Məhkəmə qərarları › İş №2-1(116)-10/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-10/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-10/2022 20.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1, üçüncü şəxs X3 etibarnamə üzrə nümayəndəsi X16 iştirakı ilə, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən X4 adına 31,5 kv.metr sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 ha torpaq sahəsinə dair vahid mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydə alınaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 09 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X4 adına 31,5 kv.metr sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 ha torpaq sahəsinə dair vahid mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydə alınaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın və digər çıxarışların, həmçinin xx.xx.2017-ci il tarixdə təsdiq olunmuş, 4Ə-507 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(116)-764/2020 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. Məhkəmənin hüquqi yardımlarından sonra iddiaçı, “tələbin həcminin azaldılması barədə” ərizə təqdim edərək cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydə alınmış, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (işin 136-cı səhifəsi). Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(116)-764/2020 nömrəli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)-77/2021 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-1567/2021 nömrəli mülki işə baxılıb qurtaranadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-10/2022 nömrəli qərardadı ilə icraatın dayandırılmasına əsas olmuş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1567/2021 nömrəli iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-760/2022 nömrəli qərarı qəbul edildiyindən iş üzrə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-10/2022 nömrəli qərardadı ilə X12 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmiş, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(116)-764/2020 nömrəli qərardadı dəyişdirilərək, X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində iştirakı, adi cəlbetmədən zəruri cəlbetməyə keçirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbini mübahisləndirdiyi çıxarışdakı torpaq sahəsinin JN-097F saylı şəhadətnaməyə əsasən mərhum X2 məxsus olması və mərhum G.Xankişiyevanın sağlığında xx.xx.2011-ci il tarixli vəsiyyətnamə ilə 2 otaqlı fərdi yaşayış evini və tövləsini, həyətyanı torpaq sahəsini ona vəsiyyət etməsi, özünün həmin miras əmlakı faktiki qəbul və sahiblik etməsi ilə əsaslandırmışdır. Cavabdeh iddia tələbinə etirazda işin halları və mübahisə ilə bağlı məhkəmə mübahisələri barədə məlumatları qeyd etmişdir. Həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-5557/2019 saylı qətnaməsi iş üzrə preyudisial əhəmiyyətə malik olduğuna görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Üçüncü şəxs iddia tələbinə etirazında hazırkı inzibati mübahisənin halları ilə bağlı məlumatları qeyd etmiş, Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 760/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı üzrə məhkəmə mübahisəsi getdiyini bildirərək iddiaçının iddia tələbi ilə bağlı (çıxarışın ləğv edilməsinə dair) subyektiv hüququnun olmamasını bildirmiş, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN-097F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, X13 və X9 İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kəndində 0.08 ha torpaq sahəsinin ayrılması qeyd edilmişdir. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)764/2016-cı il tarixli qərarından görünür ki, JN-097F nömrəli şəhadətnamənin 437.8 kv.m hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb edilən 437.8 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi X4 adına qeydı alınması öhdəliyi cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-764/2016 nömrəli qərardadı ilə İddiaçı 2-1(84)764/2016 nömrəli iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmiş, Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(84)-1637/2019 nömrəli qərardadı ilə iddia tələbi geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Seriya RX ******* №-li çıxarışdan görünür ki, İsmayıllı rayonu Əhən kəndində yerləşən 31.5 kv.m fərdi yaşayış evi və 0.0438 ha torpaq sahəsi X4 mülkiyyətində olmuşdur. - ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Seriya RX ******* №-li çıxarışdan görünür ki, İsmayıllı rayonu Əhən kəndində yerləşən 0.085 ha torpaq sahəsi X4 mülkiyyətində olmuşdur. - xx.xx.2017 və xx.xx.2017-ci il tarixli “daşınmaz əmlakın bağışlanmaq müqavilə”lərindən görünür ki, X12 ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.085 ha torpaq sahəsini və ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.0438 ha torpaq sahəsini X7 bağışlamışdır. - 407-4018/68 inventar nömrəli, xx.xx.2017-ci il tarixli, X3 adına tərtib edilmiş texniki pasportdan görünür ki, sənəd üzrə torpaq sahəsi 0.1288, faktiki sahə 0.1288 ha qeyd edilməklə müvafiq qeydiyyat aparılmışdır. - İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı JN-097F nömrəli şəhadətnamə üzrə 0.08 ha həyətyanı torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-760/2022 nömrəli qərarından görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1567/21 nömrəli qətnaməsi ilə, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, həmin qətnamədən İsmayıllı rayon notariat ofisiin verdiyi kassasiya şikayəti təmin edilməmişdir. - 63 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, İsmayıllı rayon XDS-nin xx.xx.1988-ci il tarixli qərarı əsasında Əhən kəndində 32.1 kv.m sahəsi olan yaşayış evi X6 mülkiyyət hüququ ilə ayrılmışdır. - X17 adına iyul 1990-cı ildə tərtib edilmiş 63 inventar nömrəli texniki pasportda sənəd üzrə torpaq sahəsi 600, faktiki 437.8 tikinti altı 102.4 kv.m olmaqla qeydlər icra edilmişdir. - X8 adına dekabr 1988-ci ildə tərtib edilmiş 11 inventar nömrəli texniki pasportda sənəd üzrə torpaq sahəsi 800.0 faktiki 1023.6 tikinti altı 92.0 kv.m olmaqla qeydlər icra edilmişdir. - 11 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, İsmayıllı rayon XDS-nin xx.xx.1988-ci il tarixli qərarı əsasında Əhən kəndində 28.8 kv.m sahəsi olan yaşayış evi X10 mülkiyyət hüququ ilə ayrılmışdır. - cavabdehin xx.xx.2021-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir:  torpaq sahəsində aparılan çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlara, Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına, arxiv materiallarına və dekabr 1988-ci il tarixdə tərtib edilmiş 11 inventar nömrəli Texniki Pasportda istinad edilərək aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, JN-097F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilən həyətyanı torpaq sahəsinin bir hissəsi (0.01136 ha) dekabr 1988-ci il tarixdə tərtib edilmiş 11 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. (Sxem 1 əlavə olunur).  JN-097F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilən 0.08 ha həyətyanı torpaq sahəsinin 0.0438 ha sahəsi xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 407- 4018/68 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. (Sxem 2 əlavə olunur).  Dekabr 1988-ci il tarixdə tərtib edilmiş 11 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 407-4018/68 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür.  İddiaçı Müsəlif oğlunun fakitiki istifadəsində 0.01136 ha və cavabdeh üçüncü şəxs X5 faktiki istifadəsində 0.1288 ha torpaq sahəsi mövcuddur.  İddiaçı Müsəlif oğlunun və cavabdeh üçüncü şəxs X5 faktiki istifadəsində olan torpaq sahəsi daş hasarla evin divarları və metal torla fiziki sərhədlə ayrılmışdır.  İddiaçının tələbində qeyd olunan 0,0438 ha torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür.  İddiaçı Müsəlif oğlunun faktiki istifadəsində olan torpaq sahəsi dekabr 1988-ci il tarixdə tərtib edilmiş 11 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə və cavabdeh üçüncü şəxs X5 faktiki istifadəsində olan torpaq sahəsi isə **********30-10301 reyestr nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür.  RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışlarda göstərilən həyətyanı torpaq sahələri xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 407-4018/68 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. (Sxem 3 əlavə olunur).  İnventar nömrəli müvafiq olaraq 11 və 63 olan xx.xx.1988-ci il tarixli qeydiyyat vərəqələrində qeyd olunan fərdi yaşayış evləri torpağın mülkiyyətə verilməsinə dair JN-097F saylı şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir, sözügedən yaşayış evləri bitişik evdir, damları və girişləri ayrıdır. (Sem 4 əlavə olunur). - cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında müvafiq çıxarışın ləğv edilməsini xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar, həmçinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (2.4)zəruri sənədlər olaraq qeyd edilmişdir. İş materialları ilə müəyyən olunur ki, JN-097F nömrəli şəhadətnamədəki torpaq sahəsinin 0.0438 ha hissəsi mübahisələndirilən çıxarışdakı torpaq sahəsi ilə üst-üstə düşür (işin 261-ci səhifəsindəki sxem). Həmçinin mütəxəssis tərəfindən təqdim edilmiş sxemdə (işin 262-ci səh.) mübahisələndirilən çıxarışdakı torpaq sahəsinin hüdudları aydın qeyd edilmişdir. 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin hüdudları mütəxəssis tərəfindən təqdim edilmiş (işin 263-cü səh.) sxemdə aydın şəkildə qeyd edilmişdir. Həmin torpaq sahəsi də, ləğvi tələb edilən çıxarışdakı torpaq sahəsi ilə üst-üstə düşdüyündən, JN-097F nömrəli şəhadətnamədəki torpaq sahəsinin 0.0438 ha hissəsinin 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olur. Bu isə onu deməyə əsas verir ki, JN-097F nömrəli şəhadətnamə tərtib edilərkən faktiki olaraq 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin də həmin şəhadətnaməyə daxil edilməsi qanunsuz olmuşdur. Belə ki, “Torpaq islahatıhaqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayışevlərinin, həyətyanısahələrin, fərdi, kollektiv vəkooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikləmüəyyən olunmuşqaydadaəvəzsiz olaraq onların mülkiyyətinəverilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanısahələr vəbağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinəonların qanuni istifadəyəvəya icarəyəgötürdükləriölçüdəverilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinəverilməsini, həm də qanuni istifadəyəvəya icarəyəgötürdükləriölçüdəverilməsini birmənalı olaraq müəyyən etmişdir. Lakin, JN-097F nömrəli şəhadətnamə tərtib edilərkən qanunvericiliyin həmin tələbi nəzərə alınmamış və 63 inventar nömrəli texniki pasporta əsasən digər subyektlərin qanuni istifadəsində olan torpaq sahəsi daxil edilməklə müvafiq şəhadətnamə hazırlanmışdır. İşdə olan mütəxəssis rəyindən də göündüyü kimi JN-097F nömrəli şəhadətnamə 11 inventar nömrəli texniki pasportla 0.01136 ha hissədə üst-üstə düşür. Halbuki, “Torpaq islahatıhaqqında” haqqında Qanunun tələbləri baxımından JN-097F nömrəli şəhadətnamə 11 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinə uyğun tərtib edilməli idi. Yuxarıda istinad olunmuş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qəbul edildiyindən və mübahisələndirilən çıxarışdakı torpaq sahəsi məhz 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyündən cavabdeh orqan haqlı olaraq müvafiq çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən X4 adına 31,5 kv.metr sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 ha torpaq sahəsinə dair vahid mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydə alınaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar