Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1/2022 09.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, iddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın 20 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın və üçüncü şəxs "xxxx" MMC-nin adına verilmiş 14.12.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir (iş № 2-1(116)-1/2022). Bundan başqa, iddiaçı "xxxx" MMC cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın 20 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir (iş № 2-1(116)-4/2022). Məhkəmə aşağıdakı hallara görə bu qənaətə gəldi ki, göstərilən işlər üzrə icraat bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsində deyilir ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İşlərdən göründüyü kimi, hər iki iş bir-biri ilə əlaqəlidir, bir cavabdehə yönəlmişdir, mübahisə predmetləri eynidir və onlara baxılması Şəki İnzibati Məhkəməsinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, göstərilən işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi üçün onlar üzrə icraatın bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, yazılı icraat qaydasında qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: Şəki İnzibati Məhkəməsinin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilsin: 1) İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın və üçüncü şəxs "xxxx" MMC-nin adına verilmiş 14.12.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" barədə iddiasına dair 2-1(116)-1/2022 nömrəli iş, 2) İddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın 20 hektar torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi" barədə iddiasına dair 2-1(116)-4/2022 nömrəli iş. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver