Məhkəmə qərarları › İş №2-1(114)-997/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-997/2020

30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-997/2020 30.07.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Məmmədov Rövşən Aslan oğlunun, Cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 Tərtər rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 Tərtər rayon şöbəsinə qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 Tərtər rayon şöbəsinin (bundan sonra Dövlət X11 Tərtər rayon şöbəsi) xx xxx 2019-cu il tarixli məktubu ilə İddiaçı tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əmək pensiyası təyinatı üçün təqdim olunmuş sənədlərin yerində yoxlanılması zamanı xx.xx.1994-cü il tarixədək 23 il 7 ay 03 gün sığorta stajı təsdiq olunduğu halda, xx.xx.1994-cü ildən işdən azad olunduğu tarixədək əmək haqqı olmadığından və əmək haqqından sosial sığorta haqqı tutulmadığı və həmin dövrlər sığorta stajına daxil edilmədiyi üçün yaşa görə əmək pensiyası təyinatı üçün tələb olunan pensiya kapitalı və 25 il sosial sığorta stajı olmadığından pensiya təyin edilməsindən imtina olunmuşdur. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət X11 Tərtər rayon şöbəsinə qarşı onun 1976-cı ildən 2006-cı ilədək Mirbəşir K/T texnika birliyində tornaçı vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(83)- 1273/2019 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(104)-791/2019 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(83)-1273/2019 nömrəli qərardadı ləğv olunmuş və işə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Bundan sonra, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1994-1997-cı illərdə Tərtər rayon “xxxxxxxxxxxxx” ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı gündən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün Dövlət X11 Tərtər rayon şöbəsinə müraciət etmiş, xx xxx 2019-cu il tarixli, **********9 nömrəli məktubla müraciətindən imtina olunmuşdur. O, əmək kitabçasında olan son əmrlə 1976-cı ildən 2006-cı ilədək Mirbəşir kənd təsərrüfatı texnika birliyində tornaçı vəzifəsində işləmişdir. Cavabdeh orqan isə onun 1994-cü ildən 2006-cı ilədək olan iş illərini sosial sığorta stajına daxil etməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi Məmmədov Rövşən Aslan oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət X11 Tərtər rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının “X16 xidmət” mərkəzində yaşa görə əmək pensiyası təyinatı üçün təqdim etdiyi sənədləri yerində yoxlayarakən xx.xx.1994-cü il traixədək 23 il 7 ay 3 gün sığorta stajının təsdiq olunmuşdur. xx.xx.1994-cü il tarixdən işdən azad olunduğu tarixədək adına əmək haqqı olmadığı və əmək haqqından sosial sığorta haqqı tutulmadığı və həmin dövrlər sığorta stajına daxil edilmədiyi üçün sizin yaşa görə əmək pensiyası təyinatı üçün tələb olunan pensiya kapitalı və 25 il sosial sığorta stajı olmadığından pensiya təyin edən komissiya tərəfindən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərinizahatlarınıdinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının 23 il 7 ay 03 gün işləməsi və sosial sığorta stajının olması qəbul edilmiş, yalnız xx.xx.1994-cü ildən işdən azad olunduğu tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və həmin illər üzrə əmək haqqının olmaması və əmək haqqından sosial sığorta haqqı tutulmamasıea istinad olunmuşdur. İş materiallarında olan; -İddiaçı oğluna məxsus əmək kitabçasının surətindən məlum olur ki, xx xxxx 1976cı ildə «Mirbəşir» k/t texniki birliyində tornaçı vəzifəsinə qəbul olunmuş, xx xxxxxx 2006-cı il tarixli 11 №-li əmrlə Tərtər «xxxxxxxxxxxxx» ASC-də tornaçı vəzifəsindən azad edilmişdir. -Tərtər «xxxxxxxxxxxxx» ATSC-nin arayışından görünür ki, Tərtər «xxxxxxxxxxxxx» ATSC-nin xx xxxx 2006-cı il tarixli, 4 nömrəli əmrinə əsasən səhmdar cəmiyyətin yenidən formalaşması ilə əlaqədar ştat vahidlərinin olmaması və mövcud maliyyə çətinliyi ilə əlaqədar tornaçı İddiaçı öz hesabına uzunmüddətli birdəfəlik məzuniyyətə buraxılmışdır. xx xxxxxx 2006-cı il tarixli, 11 nömrəli əmrinə əsasən tornaçı – İddiaçı ərizəsinə əsasən xx xxxxxx 2006-cı il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx xxx 2019-cu il tarixli, 258 nömrəli arayışının surətindən görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. -xx xxx 2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı 1980-1993-cü illərdə X6 əmək haqqı almışdır. -xx xxx 2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə 204 nömrəli əmrə əsasən X8 3-cü dərəcəli çilingər təyin edilmiş və tokar dəzgahında tokarlığı öyrənmək üçün emalatxanaya təyin edilmiş, xx.xx.1973-cü il tarixdə 268 nömrəli əmrə əsasən hərbi xidmətə getdiyi üçün işdən azad edilmiş və xx.xx.1973-cü il tarixdə hərbi komandirin məktubuna əsasən hərb çağırışdan buraxıldığı üçün 297 nömrəli əmrə əsasən yenidən əvvəlki işinə başlamışdır. İddiaçı xx.xx.1974-cü il tarixdə hərbi xidmətə getdiyi üçün X6 73 nömrəli əmrə əsasən tornaçı işindən azad edilmiş və xx.xx.1976-cı il tarixdə hərbi xidmətdən qayıtdığı üçün 89 nömrəli əmrə əsasən əvvəlki işinə qayıtmışdır. İddiaçı xx.xx.2006-cı il tarixdəki 11 nömrəli işindən azad edilməsi əmrini «xxxxxxxxxxxxx» ASC-nin 2006-cı ilə aid əmr kitabları Tərtər rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün yoxlamaq mümkün olmamışdır. -Tərtər rayon Dövlət Arxivinin xx xxxxxxxx 2019-cu il tarixli, 39 nömrəli və xx xxxx 2020-ci il tarixli, 28 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı X2 rayon şöbəsinin xx xxxxxx 1971-ci il tarixli, 204 nömrəli əmrinə əsasən 3-cü dərəcəli çilingər təyin olunmuş və tokar dəzgahında tokar öyrənmək üçün emalatxanaya təyin edilmiş, əmək naryadla təyin edilmişdir. xx xxxxxx 1973-cü il tarixli, 268 nömrəli əmrinə əsasən tokar – İddiaçı hərbi hissəyə getdiyi üçün vəzifəsindən azad edilmiş, əlavə olaraq 12 gün əmək haqqı verilmişdir. xx xxxxxx 1973-cü il tarixli, 297 nömrəli əmrinə əsasən hərbi komissarın xx xxxxxx 1973-cü il tarixli məktubuna əsasən hərbi çağırışdan buraxıldığı üçün öz işinə başlamışdır. xx xxx 1974-cü il tarixli, 73 nömrəli əmrinə əsasən hərbi xidmətə getdiyi üçün hərbi komissarlığın xx xxxxx 1974-cü il tarixli, 5/17 nömrəli sənədinə əsasən vəzifəsindən azad edilmiş, əlavə olaraq 12 gün əmək haqqı verilmişdir. xx xxxx 1976-cı il tarixli, 89 nömrəli əmrinə əsasən xx.xx.1976-cı il tarixli ərizəsinə əsasən sovet ordusundakı hərbi xidmətini bitirdiyi üçün öz əvvəlki tokar vəzifəsinə götürülmüş, işlədiyi işə görə əmək haqqı verilmişdir. 2006-cı ilin əmr kitabları rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilmədiyinə görə vətəndaşın işdən azad olma əmri haqqında məlumat verə bilmirlər. -Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 Tərtər rayon şöbəsinin xx xxx 2019-cu il tarixli, **********9 nömrəli məktubundan görünür ki, xx.xx.1994cü il tarixdən işdən azad olunduğu tarixədək adına əmək haqqı olmadığı və əmək haqqından sosial sığorta haqqı tutulmadığı və həmin dövrlər sığorta stajına daxil edilmədiyi üçün iddiaçıya yaşa görə əmək pensiyası təyinatı üçün tələb olunan pensiya kapitalı və 25 il sosial sığorta stajı olmadığından pensiya təyin edən komissiya tərəfindən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Hazırkı iddia tələbində iddiaçının Tərtər rayon «xxxxxxxxxxxxx» ASC-də işlədiyi və arxiv arayışları ilə təsdiqlənən 1994-1997-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələb olunmuşdur. Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə əksini tapmış 1994-1997-ci illərdə Tərtər rayon «xxxxxxxxxxxxx» ASC-də işlədiyi dövrü cavabdeh əmək stajı kimi qəbul etməmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1994-cü il tarixdən işdən azad olunduğu tarixədək adına əmək haqqı olmamış və əmək haqqından sosial sığorta haqqı tutulmamışdır. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 1994-1997-ci illərdə Tərtər rayon «xxxxxxxxxxxxx» ASC-də işləməsi və əmək haqqı alması Tərtər rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli, 67 nömrəli arxiv arayışında öz təsdiqini tapmışdır. Belə ki, Tərtər rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli, 67 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Tərtər rayon X14 və X1 xx xxxx 1994-cü il tarixli əmrinə əsasən işçilərin hesablanmış 1993-cü ilin yekununa görə maddi həvəsləndirmə fondundan 4308 manat 60 qəpik və xx xxx 1995-ci il tarixli, 16 nömrəli əmrinə əsasən 1994-cü ilin yekununa görə 238780 manat məbləğində 13-cü əmək haqqı hesablanıb verilmiş, xx xxxxxx 1995-ci il tarixli əmrinə əsasən xx.xx.1994-cü il, xx.xx.1995-ci il hesabına növbəti məzuniyyətə (21 iş günü, əlavə 9 iş günü, cəmi 30 iş günü) buraxılmış, xx.xx.1996-cı il tarixli, 7 nömrəli əmrinə əsasən növbəti məzuniyyət vaxtı qurtardığı üçün öz işinə başlamış, Tərtər rayon X3 xx xxxx 1997-ci il tarixli, 52 nömrəli əmrinə əsasən işçilərin hesablanmış 1996-cı ilin yekununa görə maddi həvəsləndirmə fondundan 305709 manat məbləğində 13-cü əmək haqqı hesablanıb verilmişdir. Məhkəmə iddiaçının Tərtər rayon «xxxxxxxxxxxxx» ASC-də əmək fəaliyyəti ilə bağlı arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X15) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının Tərtər rayon «xxxxxxxxxxxxx» ASC-də işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Məcburi dövlət sosial sığorta haqqlarının ödənilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, «Məcburi dövlət sığorta haqqının toplanması Qaydaları» və «Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılaranın uçotu Qaydaları»-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Dövlət X11 xx xxxxxx 2014-cü il tarixli, 04 saylı Qərarının 9.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqının düzgün hesablanmasına, vaxtında və tam məbləğdə ödənilməsinə nəzarəti DSMF orqanları həyata keçirirlər. DSMF orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla həyata keçirirlər. DSMF orqanları tərəfindən aparılan yoxlamalar kameral və ya səyyar ola bilər. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sığortaedənlər Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifəsidir. Göründüyü kimi, məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, müəssisə tərəfindən hər hansı ödəmənin aparılıb-aparılmaması işçinin səlahiyyətində olmadığından onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Beləliklə, iddiaçının xx.xx.1994-cü il tarixədək işlədiyi və inzibati orqan tərəfindən mübahisələndirilməyən 21 il 7 ay 9 gün, xx.xx.1974 cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi həqiqi hərbi xidmətdə olduğu (01 il 11 ay 24 gün) dövr və 1994-1997-ci illərdə Tərtər rayon «xxxxxxxxxxxxx» ASC-də işlədiyi illərdə daxil edilməklə, cəmi 26 il 07 ay 03 gün sığorta stajı vardır. Bundan başqa, İddiaçı iddia ərizəsində ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalıəmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görəəmək pensiyası təyin edilmişşəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;

2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2018-ci il 1 iyulundan 2019-cu ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə pensiya hüququ yaranır. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx xxx 1955-ci il təvəllüdlüdür və xx xxx 2019-cu il il tarixdə 64 yaşı tamam olmuşdur. Məhkəmə qeyd edir ki, xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edildiyindən və iddiaçının 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə pensiya hüququ yaranır. Belə ki, iddiaçının xx.xx.1994-cü il tarixədək işlədiyi müddət, 1994-1997-ci illərdə Tərtər rayon «xxxxxxxxxxxxx» ASC-də işlədiyi və 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu dövr də daxil edilməklə, cəmi 26 il 07 ay 03 gün sığorta stajı vardır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə h i s s ə s i:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı 1994-1997-ci illərdə Tərtər rayon «xxxxxxxxxxxxx» X10 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx xxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 Tərtər rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar