Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-992/2024 06.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı müqavilənin bağlanması və mülkiyyətində olan qeyriyaşayış sahəsinin qazla təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı müqavilənin bağlanması və mülkiyyətində olan qeyriyaşayış sahəsinin qazla təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2017ci il tarixli akta əsasən istehlakçı Səfər Qədimova məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində Təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və düzgün qiymətləndirilməmiş qazın həcmi dəyərinin bərpası məqsədilə 7121.5 m3 qaz həcmi hesablanmışdır.
2. Abonentin saldosundan görünür ki, Səfər Qədimova məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə 03/2017-ci il tarixə debitor borc üzrə 2246.31 manat, akt üzrə 1424.30 manat olmaqla, cəmi 3670.61 manat borc mövcuddur.
3. X3 xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında Samux rayonu, İnstitut qəsəbəsində yerləşən mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 829.2 kv.m olan qeyri-yaşayış binasını 50000 manata İddiaçı satmış və sonuncunun həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmışdır.
4. Qaz təchizatı üçün xx.xx.2022-ci il tarixli 37411 nömrəli texniki şərtdən məlum olur ki, İddiaçı məxsus Samux rayonu, İnstitut qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təbii qazla təmin olunması məqsədilə texniki şərtlər müəyyən edilmişdir.
5. Cavabdeh Gəncə X6 İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-2-14/2-300/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına abonent bazası üzrə hesab kodu mövcud deyildir və o, istehlakçı kimi qeydiyyata alınmamışdır. Sorğuda qeyd edilən Samux rayonunun İnstitut qəsəbəsində yerləşən fiziki şəxs Səfər Qədimovun adına abonent bazası üzrə qeydiyyatda olan qeyri-yaşayış sahəsi təbii qazla ünvan 1 ünvanı üzrə qeydiyyata alınmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixinə hesab kodunda borcun 3670.61 manat təşkil etməsi, ünvanda istismarda olmuş qaz sayğacının dövlət yoxlamasında olması, habelə sayğacın təmin xərclərinin istehlakçı tərəfindən təmin edilməməsi səbəbindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qaz təminatı dayandırılmışdır.
6. Məhkəmənin sorğusuna Cavabdeh Gəncə X6 İdarəsinin xidməti yazısında bildirilmişdir ki: - Gəncə xidmət sahəsi üzrə qeyri-əhali sektorunda abonent kodu **********00020 olmaqla fiziki şəxs Qədimov Səfərin adına qeydiyyatdadır. Abonentin 2016-cı il noyabr ayından 2017-ci il mart ayınadək əhatə edən dövr ərzində yaranmış 3670.61 debitor borcu mövcuddur ki, bu borcdan 1597.10 manatı akt əsasında hesablanmış borc, 2073.51 manat isə sayğac göstəricisinə əsasən sərf edilmiş təbii qazın dəyəri əsasında yaranmış borcdur. - Gəncə xidmət sahəsi üzrə qeyri-əhali sektorunda abonent kodu **********00020 olmaqla fiziki şəxs Qədimov Səfərə məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-100 markalı, 80074932 nömrəli qaz sayğacı göstəricilər arasında fərq yarandığı üçün xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib olunmuş, xətdən açılaraq Dövlət yoxlamasına götürülmüşdür. Hal-hazırda binanın qaz xətti üzərində sayğac mövcud deyil.
7. Cavabdeh tərəfindən İddiaçı Samux rayonu, İnstitut qəsəbəsində yerləşən qeyriyaşayış sahəsinə (çörək sexi) qaz təchizatı üçün texniki şərt verilmişdir.
8. İnternet Vergi İdarəsindən (“E-taxes.gov.az) əldə edilmiş Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə elektron məlumatdan görünür ki, İddiaçı ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. II. Məhkəmədə icraat
9. İddiaçı Cavabdeh Gəncə X6 İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə təbii qazla təmin edilməsi üçün aralarında müqavilənin bağlanması və mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qazla təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, X1 ilə onun arasında Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 829.2 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına dair bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı alğı- satqı müqaviləsi əsasında AR ƏMDK DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilərək mülkiyyət hüququ tanınmışdır. Obyekti almaqda məqsədi çörək, bulku və sairə çörək məmulatları bişirilən sexi işə salmaq olub, amma cavabdeh tərəfindən binaya çəkilən təbii qazın verilməsi dayandırılıbdır. Binaya təbii qazın verilməsinin dayandırılmasına səbəb əvvəlki mülkiyyətçinin cavabdehə 2016-ci ilin əvvəlindən 2017-ci ilin aprel ayınadək yaranmış 3670.61 manat borcunun olması olmuşdur. Cavabdehin təxminən 1,5 il ərzində istehlak olmuş qazın haqqının ödənilməməsi onun tərəfindən binanın alınması və təbii qazından istifadə etmək istəyəndə yadına düşüb ki, əvvəlki mülkiyyətçidən qalmış borcu alsın. Cavabdehin qanunsuz hərəkəti onun istehlakçı olaraq hüququnu pozur və biznes fəaliyyətini başlamağa mane olur. Cavabdeh sorğuya cavabında bildirir ki, xx.xx.2023-cü il tarixinə hesab kodunda borcun məbləği 3670.61 manat təşkil edir. Ünvanda istismarda olmuş qaz sayğacının dövlət yoxlamasında olması, habelə sayğacın təmir xərclərinin istehlakçı tərəfindən təmin edilməməsi səbəbindən qaz təminatı dayandırılmışdır. Cavabdeh onunla yəni, yeni istehlakçı ilə yeni müqavilə bağlanmalı və yeni sayğac quraşdıraraq onu təbii qazla təmin etməlidir. Əvvləki mülkiyyətçidən (istehlakçıdan) onun borcunu almaq cavabdehin işidir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək məhkəmə hazırlıq iclasına gəlmədikləri halda onların iştirakı olmadan məhkəmə iclasının keçiriləcəyini bildirmişdir.
13. İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
14. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə hazırlıq iclasına gəlməyən şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
15. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazrkı cavabdehin əsl Cavabdeh ilə əvəz olunmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
16. İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil məhkəmə hazırlıq iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.
17. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
18. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
19. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
20. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
21. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir.
22. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarına görə: Bənd 13. Elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.
23. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2015-ci il tarixli 10 nömrəli Qərarına görə: Bənd 24. Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
25. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir.
26. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
27. Hazırkı mübahisə isə cavabdeh orqanın ümumi publik hüquq sahəsindəki fəaliyyətindən irəli məsələ deyil. Hazırkı mübahisə Cavabdeh İB ilə fərdi sahibkar olan İddiaçı arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün təbii qazdan istifadədən irəli gələn mübahisədir və həmin mübahisəyə müvafiq kommersiya məhkəməsində baxılmalıdır.
28. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
29. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan kommersiya məhkəməsinə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya izah edilir ki, onun hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva