Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-100/2022 13.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Rafiq qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X1 kitabında 24 sentyabr 2009-cu il tarixdə 2583 nömrə ilə uçota alınmış A seriyalı 155845 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 531.61 kv. metr torpaq sahəsinin mülkiyyət hüquqları əsasında daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Rafiq qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X1 kitabında 24 sentyabr 2009-cu il tarixdə 2583 nömrə ilə uçota alınmış A seriyalı 155845 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 531.61 kv. metr torpaq sahəsinin mülkiyyət hüquqları əsasında daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Rafiq qızı tərəfindən təqdim edilmiş sənədlərlə və iddiaçının əmlak məlumatları barədə “AZEMİS”-dən çıxarışla müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə (**********84 reyestr nömrəli) iddiaçının adına dövlət qeydiyyata alınmışdır. Hazırki iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktuba hüquqi qiymət verilməsini mümkün hesab edir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı – X1 kitabında 24 sentyabr 2009-cu il tarixdə 2583 nömrə ilə uçota alınmış A seriyalı 155845 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 531.61 kv. metr torpaq sahəsinin mülkiyyət hüquqları əsasında daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınaraq çıxarışın verilməsinə nail olmaqdır. Cavabdeh orqan artıq həmin tələbi təmin etdiyindən, yəni X1 kitabında 24 sentyabr 2009-cu il tarixdə 2583 nömrə ilə uçota alınmış A seriyalı 155845 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 531.61 kv. metr torpaq sahəsinin mülkiyyət hüquqları əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aparıldığından, işin mahiyyəti üzrə mübahisə aradan qalxmışdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. İnzibati Prossesual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İPM-in 81.2-ci və 90.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Rafiq qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X1 kitabında 24 sentyabr 2009-cu il tarixdə 2583 nömrə ilə uçota alınmış A seriyalı 155845 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 531.61 kv. metr torpaq sahəsinin mülkiyyət hüquqları əsasında daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə icraata xitam verilir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-100/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-100/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver