Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-10/2023 31.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “kompensasiyanın və əlavə haqqın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ona və ailə üzvlərinə 2010-cu ilin mart ayının 30-da Bakı şəhərindən Ucar şəhərinə köçməyi ilə bağlı köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi, 31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi, Ucar RPŞ-nin rəisinin əmri ilə 2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etdiyinə görə, xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini icra etdiyinə görə və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə görə vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-885/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, xx.xx.2021-ci il tarixli 2-1(116)- 885/2021 nömrəli qərardadı ilə isə Ucar Rayon Polis şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-10/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Ucar Rayon Polis şöbəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı 2010-cu ilin mart ayında X12 test imtahanı verərək, Daxili işlər orqanlarında xidmətə qəbul edilmişdir. Həmin vaxtdan Ucar rayon Polis şöbəsində Yetkinlik yaşına çatmayanlarla işin təşkili qrupunda inspektor, 2012-ci ilin aprel ayından isə X1 Xidmət üzrə baş inspektoru vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində polis kapitanı rütbəsinə qədər yüksəlmiş və işlədiyi müddət ərzində heç bir xidməti nöqsana və qanun pozuntusuna yol verməmişdir, həmçinin Ucar rayon rəhbərliyinin və sakinlərinin rəğbətini qazanmışdır. Məhz bu faydalı xidmətlərinə görə dəfələrlə Daxili İşlər Nazirliyinin rəhbərliyi, Ucar RPŞ rəisi və Ucar rayon İcra Hakimiyətinin Başçısı tərəfindən mükafatlara və fəxri fərmanlara layiq görülmüşdür. 26 dekabr 2020-ci il tarixində intizam məsuliyyətinə cəlb edilmiş və X25 Nazirinin 1032-00120 saylı əmri ilə Daxili işlər orqanlarından xaric edilmişdir. İddiaçı 31 mart 2010-cu il tarixdən Ucar RPŞ-də xidmət etmiş və onun Ucar rayonunda yaşayış yeri olmamışdır. Buna görə də o ailəsilə birlikdə yaşadığı Bakı şəhərindən Ucar şəhərinə köçmüş, orada kirayə müqaviləsi əsasında kirayə tutduğu evlərdə yaşamışdır. O, 2010-cu ildə Ucar rayonuna köçərkən ailə tərkibi üç nəfərdən ibarət idi, xx.xx.2014-cü ildə bir övladı da anadan olmuş və ailə tərkibi 4 nəfərdən ibarət olmuşdur. Lakin ona və ailə üzvlərinə köç pulu və xidmət etdiyi müddət ərzində kirayə pulu verilməmişdir. Bundan başqa o, 2013-cü ilin avqust ayından Ucar RPŞ-nin rəisinin əmri ilə 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etmişdir. Ucar RPŞ-nin rəisinin xx.xx.2016-cı il tarixli, Ə-5-1-187-16 saylı əmri ilə il tarixdən Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etmişdir. Ucar RPŞ-nin rəisinin xx.xx.2018-ci il tarixli, Ə16 ş/h-187-18 saylı əmri ilə dekabr 2018-ci il tarixədək Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini icra etmişdir. Ucar RPŞ-nin rəisinin xx.xx.2019-cu il tarixli, ə42 ş/h-187-19 saylı əmri ilə xx.xx.2020-ci il tarixinə kimi Ucar RPŞnin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etmişdir. Lakin ona əlavə vəzifə icra etdiyinə görə əmək haqqı hesablanıb verilməmişdir. İddiaçı ona və ailə üzvlərinə 2010-cu ilin mart ayının 30-da Bakı şəhərindən Ucar şəhərinə köçməyi ilə bağlı köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi, 31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi, Ucar RPŞ-nin rəisinin əmri ilə 2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etdiyinə görə, xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini icra etdiyinə görə və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə görə vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini təmin etməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, Ucar RPŞ-nin təqdim etdiyi əmrlərə əsasən, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 38-ci maddəsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq əvəz edilmş vəzifənin maaşının 50 faizi məbləğində, lakin hər bir hal üzrə 3 aydan artıq olmamaq şərtilə, aşağıda göstərilən qaydada 1869,00 manat məbləğində vəsait hesablanmış və iddiaçının təqdim edəcəyi müvafiq bank hesabına köçürüləcəkdir. Bank hesabının təqdim edilməsi üçün İddiaçı məktub göndərilmişdir. - Ucar RPŞ-nin xx.xx.2016-cı il tarixli Ə51-187-16 nömrəli əmrinə əsasən: (423,0 : 2) x 3 ay = 634,50 manat; - Ucar RPŞ-nin xx.xx.20218-ci il tarixli Ə16ş/h-187-18 nömrəli əmri əsasən; (400,0 ; 2) x 3 ay = 600,00 manat; - Ucar RPŞ-nin xx.xx.20219-cu il tarixli, Ə42ş/h-187-19 nömrəli əmrinə əsasən: (423,0 : 2) x 3 ay = 634,50 manat; ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşının xidməti yerdəyişmə və təyin olunması ilə bağlı yaşayış yerinin bir məntəqədən başqa məntəqəyə dəyişilməsi ilə əlaqədar ödənilən köç pulunun və birdəfəlik kompensasiyanın, 4 nöməli əlavədə isə daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyasının verilmə qaydaları və məbləğləri müəyyən edilmişdir. İddiaçının mülki vətəndaşlıqdan daxili işlər orqanlarında xidmətə Ucar RPŞ-yə təyin edilməklə başladığı və xidmət müddətində xidmət yerini dəyişmədiyi baxımından bu kompensasiyaların ona ödənilməsi mümkün deyildir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Ucar rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 187-8278-1221 nömrəli məktubuna aşağıdakı əmrlər əlavə olunmuşdur: Ucar rayon Polis Şöbəsinin xx.xx.2016-cı il tarixli 751-187-16 nömrəli əmri - Ucar RPŞ-nin Təşkilati İnspeksiya qrupunun baş inspektoru vəzifəsinin vakant olmasının nəzərə alaraq həmin vəzifənin icrası müvəqqəti olaraq Ucar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis kapitanı İddiaçı həvalə edilsin, Ucar rayon Polis Şöbəsinin xx.xx.2018-ci il tarixli 716 ş/h-187-18 nömrəli əmri - Ucar RPŞ-nin PPXT-nın komandiri vəzifəsinin vakant olmasının nəzərə alaraq həmin vəzifənin icrası müvəqqəti olaraq Ucar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis kapitanı İddiaçı həvalə edilsin, Ucar rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli 742 ş/h-187-19 nömrəli əmri - Ucar RPŞ-nin Təşkilati İnspeksiya qrupunun baş inspektoru vəzifəsinin vakant olmasının nəzərə alaraq həmin vəzifənin icrası müvəqqəti olaraq Ucar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis kapitanı İddiaçı həvalə edilsin. Ucar rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 187-10899-1221 nömrəli məktubundan görünür ki, Ucar RPŞ-nin arxivində saxlanılan əmrlər qovluğuna baxılmış İddiaçı 2013-cü ilin avqust ayından 2015-ci ilədək şöbənin İTB-nin rəisi vəzifələrini icra etməsi barədə əmrlərə rast gəlinməmişdir. Ucar RPŞ-nin İTB-nin rəisi vəzifəsi xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən 23.11 2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək vakant olmuş, həmin tarixlərdə İddiaçı həmin vəzifəni icra etməsi barədə Ucar RPŞ tərəfindən əmr verilməmişdir. Ucar RPŞ-nin xx.xx.2016-cı il tarixli Ə51- 187-16 nömrəli və xx.xx.2019-cu il tarixli Ə42ş/h-187-19 nömrəli əmrlərinə əsasən müvafiq olaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək şöbənin təşkilati inspektor qrupunun baş inspektoru, şöbənin xx.xx.2018-ci il tarixli Ə16ş/h-187-18 nömrəli əmrinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək isə PPXB-nin tağım komandiri vəzifələrinin icrası müvəqqəti olaraq İddiaçı həvalə olunmuşdur. Həmçinin İddiaçı Ucar RPŞ-də xidmət etdiyi müddət ərzində yaşayış sahəsi ilə təmin olunmamışdır. - xx.xx.2017-ci il tarixli Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, X9 tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 71,2 kv.m yaşayış sahəsi 48,2 kv.m yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı mənzil İddiaçı kirayə verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2021-ci il tarixli 027-5992-1221 nömrəli məktubundan görünür ki, İddiaçının 2010-cu ildə ilk təyin olunduğu yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru vəzifəsində vəzifə maaşı 160,00 manat, polis leytenantı rütbəsinə görə isə xüsusi rütbə maaşı 122,00 manat təşkil edib; İddiaçının 2016-cı ildə müvəqqəti icra etdiyi təşkilati inspeksiya qrupunun baş inspektoru vəzifəsinin vəzifə maaşı 305,00 manat, 2019-cu ildə isə həmin vəzifə üçün vəzifə maaşı 336,00 manat təşkil edib; İddiaçının 2018-ci ildə müvəqqəti icra etdiyi PPXT-nin komandiri vəzifəsində vəzifə maaşı 327,00 manat təşkil edib. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2010-cu il 579 ş/h əmrindən çıxarışdan görünür ki, İddiaçı, Ucar Rayon Polis Şöbəsinin X1 Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli 74192 ş/h-001- 20 nömrəli əmrdən görünür ki, 135-ci maddənin 4 və 9-cu bəndləri ilə daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduğuna və daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə polis kapitanı xx.xx.2020-ci il tarixdən İddiaçı Ucar RPŞ-nin İctami təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq xidmətdən xaric edilmişdir. - Ucar rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli 187-3041-1222 nömrəli məktubuna aşağıdakı əmrlər əlavə olunmuşdur: - Daxili İşlər Nazirliyinin xx.xx.2012-ci il tarixli 795 ş/h-001-12 əmrdən görünür ki, Polis kapitanı X5 xx.xx.2012-ci il tarixdən Ucar RPŞ-nin təhqiqat qrupunun baş təhqiqatçısı vəzifəsindən azad edilib, həmin şöbənin X1 rəisi vəzifəsinə təyin edilmişdir. - Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli 71880 ş/h-001-15 nömrəli əmrdən görünür ki, polis baş leytenantı X13 xx.xx.2015-ci il tarixdən Ucar RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsindən azad edilib, həmin şöbənin ictami təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. - Ucar rayon Polis Şöbəsi üzrə xx.xx.2015-ci il tarixli 71 ş/h nömrəli əmrdən görünür ki, şöbənin İTB-nin xidmət üzrə baş inspektoru, polis kapitanı İddiaçı məzuniyyət müddətindən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi məzuniyyətə buraxılmış, məzuniyyətdə olduğu müddətdə onun xidməti sahəsi şöbənin İTB-nin rəisi, polis baş leytenantı Babək Lətifova həvalə edilsin. - Ucar rayon Polis Şöbəsi üzrə xx.xx.2014-cü il tarixli 59 ş/h nömrəli əmrdən görünür ki, şöbənin İTB-nin xidmət üzrə baş inspektoru, polis baş leytenantı İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi məzuniyyətə buraxılmışdır. - xx.xx.2013-cü il tarixli 35 ş/h nömrəli əmrdən görünür ki, Ucar RPŞ-nın İTB-nin XÜ baş inspektoru İddiaçı, QŞVQ-nin kiçik inspektoru X3, MSY-nin rəis VMİE X7, PPXT polis nəfərləri X19 və X10 xx.xx.2013-cü il tarixdən məzuniyyətə buraxılmış, Ucar RPŞ-nin İTBnin XÜ baş inspektor vəzifəsi müvəqqəti olaraq İTB-nin rəisi polis kapitanı X4 həvalə edilmişdir. - AZ-İ 523410 №-li nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X6 xx.xx.2009-cu il tarixdə Oğuz rayonunda nikah bağlamışlar. - AZ-İİİ 234475 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2014cü ildə doğulmuşdur. - AZ-İİ 577217 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2010cu ildə doğulmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. İddia tələbindən göründüyü kimi iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir:
1. İddiaçıya və ailə üzvlərinə 2010-cu ilin mart ayının 30-da Bakı şəhərindən Ucar şəhərinə köçməyi ilə bağlı köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi,
2. 31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi,
3. Ucar RPŞ-nin rəisinin əmri ilə 2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etdiyinə görə, xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini icra etdiyinə görə və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə görə vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi.
İddia tələbinin “İddiaçıya və ailə üzvlərinə 2010-cu ilin mart ayının 30-da Bakı şəhərindən Ucar şəhərinə köçməyi ilə bağlı köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi” hissəsində məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına köç pulu və birdəfəlik kompensasiyaların ödənilməsi qaydası və miqdarı” haqqında 3 nömrəli əlavənin 1-ci bəndi:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşının xidməti yerdəyişmə və təyin olunması ilə bağlı yaşayış yerinin bir məntəqədən başqa məntəqəyə dəyişilməsi ilə əlaqədar ödənilən köç pulunun və birdəfəlik kompensasiyaların tərkibinə aşağıdakılar daxildir: a) əməkdaşa və onun ailə üzvlərinə ödənilən nəqliyyat xərci; b) yolda olan müddət üçün gündəlik xərc; c) ev əşyalarının gətirilməsi üçün nəqliyyat xərci; ç) əməkdaşa birdəfəlik kompensasiya; d) əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya.
2. Polis əməkdaşına birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki vəzifə və xüsusi rütbə maaşlarından hesablanır. Ailə üzvlərinə isə birdəfəlik kompensasiya köçüb gəldikləri günə əməkdaşın aldığı vəzifə və xüsusi rütbə maaşlarından hesablanır.
3. Köç pulu və birdəfəlik kompensasiyalar (50 km-dən çox yol qət etmək şərtilə) bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi xidmət yerinə getmək üçün, aşağıda göstərilən yerdəyişmə və təyin olunma halları zamanı verilir: a) Daxili İşlər Nazirliyinin bir orqanından başqa bir orqanına ştat vəzifəsinə təyin edilərkən; b) Daxili İşlər Nazirliyinin orqanlarının daimi dislokasiya yerinin dəyişməsi zamanı; c) Daxili İşlər Nazirliyinin orqanlarında xidmət keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş əməkdaş başqa yaşayış məntəqəsinə köçərsə.
4. Xidməti yerdəyişmə və təyin olunması ilə əlaqədar bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə getmək üçün 50 km-dən çox yol qət edərkən, əməkdaşa və ailə üzvlərinə bu qayda ilə müəyyən edilmiş normalar üzrə yola çəkilmiş faktiki xərc ödənilir. İİ. KÖÇ PULU VƏ BİRDƏFƏLİK KOMPENSASİYALARİN MİQDARİ
1. Köç pulu və birdəfəlik kompensasiyalar aşağıdakı miqdarda ödənilir: a) əməkdaşa və onun ailə üzvlərinə nəqliyyat xərcləri, təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gedişin dəyəri miqdarında, nəqliyyatda sərnişinlərin dövlət icbari sığortası üzrə tədiyələr, biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yatacaq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla ödənilir; b) əməkdaşa yerdəyişmə və təyin olunma zamanı 50 km-dən çox məsafə qət edilərsə, birdəfəlik kompensasiya 1 aylıq yeni təyin olunduğu vəzifəsi üzrə vəzifə maaşı və 1 aylıq xüsusi rütbə maaşı məbləğində; c) Daxili İşlər Nazirliyinin orqanlarının dislokasiya yerinin dəyişməsi ilə əlaqədar olan yerdəyişmə vaxtı əməkdaşa məsafədən asılı olmayaraq vəzifə və xüsusi rütbə maaşlarının 50 faizi məbləğində; ç) ailə üzvlərinin hər birinə bütün hallarda əməkdaşın 1 aylıq vəzifə və xüsusi rütbə maaşının 25 faizi məbləğində; d) əməkdaşa 3000 kq-dək ev əşyalarını gətirmək üçün çəkdiyi faktiki xərc, yükün daşınması barədə qaimə təqdim edilməklə, müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində. İİİ. YOLDA OLAN VAXT ÜÇÜN GÜNDƏLİK XƏRCİN VERİLMƏSİ
1. Xidməti yerdəyişmə və təyinolunma ilə əlaqədar olaraq, bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə gələrkən, əməkdaşa yolda olduğu bir sutkalıq müddət üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş xidməti ezamiyyətlər zamanı ödənilən gündəlik xərc normaları miqdarında vəsait verilir. İddiaçı, ilk dəfə xx.xx.2010-cu il tarixli 579 ş/h əmrlə Ucar Rayon Polis Şöbəsinin X1 Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru vəzifəsinə təyin edilmişdir. İddiaçının həmin təyinata qədər yaşayış yeri İsmayıllı rayonu Qubaxəlilli kəndi olmuşdur. Sözügedən yaşayış sahəsindən Ucar şəhərinə yaşayış yerini dəyişən iddiaçıya 1 aylıq yeni təyin olunduğu vəzifəsi və 1 aylıq xüsusi rütbə maaşı məbləğində (160 +122=282 manat) birdəfəlik kompensasiya ödənilməli idi. Belə ki, İsmayıllı rayonu Qubaxəlilli kəndi ilə Ucar şəhəri arasında məsafə 53 km olduğundan və Daxili İşlər Nazirliyinin orqanlarında xidmət keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş əməkdaşın başqa yaşayış məntəqəsinə köçməsi ilə bağlı sözügedən əlavənin 3-cü bəndində norma müəyyən edildiyindən cavabdehin həmin pul məbləğini iddiaçıya ödəmək vəzifəsi olmuşdur. Köç pulunun və birdəfəlik kompensasiyaların tərkibinə həm də əməkdaşa və onun ailə üzvlərinə ödənilən nəqliyyat xərci və ev əşyalarının gətirilməsi üçün nəqliyyat xərci daxildir ki, həmin xərclərə görə ödəmə təqdim edilmiş sənədlər əsasında aparılır. Lakin, hazırkı iş üzrə iddiaçı tərəfindən müvafiq xərclərə dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, həmin hissədə cavabdeh orqanın hər hansı ödənişin edilməsi ilə bağlı öhdəliyi olmamışdır. Yolda olan vaxt üçün gündəlik xərcin verilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, 1 sutkalıq müddət üçün gündəlik xərc “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 14 №-li qərarına əsasən ödənilməli idi. Belə ki, sözügedən qərara əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə65,0manat müəyyən edilmişdir. “Əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya”-nın ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, ailə üzvlərinə birdəfəlik kompensasiya əməkdaşın 1 aylıq vəzifə və xüsusi rütbəmaaşının 25 faizi məbləğində ödənilməli idi. Belə ki, iddiaçı Xədicə Tahirova ilə 2009-cu ildə nikah bağlamış, birgə nikahlarından xx.xx.2010 və xx.xx.2014-cü il tarixlərdə 2 övladı doğulmuşdur. Odur ki, xx.xx.2010-cu il tarixdə iddiaçının ailə üzvü arvadından ibarət olmuş, ödənilməli olan birdəfəlik kompensasiyanın məbləği 70.5 manat məbləğində olmuşdur. Beləliklə, iddia tələbinin “köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi” hissəsində cavabdeh orqanın iddiaçıya ödəməli olduğu pul məbləği 417.5 manat (282+65+70.5) məbləğində olmuşdur.
İddia tələbinin “31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi” hissəsində məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: - “Polis haqqında” Qanun: Maddə 38.Polis əməkdaşına verilən digər təminatlar İ. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni yerdə xidmətə göndərilən polis əməkdaşlarının mənzil ehtiyaclarının ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər. İİ. Polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan polis əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada pul kompensasiyası ödənilir...
Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə: İİİ Fəsil DAXİLİ İŞLƏR ORQANLARİNDA XİDMƏT KEÇMƏ
33. Daxili işlər orqanları əməkdaşlarının xidmət yerlərinin dəyişdirilməsi aşağıdakı hallarda və qaydada həyata keçirilir: 1) yuxarı vəzifəyə - əməkdaşın razılığı ilə onun işgüzar, şəxsi keyfiyyətləri, peşə hazırlığı, vəzifə təsnifatı ilə tutduğu vəzifə üçün müəyyən edilmiş müddət nəzərə alınmaqla (bu müddət bir qayda olaraq iki ildən az olmamalıdır); 2) bərabər vəzifəyə - əməkdaşın razılığı ilə xidməti zərurət yarandıqda, həmçinin ailə vəziyyəti, səhhəti və yaşı ilə əlaqədar; 3) aşağı vəzifəyə: ştatların ixtisarı ilə əlaqədar bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda; səhhətinə görə - tibb-həkim komissiyasının rəyinə əsasən; öz xahişi ilə; attestasiyanın nəticələrinə əsasən; intizam tənbehi qaydasında; təhsil müəssisəsinin əyani şöbəsinə daxil olduğuna görə, həmçinin təhsili başa vurduqdan sonra vəzifəyə təyin edildikdə; 5) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə.
104. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə və qaydada pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği daxili işlər orqanları əməkdaşları üçün ayda 27 manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarına 4 nömrəli Əlavə: “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi” Qaydası:
1. Daxili işlər orqanlarında (Daxili İşlər Nazirliyinin Daxili Qoşunları istisna olmaqla) xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir: (-)
2. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün tələb olunan sənədlər: (-) Yuxarıda istinad olunmuş maddi hüquq normalarının məzmunundan göründüyü kimi kirayə xərcləri xidmət yerinin dəyişdirilməsi ilə əlaqdar yaşayış yeri olmayan əməkdaşlara ödənilməsi nəzərdə tutulmuş, ilk dəfə vəzifəyə təyin olunan əməkdaşlara münasibətdə hər hansı tənzimləmə nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına köç pulu və birdəfəlik kompensasiyaların ödənilməsi qaydası və miqdarı” haqqında 3 nömrəli əlavədə ilk dəfə təyin olunan əməkdaşlara münasibətdə müvafiq ödəmələrin müəyyən edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi” Qaydasında, “Polis haqqında” Qanunda və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə qeyd olunan məsələ ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Odur ki, müvafiq hüquqi tənzimləmə mövcud olmadığından məhkəmə İddia tələbinin “31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi” hissəsinin əsassız olması qənaətinə gəlir.
İddia tələbinin “Ucar RPŞ-nin rəisinin əmri ilə 2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etdiyinə görə, xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini icra etdiyinə görə və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Ucar RPŞ-nin Təşkilati inpeksiya qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə görə vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: - Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə:
38. Daxili işlər orqanlarının əməkdaşına eyni zamanda müvəqqəti olaraq üç aydan artıq olmayan müddətə digər vəzifənin icrası həvalə edilə bilər. Bu halda daxili işlər orqanları əməkdaşının vəzifə maaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlavə müəyyən edilib ödənilməlidir. Əmək Məcəlləsi: Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası
2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (14 ay 11 gün), xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (14 ay 8 gün) şöbənin təşkilati inspektor qrupunun baş inspektoru, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (21 gün) isə PPXB-nin tağım komandiri vəzifələrini icrası müvəqqəti olaraq həvalə olunmuşdur. Cavabdeh orqanın vəzifənin həvalə edilmə müddətinin maksimum 3 ay müəyyən edilməsi ilə bağlı etirazının dəlilini məhkəmə əsaslı hesab etmir. Belə ki, istinad olunan Əsasnamədə həmin müddət 3 ay müəyyən edilsə də faktiki olaraq iddiaçı yuxarıda qeyd edilən müddətlərdə vakant ştat üzrə vəzifələrin icrasına cəlb edilmişdir. Odur ki, cavabdeh orqan iddiaçının faktiki cəlb olunduğu müddət üzrə yerinə yetirdiyi əmək funksiyasına görə müvafiq ödənişləri etmək öhdəliyi daşıyır. Müəyyən edilir ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (14 ay 11 gün) şöbənin təşkilati inspektor qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə görə ona 2961 manat ((423:2)x14 ay) pul məbləği ödənilməli idi. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən həmin müddət üzrə iddiaçıya cəmi 3 ay üzrə 634.50 manat pul məbləği hesablanmışdır. Odur ki, cavabdeh orqan qalan 11 ay üzrə 2326.5 manat ödənişi iddiaçıya ödəməlidir. Müəyyən edilir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (14 ay 8 gün) şöbənin təşkilati inspektor qrupunun baş inspektoru vəzifəsini icra etdiyinə görə də ona 2961 manat ((423:2)x14 ay) pul məbləği ödənilməli idi. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən həmin müddət üzrə də iddiaçıya cəmi 3 ay üzrə 634.50 manat pul məbləği hesablanmışdır. Odur ki, cavabdeh orqan qalan 11 ay üzrə 2326.5 manat ödənişi iddiaçıya ödəməlidir. Müəyyən edilir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (21 gün) PPXB-nin tağım komandiri vəzifəsini icra etdiyinə görə də ona 21 günə münasibətdə 140 manat ödəniş edilməli idi (1 tam ay üçün 400 manat əmək haqqı müəyyən edildiyindən və həmin məbləğin 50 faizi ödənilməli olduğundan 21 günə münasibətdə 140 manat hesablanmışdır). Bununla belə cavabdeh orqan həmin müddəti 3 ay olmaqla, 460 manat artıq hesablamış və 600 manat müəyyən etmişdir. Artıq hesablanmış 460 manat pul məbləği ödəniləcək məbləğ hesablanarkən nəzərə alınmışdır. Beləliklə, iddiaçıya təşkilati inspektor qrupunun baş inspektoru və PPXB-nin tağım komandiri vəzifəsini icra etdiyinə görə cavabdeh orqanın ödəməli olduğu ümumi pul məbləği 4193 manat (2326.5+2326.5-460) məbləğindədir. İddiaçı, tələbində 2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etməsini, Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək icra etməsini və vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsini tələb etsə də iş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2013-cü il tarixli və xx.xx.2014-cü il tarixli məzuniyyət əmrində onun vəzifəsi Ucar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru qeyd edilmiş və tələbdə qeyd olunan dövrdə onun Şöbənin X1 rəisi vəzifəsini icra etməsi, o cümlədən Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini dekabr 2018-ci il tarixədək iş materialları ilə sübut olunmur. Həmçinin yuxarıda istinad olunan Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndində boş vəzifə üzrə nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməsi nəzərdə tutulduğundan iddiaçının həmin ödənişləri vəzifə maaşının 70% məbləğində hesablanmasını tələb etməsi əsassız olmuşdur. Yuxarıda şərh edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdeh orqanın iddia tələbinin “köç pulu və birdəfəlik kompensasiyanın hesablanıb ödənilməsi” hissəsində iddiaçıya 417.5 manat, iddia tələbinin “müvəqqəti digər vəzifələrin icra edildiyi dövrlə bağlı” hissəsində iddiaçıya 4193 manat, cəmi 4610.5 manat pul məbləğinin ödənilməsi hissəsi sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilərək, müvafiq ödənişlərin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. İddia tələbinin “31 mart 2010-cu il tarixindən 29 dekabr 2020-ci il tarixinədək Ucar şəhərində ailəsi ilə birlikdə kirayə evdə yaşadığına görə ödədiyi kirayə haqlarının hesablanıb ödənilməsi”, “2013-cü ilin avqust ayından 2015-ci ilin avqust ayınadək Şöbənin X1 rəisi vəzifəsini icra etməsi”, həmçinin “Şöbənin Post patrul xidməti tağımının komandiri vəzifəsini xx.xx.2018-ci il tarixdən dekabr 2018-ci il tarixədək icra etməsi” və vəzifə maaşının 70% məbləğində əlavə haqqın hesablanıb ödənilməsi hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə İddiaçı “köç pulu və birdəfəlik kompensasiya” olaraq 417,5 manat, “müvəqqəti digər vəzifələrin icrası ilə əlaqədar” 4193 manat, cəmi 4610.5 manat pul məbləğinin ödənilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.