Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-995/2025 02.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı «X10 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 62 saylı sərəncamından çıxarışa əsasən Bakı şəhər, Ə.Rəcəbli küçəsi, 20 №-li bina, 3 №-li mənzildə yaşayan vətəndaş X5 ("xxxx" MMC) məxsus olan və Samux rayon, Qovlarsan kəndi ərazisində, “Boz Dağ” massivində yerləşən, 588.0 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 609.0 m2 olan üç tövlə binasından, ümumi sahəsi 806,2 m2 olan iki anbar binasından, 39.0 m2 quş damından, 26,2 kv.m gözətçi otağından, ümumi sahəsi 282.1 m2 olan çoban evindən, 22.6 m2 generator otağından, 22.5 m2 sanitar qovşağından və 74.2 m2 talvardan ibarət tikililər rəsmiləşdirilməsi və vətəndaşın istifadəsinə verilməsi; Samux rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinə (Ə.Həsənov), vətəndaş D.M.Eyyubovanı aidiyyatı icazə sənədləri ilə təmin edilməsinin tağşırılması, vətəndaş D.M.Eyyubovaya, tikintilərin konstruktiv həllini “Seysmik rayonlarda tikinti” AzDTN 2,3-1 -in tələblərinə uyğunlaşdınlmasını təmin edilməsinin tağşırılması, əks təqdirdə baş verə biləcək bədbəxt hadisələrə şəxsən özünün məsuliyyət daşıyacağı və dövlət tərəfindən heç bir konpensasiya ödənilməyəcəyi onun nəzərinə çatdırılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin Samux rayon şöbəsinə (N.Quliyev), D.M.Eyyubovaya məxsus olan və Samux rayon, Qovlarsan kəndi ərazisində yerləşən 588,0 ha torpaq sahəsində inşa edilmiş sərəncamın 1-ci bəndində qeyd olunan tikililərin qeydiyyata alınmasını və vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin olunmasını təmin edilməsinin tapşırılması, qərara alınmışdır. Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 04 saylı sərəncamı ilə Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 62 №-li Sərəncamında qismən dəyişiklik edilərək həmin Sərəncamın 1-ci bəndinin Bakı şəhər, Ə.Rəcəbli küçəsi, 20 №-li bina, 3 №-li mənzildə yaşayan vətəndaş X8ma məxsus olan və Samux rayon, Qovlarsan kəndi ərazisində, “Boz dağ” massivində yerləşən 588.0 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 729.0 m2 olan dörd tövlə binası, ümumi sahəsi 806.0 m2 olan iki anbar binası, 49.0 m2 quş damı, ümumi sahəsi 65 m2 olan iki gözətçi damı, kənar ölçüləri 10.4 m x 11.6 m olan yardımçı bina, kənar ölçüləri 6.4 m x 5.4 m, 6.4 m x 7.6 m, 7.5 m x 8.4 m olan üç çoban evi, 22.6 m2 generator otağı, 22.5 m2 sanitar qovşağı, 74.2 m2 talvar, ümumi sahəsi 96 m2 olan inzibati bina, kənar ölçüləri 11.4 m x 81.0 m olan tövlə və kənar ölçüləri |h:2 m x 9.9 m olan ofis binası rəsmiləşdirilsin və vətəndaşın istifadəsinə verilməsi kimi redaksiyada yazılması qərara alınmışdır. Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 115 saylı sərəncamı ilə Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 62 №-li Sərəncamının "xxxx" X6 icarəsinə verilmiş Samux rayon ərazisində, “Boz dağ” massivində yerləşən 588.0 ha torpaq sahəsində təsdiq edimiş layihəyə uyğun inşa edilmiş mövcud tikililər “Qaya" X4 istifadəsinə verilməsi, Samux rayon İcra Hakimiyyəti başçısı aparatının Memerlıq və Tikinti Şöbəsinə "xxxx" X4 aidiyyəti icazə sənədləri ilə təmin etməsinin tağşırılması, "xxxx" X4 rəhbərliyinə, tikintilərin konustruktiv həllini seysmik rayonlarda tikinti AZDTN 2.3-1 tələblərinə uyğunlaşdırılmasını təmin etməsi, əks təqdirdə baş verə biləcək bədbəxt hadisələrə şəxsən MMC-nin aidiyyəti şəxsləri məsuliyyət daşıyacağı və dövlət tərəfindən heç bir konpensasiya ödənilməyəcəyi onların nəzərinə çatdırılması, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinin Samux rayon Şöbəsinə "xxxx" X4 istifadəsində olan və Samux rayon Boz dağ massivində yerləşən 588 ha torpaq sahəsində inşa edilmiş, sərəncamın 1-ci bəndində qeyd edilən tikililərin qeydiyyata alınması və mülkiyyət hüquqlarının təsdiq edən sənədlərlə təmin olunmasını təmin etməsi,Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 62 nömrəli (19 yanvar 2021-ci il tarixli,04 nömrəli Sərəncam da daxil olmaqla) Sərəncamının mətninin köhnə redaksiyası bu sərəncam imzalandığı gündən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1029,3 kv.m, torpaq sahəsi 0,11784 ha olan əmlak kompleksi xx.xx.2011-cı il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X3 adına ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 2i ünvanında yerləşən 498.6541 ha torpaq sahəsi üzərinə xx.xx.2020-cı il tarixdə «X10 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququ ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Buna dair AA №563633 nöməli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Gəncə Memarlayihə Məhdud Məsuliyyətli Cəmiyyəti Samux rayonu, Qovlarsarı qış otlaq sahələrində heyvandarlıq kompeksinə dair eskiz layihə tərtib edilmişdir. «X10 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Samux rayonu, Ziyadlı kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-5976/2024 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı ərizəyə tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarının, tikintinin istismarına icazə sənədinin əlavə edilmədiyi aşkar edilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş sənədlər arasında uyğunsuzluğun olduğu, belə ki, torpaq sahəsinin “X10 təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilməsinə baxmayaraq, əmlak kompleksi kimi müəssisənin isə X3 adına olduğu müəyyən edilmişdir. Həmçinin, tikililərə dair təqdim edilmiş sənədlərdə də qeyd edildiyi kimi, əmlakın bir hissəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində inşa edildiyi, bir hissəsinin isə qeydiyyata alınmış torpaq sahəsindən kənarda inşa edildiyi aşkar edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Samux rayon Ziyadlı kəndində yerləşən "X10 Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən tərtib edilmiş Samux rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsi tərəfindən təstiq edilmiş eskiz layihəyədə qeyd edilən əmlak kompleksinin "X10 Təsərüffatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasportla təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.
1. Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarış və həmin Çıxarışın AA-563633 nömrəli plan və ölçü sənədinə əsasən “X10 Təsərrüfatı” MMC-nin icarəsində olan 498.6541 ha torpaq sahəsi, həmin Çıxarışa əsasən dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaqla, örüş otlaq sahəsidir. 2.Həmin 498.6541 ha torpaq sahəsi üzərində, elektron kadastr məlumat bazasına istinadən başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkarlanmamışdır. 3.“Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarış və həmin Çıxarışın AA-563633 nömrəli plan və ölçü sənədinə əsasən “X10 Təsərrüfatı” MMC-nin icarəsində olan 498.6541 ha torpaq sahəsinin hava məkanından elektrik ötürücü xəttinin keçdiyi müşahidə olundu. Elektron kadastr məlumat bazasına istinadən, həmin torpaq sahəsinin hava məkanından keçən hava elektrik verilişi xətti, 500 kV gərginlikli olaraq göstərilmişdir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında, Azərbaycan Respublikasının Nazirlər Kabineti-nin 16 may 2024-cü il tarixli № 261 nömrəli Q Ə R AR 2. Elektrik şəbəkələrinin mühaflzə zonalarının ölçüləri 2.1.Elektrik şəbəkələrinin mühafizə zonaları elektrik verilişi xətləri boyunca kənar naqillərin meyil etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə bu Tələblərin 2.2-2.4-cü bəndləri ilə müəyyən edilən məsafələrdə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi, su və hava məkanı şəklində müəyyən edilir. 2.2.6. 330-500 kV-luq hava elektrik verilişi xətləri üçün mühafizə 30 metrdir. 3. Elektrik şəbəkələrinin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına dair tələblər 3.1.Bu Tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər: 3.1.2. hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (o cümlədən dənizdə, çayda, göldə), dibdərinlətmə, yerqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, bağlar üçün dayaqların quraşdırılması və kənd təsərrüfatı bitkilərinin suvarılması. 4.Elektron kadastr məlumat bazasına istinadən, həmin torpaq sahəsinin başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkarlanmamışdır. 5.Naturada təqdim olunan torpaq sahəsinin 498.6541 ha hissəsinin koordinatları və ölçüsü, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarış və həmin Çıxarışın AA-563633 nömrəli plan və ölçü sənədinə əsasən “X10 Təsərrüfatı” MMC-nin icarəsində olan 498.6541 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil edir. 498.6541 ha torpaq sahəsindən əlavə faktiki istifadədə olan 1.63 ha torpaq sahəsi, xx.xx.2020-ci il tarixli AA-563633 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşir və həmin torpaq sahəsi üzərində də, elektron kadastr məlumat bazasına istinadən, başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınması halı aşkarlanmamışdır. 6.“Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarış və həmin Çıxarışın AA-563633 nömrəli plan və ölçü sənədinə əsasən “X10 Təsərrüfatı” MMC-nin icarəsində olan 498.6541 ha torpaq sahəsi üzərində tikililərin mövcud olduğu müəyyən olunmuşdur. 7.“X10 Təsərrüfatı” MMC-nin binası (tikili kompleksi), **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən “X10 Təsərrüfatı” MMCnin icarəsində olan 498.6541 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. 8.“X10 Təsərrüfatı” MMC-nin binasının (tikili kompleksi), **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış və həmin Çıxarışın AA-563633 nömrəli plan və ölçü sənədində göstərilən 498.6541 ha torpaq sahəsində yerləşir. 9.Rəy hazırlanarkən, Elektron kadastr bazası materialları və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a istinad olunmuşdur. xx.xx.2025-ci il tarixli ekspertiza rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1-ci sual üzrə «X10 Təsərrüfatı» Məhtud Məsüliyətli Cəmiyyətinə məxsus olan əmlak kompleksi "xxxx" Məhdud Məsüliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş Samux Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsi tərəfindən təstiq edilmiş eskiz layihəyə uyğun olduğu və eskiz layihədə qeyd edilən ölçülərdə hər hansı dəyişikliklərin və layihədən kanara çıxma hallarının olmadığı müəyyən edilir. 2-ci sual üzrə «X10 Təsərrüfatı» Məhtud Məsuliyyətli Cəmiyyətinə məxsus olan əmlak kompleksi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160N-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərində uyğun inşa olunduğundan tikinti norma və qaydalarına uyğun inşa olunduğu müəyyən edilir. İddiaçı «X10 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi olan vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «X10 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi olan vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Samux rayon Ziyadlı kəndində yerləşən "X10 Təsərüffatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən tərtib edilmiş Samux rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsi tərəfindən təstiq edilmiş eskiz layihəyədə qeyd edilən əmlak kompleksinin "X10 Təsərüffatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququnun qeydə alınmasının təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 115 saylı sərəncamı ilə "xxxx" X6 icarəsinə verilmiş Samux rayon ərazisində, “Boz dağ” massivində yerləşən 588.0 ha torpaq sahəsində təsdiq edimiş layihəyə uyğun inşa edilmiş mövcud tikililər “Qaya" X4 istifadəsinə verilmişdir. Gəncə Memarlayihə Məhdud Məsuliyyətli Cəmiyyəti Samux rayonu, Qovlarsarı qış otlaq sahələrində heyvandarlıq kompeksinə dair eskiz layihə tərtib edilmişdir. Belə ki, hazırda iddiaçının tələbi Samux rayon Ziyadlı kəndində yerləşən "X10 Təsərüffatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən tərtib edilmiş Samux rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsi tərəfindən təstiq edilmiş eskiz layihəyədə qeyd edilən əmlak kompleksinin "X10 Təsərüffatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir.
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Hazırkı mübahisə üzrə cavabdeh orqan sənədlər arasında uyğunsuzluğun olması, tikililərə dair təqdim edilmiş sənədlərdə də qeyd edildiyi kimi, əmlakın bir hissəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində inşa edildiyi, bir hissəsinin isə qeydiyyata alınmış torpaq sahəsindən kənarda inşa edilməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən iddiaçının icarəsində olan 498.6541 ha torpaq sahəsi dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid örüş otlaq sahəsidir,həmin 498.6541 ha torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, torpaq sahəsinin başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmədiyi, naturada təqdim olunan torpaq sahəsinin 498.6541 ha hissəsinin koordinatları və ölçüsü, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarış və həmin Çıxarışın AA-563633 nömrəli plan və ölçü sənədinə əsasən “X10 Təsərrüfatı” MMC-nin icarəsində olan 498.6541 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etdiyi və 498.6541 ha torpaq sahəsindən əlavə faktiki istifadədə olan 1.63 ha torpaq sahəsi, xx.xx.2020-ci il tarixli AA- 563633 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşir və həmin torpaq sahəsi üzərində də, elektron kadastr məlumat bazasına istinadən, başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaması, X10 Təsərrüfatı” MMC-nin binası (tikili kompleksi), **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən “X10 Təsərrüfatı” MMC-nin icarəsində olan 498.6541 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, X10 Təsərrüfatı” MMC-nin binasının (tikili kompleksi), **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış və həmin Çıxarışın AA-563633 nömrəli plan və ölçü sənədində göstərilən 498.6541 ha torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur, rəy hazırlanarkən, Elektron kadastr bazası materialları və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a istinad olunmuşdur. Həmçinin iş üzrə alınmış ekspertiza rəyi ilədə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan əmlak kompleksi "xxxx" Məhdud Məsüliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş Samux Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsi tərəfindən təstiq edilmiş eskiz layihəyə uyğun olduğu və eskiz layihədə qeyd edilən ölçülərdə hər hansı dəyişikliklərin və layihədən kanara çıxma hallarının olmadığı , Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160N-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərində uyğun inşa olunduğundan tikinti norma və qaydalarına uyğun inşa olunduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Samux rayon Ziyadlı kəndində yerləşən "X10 Təsərüffatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən tərtib edilmiş Samux rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsi tərəfindən təstiq edilmiş eskiz layihəyədə qeyd edilən əmlak kompleksinin "X10 Təsərüffatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva