmət vəzifəsini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1988-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur. N3 fevral N014-cü il tarixdən 11 avqust N016-cı il tarixədək Azərbaycan Respublikası Müdafi Nazirliyinin N saylı hərbi hissəsində xidmət keçmişdir. N015-ci il tarixdə xidmət dövründə cərrahi əməliyyat keçirmişdir. Bundan sonra hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrimin) yerinə yetirərkən aldığı xəsartələr nəticəsindən N nömrəli hərbi hissə komandirinin Maddi-Texniki Təminat üzrə müavininin 08 avqust N016-cı il tarixli, 993 nömrəli göndərişi ilə 11 avqust N016-cı il tarixdə Azərbaycan respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. 11 avqust N016-cı il tarixli, 783 nömrəli Xəstəlik haqqında şəhadətnaməsində xəstəlikləri və xəsarətləri barədə tam məlumat əks olunmuşdur. Bu sənədləri əsasında NN iyun N017-ci il tarixdə ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. NN iyun N0NN-ci il tarixdə 5 illlik müddət bitməsi ilə əlaqədar olaraq cavabdeh orqana müraciət etsə də N8 avqust N0NN-ci il tarixdə diqanoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Bundan sonra müayinələrini davam etdirməklə yenidən sənədlərini hazırlayıb cavabdeh orqana təqdim etsə də 13 aprel N0N3-cü il tarixdə yenədə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Bu imtinaları gecikdirməklə sistemə yüklədikləri üçün bunları gec əldə etmişdir. Hesab edir ki, bu imtianalar əsassızdır. Onun tibbi sənədlərindən də müəyyən edilir ki, onun əlilliyinin təyin edilməsindən imtina edilməsi normativ aktların tələblərinə ziddir. Qanunvericiliyin tələblərinə əsasən Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gönrərib ki, ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik təyin edilsin. "Əlilliyin qiymətləndirilməsi Qaydası"-nın tələblərinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göndərişdə qeyd edilən məlumatlar əsasında səxsin əlilliyini qiymətləndirir. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar səbəbdən təyin edilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

19. Məhkəmənin xx.xx.N0N5-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “iddiaçıya xx.xx.N0N3-cü il tarixdən orqanizmin funksiyalarının 31-60 faiz pozulması ilə bağlı əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

20. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

21. Hazırkı iddia İPM-in N.N.N-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.

22. İPM-ə görə: Maddə N.N.N. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.N. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.N-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

23. İddiaçı əlillik vəziyyəti tibb müəsissəsinin göndərişi əsasında xx.xx.N0N3-cü il tarixində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı və iddiaçı hazırkı tələblə xx.xx.N0N3-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün «İnzibati icraat haqqında» Qanunun 73.N-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

24. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Qazax rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.N019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

25. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

26. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

27. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.N0N5-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

28. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

29. Məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

30. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.

31. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Qazax rayon sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N016-cı il tarixli 783 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Revmatizm, qeyri-fəal dövr. Mitral qapaq çatışmazlığı. İ (birinci) funksional sinif ürək çatışmazlığı. Yüngül dərəcəli mikrosferositar anemiya. Düyünlü ur, qalxanvari vəzin funksiyasının pozulmaması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət dövründə alınmışdır" kimi, "Sağtərəfli piramid çatışmazlığı, ayrı-ayrı dağınıq üzvi nevroloji nişanələr, vegetativ damar davamsızlığı ilə keçən funksional pozğunluqlarla təzahür edən keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin (xx.xx.N016) nəticələri" diaqnozlu travmanın səbəb-əlaqəsi "Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifə) yerinə yetirərkən alınmışdır kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, intihar cəhdlərinin olmasını ifadə etmiş, qəbul etdiyi medikamentoz preparatların adlarının xatırlamamış, yalnız "Fenazepam"ı qeyd etmişdir. Əyani baxış zamanı psixi statusunun araşdırılması zamanı zahirən səliqəsiz olmuş, ünsiyyətə həvəssiz daxil olmuş, sol saidin ön səthində yeni törədilmiş özünə xəsarət izləri müəyyən edilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası xx.xx.N0NN-ci il tarixli Məsləhət vərəqində diaqnoz "Keçirilmiş qapalı kəlləbeyin travmasının (N016) nəticələri (baş beyin silkələnməsi). Postravmatik ensefalopatiya" kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası xx.xx.N0NN-xx.xx.N0NN-ci il tarixli Çıxarışda diaqnoz "Keçirilmiş qapalı kəlləbeyin travmasının qalıq əlamətləri, asteno-nevrotik təzahürlər" kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi xx.xx.N0NN-ci il tarixli 5806 nömrəli Tibbi Rəydə diaqnozu "Müharibə zamanı alınan kəllə-beyin travması nəticəsində qarışıq vəziyyət psixotik əlamətlərlə" kimi qeyd olunmuşdur. Təqdim edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarərtmə Birliyi" (TƏBİB) X5 xx.xx.N0NN-ci il tarixli Beyin Kt müayinəsinin nəticəsi "Sol maksillar sinusda 10 mmlik retansiya kisti izlənildi" kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, obyektiv ve instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas veren patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N0NN-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.N0N3-cü il tarixində aşağıda adı göstərilən 34 nəfər vətəndaşların müarciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Qazax rayon sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin K00011N43PDB nömrəli göndərişi əsasında xx.xx.N0NN-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir (ESDAS **********N). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N016-cı il tarixli 783 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Revmatizm, qeyri-fəal dövr. Mitral qapaq çatışmazığı: 1 (birinci) funksional sinif ürək çatışmazlığı. Yüngül dərəcəli mikrosferositar anemiya. Düyünlü ur, qalxanvari vəzin funksiyasının pozulmaması ilə diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi, "Sağtərəfli piramid çatışmazlığı, ayrı-ayrı dağınıq üzvi nevroloji nişanələr, vegetativ-damar davamsızlığı ilə keçən funksional pozğunluqlarla təzahür edən keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin (xx.xx.N016) nəticələri" diaqnozlu travmanın səbəb-əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, vətəndaş xx.xx.N0NN-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, intihar cəhdlərinin olmasını ifadə etmiş, qəbul etdiyi medikamentoz preparatların adlarının xatırlamamış, yalnız "Fenazepam"ı qeyd etmişdir. Əyani baxış zamanı psixi statusunun araşdırılması zamanı zahirən səliqəsiz olmuş, ünsiyyətə həvəssiz daxil olmuş, sol saidin ön səthində yeni törədilmiş özünə xəsarət izləri müəyyən edilmişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı gərginlik, başağrıları, sıxılmadan şikayətlənmişdir. Anamnezində evdə tək qalmağı xoşladığını, əsəbi olduğu zamanı evdə əşyaları sındırdığını bildirmişdir. Medikamentoz preparatlardan Depakin, Fenozepam qəbul etdiyini qeyd etmişdir. Psixi statusu: bələdliliyi qorunmuş, intellektual mnestik sferası yaşına və sosial mühitinə uyğun olmuş, heç bir ruhi xəstəliyə müvafiq simptomatika aşkarlanmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası xx.xx.N0NNxx.xx.N0NN-ci il tarixli Çıxarışda diaqnoz "Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq elamətləri, asteno-nevrotik təzahürlər" kimi qeyd olunmuşdur. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası xx.xx.N0NN-ci il tarixli 3411 nömrəli Meslehet vərəqində diaqnoz "Keçirilmiş qapalı kəllə-beyin travmasının (N016) nəticələri (baş beyin silkələnməsi). Postravmatik ensefalopatiya" kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzi xx.xx.N0NN-ci il tarixli 5806 nömrəli Tibbi Rəydə diaqnozu "Müharibə zamanı alınan kəllə-beyin travması nəticesində qarışıq vəziyyət psixotik əlamətlərlə" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Təqdim edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarertmə Birliyi" (TƏBİB) X4 xx.xx.N0NN-ci il tarixli Beyin KT müayinəsinin nəticəsi "Sol maksillar sinusda 10 mmlik retensiya kisti izlənildi" kimi qeyd olunmuşdur. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may N0NN-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

32. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Xəstəlik tarixindən çıxarışlar; - xx.xx.N0N3-cü il tarixli göndəriş; - Məhkəmə-Tibbi Ekspertiza və XN T789/N0N3 nömrəli ekspert rəyi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N016-cı il tarixli 783 nömrəli qərarı; - Gəncə şəhər Pxisiatriya Xəstəxnasının xx.xx.N0NN-ci il tarixli 358/NN nömrəli tibbi rəyi; - “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin xx.xx.N0NN-ci il tarixli 5806 nömrəli tibbin rəyi; - Gəncə şəhər Pisixatriya Xəstəxanasının xx.xx.N0N3-cü il tarixli 53/N3 nömrəli tibbi rəyi; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Pxisiatr Komissiyasının xx.xx.N0N3-cü il 1164 nömrəli rəyi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin vətəndaşın əyani müayinə olunması haqqında xx.xx.N0N4-cü il tarixli 3-17-4/N- 1197N/N0N4 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər; - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.N0N4-cü il tarixli 3346 nömrəli ekspert rəyi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.N0N5-ci il tarixli 3-17-4/N-5167/N0N5 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi X3 dair tibbi-sosial ekspertiza sənədləri;

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

33. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

34. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilkin olaraq xx.xx.N016-cı il tarixdə 5 il müddətinə və xx.xx.N017-ci il tarixdə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.N0NN-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina verilmişdir. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.N0NN-ci il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.N0NN-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə **********6 nömrəli qərar qəbul edilmişdir.

35. İddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.N0N3-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu; Yanaşı xəstəliklər – G5N.7 – Kəllə sinirlərinin çoxsaylı zədələnməsi, Kəllə sinirlərinin çoxsaylı zədələnməsi; Yanaşı xəstəliklər – F33.3 – Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod.

36. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə həmin göndərişdəki diaqnozlar üzrə xx.xx.N0N3-cü il tarixdə qiymətləndirilərək Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.N0N3-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.N0N3-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə 3-17-4/3-3-3394/N0N3 nömrəli qərar qəbul edilmişdir.

37. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X1 A0008N30NQXD nömrəli göndərişi əsasında xx.xx.N0N4-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0NN-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.N0N4-cü il tarixli 3-17-4/3-3-N890/N0N4 nömrəli qərar qəbul edilmişdir.

38. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar N0N0-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.N. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.

40. Məhkəmə bununla yanaşı iddiaçının əlillik vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may N0NN-ci il tarixli qərarı ilə təsdiq edilmiş və N0NN-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələbləri əsasında yenidən qiymətləndirilməsi üçün qərardad qəbul etməklə, iddiaçının əyani müayinəyə cəlb olunmaqla, habelə təqdim edilmiş tibbi sənədlər nəzərə alınmaqla onun əlilliyinin yenidən qiymətləndirilməsi, qiymətləndirmənin 30 gün müddətində həyata keçirilməsi və bununla bağlı inzibati aktın qəbul edilərək, məhkəməyə məlumat verilməsi “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə həvalə etmişdir.

41. Məhkəmə qərardadına əsasən D.Nəbiyeva əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.N0N4-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.N0N4-cü il tarixli 3-17-4/3-3-N890/N0N4 nömrəli qərar qəbul edilmişdir.

42. Digər tərəfdən, Məhkəmə-Tibbi Ekspertiza və XN T789/N0N3 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş "Üzvi mənşəli şəxsiyyət pozuntusu" diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Diaqnozda olan xəstəliklərlə əlaqədar onun hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Qeyd edilən diaqnoz (əsas xəstəlik və ağırlaşmaları) nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.N015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamədə, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N0NN-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarların"da göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən meyarların hər hansı bir bəndini aid etmək mümkün olmadı.

43. Həmçinin, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.N0N4-cü il tarixli 3346 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırki müayinə gedişatında “Üzvi mənşəli şəxsiyyət pozuntusu” və “Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşaiyət olunan ağır dərəcəli növbəti epizod” formasında xəstəliklərin heç bir əlamətləri müəyyən edilmir. Onda keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, istero-nevrotik təzahürlərlə müəyyən edilir. Belə ki, hazırki müayinə zamanı İddiaçı aşkar edilən psixi əlamətlər yalnız nevrotik registrə müvafiq olması müəyyən edilmişdir. Lakin İddiaçı psixotik pozuntu, depressiya və şəxsiyyət pozuntusuna müvafiq psixi pozuntu əlamətləri müəyyən edilmir.

44. Göründüyü kimi, İddiaçı hazırki xəstəliyi (“keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, istero-nevrotik təzahürlərlə”) “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilmiş orqanizmin funksiyalarının pozuntusu hallarından heç birinə uyğun olmadığından cavabdeh orqanı ona əlillik təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Bu hal isə iddianın rədd edilməsinə əsas verir.

45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, N5N) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar