Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1/2024 27.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Yevlax rayon Havarlı bələdiyyəsinə qarşı “X8 0,08 ha torpaq sahəsinin satılmasına dair Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 253 saylı qərarının ləğv edilməsi ” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ X8 0,08 ha torpaq sahəsinin satılmasına dair Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 253 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-19/2022 nömrəli qərardadı ilə iş üzrə icraat İddiaçı cavabdeh Yevlax rayon Havarlı bələdiyyəsinə qarşı “X8 0,08 ha torpaq sahəsinin satılmasına dair Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007ci il tarixli 253 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə icraat Şəki İnzibati Məhkəməsinin icraatında olmuş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2-1(116)-19/2022 nömrəli qərardadına əsasən iş üzrə icraat xx.xx.2022-ci il tarixli 2-1(116)-42/2022 nömrəli inzibati iş həll edilənədək dayandırılmışdır. Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(116)- 42/2022 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən 17 mart 2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur. X10 müraciət edərək Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2- 1(116)- 42/2022 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmənin 08 fevral 2023-cü il tarixli, 2-1 (116)-1241/2023 nömrəli qərardadı ilə X10 2-1 (116)-42/2022 nömrəli iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmiş, Şəki İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1 (116)-42/2022 nömrəli qərarı ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1-(116)-1241/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən 17 mart 2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərardan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-310/2023 saylı,xx.xx.2023-cü il tarixli qərardadı ilə qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1241/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş,iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-129/2024) saylı,xx.xx.2024cü il tarixli qərarına əsasən təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddia ərizəsinin əsaslarına görə Yevlax rayon Havarlı Bələdiyyəsini xx.xx.2005-ci il tarixli 19 saylı qərarı ilə Havarlı kəndinin içərisində həyətyanı torpaq sahəsinə bitişik 0,10 ha torpaq sahəsinin ayrılaraq iddiaçıya satılması qərarı verilmişdir. Yevlax rayon Havarlı Bələdiyyəsi ilə X3 arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Torpaqların alqı-satqısına dair" akta əsasən, Havarlı Bələdiyyəsinin ərazisindən 0,10 ha torpağ sahəsi İddiaçı satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini Yevlax rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, iddiaçıya satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsi Havarlı Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. İddiaçı tərəfindən həmin Yevlax rayon Havarlı kəndində 0,10 ha torpağ sahəsinə dair xx.xx.2007-ci il tarixdə ******* saylı reyestr çıxarış alınmışdır. Lakin mülkiyyətində olan torpaq sahəsində heç bir iş görülməmişdir. İddiaçı 2019-ci il tarixdə ona ayrılan torpaq sahəsini üzərində ev tikildiyini müşahidə etdiyini, sonra Yevlax rayon məhkəməsinə müraciət etmişdir. X6 və X7 torpaq sahəsindən çıxarılmasını və evin sökülməsinə dair iddia qaldırmışdır. Yevlax rayon məhkəməsində müəyyən olundu ki, X8 2007-ci ildə Yevlax rayon Havarlı kəndində 0.8 hektar torpaq sahəsi verilmiş,xx.xx.2007-ci il tarixdə Yevlax rayon Havarlı kənd bələdiyəsinin 253 saylı qərarı ilə rəsmləşdirilmişdir. Beləliklə də eyni torpağa Havarlı bələdiyyəsi tərəfindən 2 qərar vermişdir. İşə baxılan zaman məhkəmənin qərardadına əsasən, 29 dekabr 2019-cu il tarixli 9045 saylı mütəxəssis rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, xx.xx.2007-ci il tarixli 00005249 saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışa əsasən , İddiaçı mülkiyyətinə qeydiyyata alınmış, **********81 reyestr nömrəli " torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən kordinatlar daxilindəki 0,10 hektar torpaq sahəsinin cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsində yerləşədiyi müəyyən edilmişdir. Rəyə əlavə edilmiş sxemə əsasən isə iddiaçıya məxsus torpaq sahəsinin Mingəçevir- Yevlax avtomobil yolunun üzərində yerləşməsi müəyyən edilir. Bu isə absurd bir haldır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən kordinatların dürüstləşdirilməsini və yeni plan-ölçüsü sənədinin verilməsini xahiş etsə də, idarənin 12-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 nömrəli qərarından görünür ki, həmin qərarla Yevlax rayon Havarlı kəndində 0,10 ha torpaq sahəsinin ayrılaraq iddiaçıya satılması qərara alınmışdır.
2. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli **********32 nömrəli məktubunun surəti.
3. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 2610 nömrəli məktubunun surəti.
4. 02.03.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti.
5. "Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Havarlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 nömrəli qərarı əsasında iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinə dair sözügedən akt tərtib edilmiş, akt səlahiyyətli şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Aktdan görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir. Akt torpaq şöbəsində xx.xx.2005-ci ildə 407 nömrə ilə qeydiyyata alınmışdır.
6. A seriyalı 018453 nömrəli DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş plan ölçü sənədindən görünür ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 saylı qərarı ilə 1000 kv.m həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün iddiaçıya verilmişdir. Sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2007-ci ildə 70-ci nömrə ilə uçota alınmışdır.
7. AA seriyalı 000408 nömrəli DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş plan ölçü sənədindən görünür ki, Yevlax rayon Havarlı kəndində yerləşən torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.
8. ƏMD-nin yanında DƏKRX tərəfindən 29 dekabr 2019-cu il tarixli 9045 saylı mütəxəssis rəyinin surəti.
9. MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, Havarlı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətindədir.
10. AA seriyalı 000408 nömrəli xx.xx.2007-ci il tarixdə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi. Sənəd Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 nömrəli qərarı, xx.xx.2005-ci il tarixli 407 nömrəli alqı-satqı aktı və DTXK-nın Yevlax rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 70 nömrəli plan-ölçü sənədi əsasında tərtib edilmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********15 nömrəli məktubunun surəti.
12. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 147 nömrəli məktubunun surəti.
13. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 38 nömrəli məktubunun surəti.
14. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 79 nömrəli məktubunun surəti.
15. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 172 nömrəli məktubunun surəti.
16. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-201/2021 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
17. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-201/2021 nömrəli qərardadı;
18. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-19/2022 nömrəli qərardadı;
19. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-19/2022 nömrəli qərardadı;
20. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2-1(116)-1/2024 nömrəli qərardadı;
21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-310/2023 nömrəli qərardadı ;
22. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2661 nömrəli ekspert rəyinin surəti.
23. X2 19 mart 2021-ci il tarixli 115 saylı Ekspert rəyi;
24. 226826 nömrəli kassa mədaxil orderinin qəbzinin surəti.
25. Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(039)-12/2021 nömrəli qərardadının surəti.
26. Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(039)-12/2021 nömrəli qərardadının surəti.
27. Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 107 nömrəli məktubunun surəti.
28. “X5”nin 03 may 2021-ci il tarixli 12 saylı ekspert rəyinə düzəliş edilməsi barədə arayışın surəti.
29. Yevlax rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 28/10 nömrəli arxiv arayışının surəti.
30. Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 52 nömrəli xx.xx.2011-ci il tarixli tullantı arxiv sənədlərinin qəbul-qəbzinin surəti.
31. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin məktubuna əlavə edilmiş mütəxəssis rəyi;
Əsaslandırma hissəsi:
Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi müddətin buraxılmasını istisna edən hal mövcud deyildir.Belə ki,xx.xx.2007-ci il taixli Çıxarışa əsasən İddiaçı 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. İddia mümkün iddiadır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia mahiyyət etibarı ilə əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki,mübahisəli torpaq sahəsi ilə bağlı iki qərar mövcuddur. Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 19 saylı qərarı ilə Yevlax rayon Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Təqdim edilən xx.xx.2007-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı Yevlax rayon Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 253 saylı qərarı ilə X8 Yevlax rayon Havarlı kəndində yerləşən 0.8 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələrinin eyniliyi araşdırılmışdır. İlkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Yevlax rayonu Havarlı kənd sakini İddiaçı verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan “ayrılan torpaq sahəsi işarələnmiş BB torpaq sahəsi ilə Yevlax rayonu Havarlı kənd sakini X8 verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan torpaq sahəsi tam həcmdə üst-üstə düşür. Yevlax rayonu Havarlı kənd sakini İddiaçı verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan “ayrılan torpaq sahəsi BB” kimi işarələnmiş torpaq sahəsi ilə **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının və cavabdehin adına hazırlanmış yerquruluşu planında göstərilmiş torpaq sahələri, elektron məlumat bazasında mövcud olan “X4 X9’’nə əsasən təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikili altında olan torpaqları, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Hər iki yerquruluşu planında göstərilmiş torpaq sahəsi başqa şəxsərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İşə əlavə edilmiş **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0.10 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü xüsusi, mülkiyyətçisi İddiaçı göstərilmişdir. **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0.10 ha torpaq sahəsi Mingəçevir- Xaldan şosse yolunun üzərinə düşür. Başqa mülkiyyətçilərə məxsus torpaq sahəsi ilə üstüstə düşmür. “X5” nin 19 mart 2021-ci il tarixli 115 saylı Ekspert rəyindən görünür ki, Yevlax rayonu, Havarlı kəndi ərazisində yerləşən İddiaçı tərəfindən mübahisələndirilən, ekspertiza baxışına təqdim edilən və X10 tərəfindən faktiki olaraq istifadə olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS ölçü aləti vasitəsilə qeydə alınmışdır. Bu barədə yerində tərəflərin iştirakı ilə baxış aktı tərtib edilmişdir. Mübahisəli torpaq sahəsinin naturada UTM-38N, WGS-84 koordinat sisteminin 38 zonası üzrə qeydə alınan koordinatlarının işə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində AutoCad və ArcMap proqramları vasitəsilə Google Mapper, X14, SAS.Planeta və Aerofotoplan xəritə materialları üzərində müqayisəli dəqiqləşdirilməsi işləri aparılmışdır. Ekspert qarşısında qoyulmuş suallar üzrə nəticələr aşağıdakı kimi müəyyən edilmişdir: Yevlax rayonu Havarlı kənd sakini İddiaçı verilən torpaq sahənin yerquruluşu Planında qeyd olunan "ayrılan torpaq sahəsi BB" kimi işarələnmiş torpaq sahəsi ilə Yevlax rayonu, Havarlı kənd sakini X8 verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan torpaq sahəsi ilə tam həcmdə üst-üstə düşür. Hər iki yerquruluşu planında əks olunan torpaq sahəsi konturu natura üzrə eyni torpaq sahəsinin üzərinə düşür. Yevlax rayonu Havarlı kənd sakini İddiaçı verilən torpaq sahənin yerquruluşu Planında qeyd olunan "ayrılan torpaq sahesi BB" kimi işarələnmiş torpaq sahəsi ilə **********81 reyestr nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi üst-üstə düşür. Lakin plan və ölçü sənədində torpaq sahəsinin koordinatları səhv qeyd olunmuşdur. **********81 reyestr nömrəli plan və ölçü sənədində göstərilən 0.10 ha torpaq sahəsinin koordinatlarına görə natura üzrə yerləşməsi AutoCad və ArcMap proqramları vasitəsilə tərtib edilən ortofotoplanda aydın şəkildə göstərilmişdir. Yevlax rayonu Havarlı kənd sakini İddiaçı verilən torpaq sahənin yerquruluşu Planında qeyd olunan "ayrılan torpaq sahəsi BB" kimi işarələnmiş torpaq sahəsi ilə və Yevlax rayonu Havarlı kənd sakini X8 verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan torpaq sahəsi faktiki olaraq naturada eyni torpaq sahəsini əhatə etdiyindən hər iki yerquruluşu planı üzrə 0.10 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları təyinatlı olmaqla əkin uqodiyalı bələdiyyə torpağıdır. Hər iki yerquruluşu planında göstərilən torpaq sahələrinin hal-hazırda ərazinin ümumi xəritəsində olan məlumatlara əsasən başqa xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə üst-üstə düşməsi qeydə alınmışdır. **********81 reyestr nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin sahəsi yaşayış məntəqələrinin torpaqları təyinatlı olmaqla əkin uqodiyalı torpaqdır. İşə əlavə edilmiş hüquqmüəyyənedici sənəddə qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi İddiaçı göstərilmişdir. **********81 reyestr nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunan koordinatlarına görə Mingəçevir-Xaldan yolunun üzərinə düşür və faktiki ekspertiza tədqiqatı aparılan 0.10 ha torpaq sahəsindən 101 metr şərq tərəfdə yerləşir. Göründüyü kimi iddiaçıya Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 19 saylı qərarı ilə ayrılan Yevlax rayon Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən ilkin sənəd- torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan torpaq sahəsi sonradan Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 253 saylı qərarı ilə hazırkı iş üzrə üçüncü şəxs ilə X1. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 253 saylı qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin : 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Üçüncü şəxs X8 0,08 ha torpaq sahəsinin satılmasına dair cavabdeh Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 253 saylı qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə