Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1000/2020 14.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X4 Balakən rayon Şöbəsinə qarşı “1971, 1974, 1976, 1979-1997-ci illərdə “H.Nəsibov” adına kolxozda, 1977-1979-cu illərdə “Azərbaycan” / “Sovet Azərbaycanı” adına kolxozda və 1978-ci ildə “Musabəyov” adına kolxozda işlədiyi 23 il 5 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixində Balakən rayon Qullar kəndində anadan olmuşdur. Hazırda həmin kənddə yaşayır. O, 1971-1974, 1976, 1979-1997-ci illərdə “N. Nərimanov” adına kolxozda, 1977-1979-cu illərdə “Azərbaycan”/ “Sovet Azərbaycanı” adına kolxozda və 1978-ci ildə “Musabəyov” adına kolxozda işləmişdir. xx.xx.2020-ci ildə 64 yaş 6 ay tamam olduğundan sənədlərinini yaşa görə əmək pensiyası təyin olunması üçün Fondun Balakən rayon şöbəsinə təqdim etmişdir. Lakin onun kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyinə görə ona yaşa görə əmək pensiya təyin etməkdən imtina edilmişdir. Bildirmişlər ki, kolxozda işlədiyi illər əmək kitabçası olmadığına görə həmin müddətin sığorta stajına daxil edilməsi qanunauyğun deyil. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1971, 1974, 1976, 1979, 1997-ci illərdə “H.Nəsibov” adına kolxozda, 1977-1979-cu illərdə “Azərbaycan” / “Sovet Azərbaycanı” adına kolxozda və 1978-ci ildə “Musabəyov” adına kolxozda işlədiyi 23 il 5 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən 64 yaş 6 ayı tamam olmuş onun yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən onun cəmi siğorta staj: Kolxozdakı dövrü: 23 il 5 ay-mübahisələndirilir. Hərbi xidmət dövrü:2 il -mübahisələndirilmir. Cəmi: 25 il 5 ay təşkil etmişdir. Lakin İddiaçı kolxozdakı 23 il 5 ay iş stajları əmək kitabçasında qeyd edilməmişdir. xx.xx.2006-cı ildə qüvvəyə minmiş Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən iş stajları əmək kitabçasına əsasən müəyyən edilir. Ona görə də həmin dövrlərin sığorta stajına daxil edilməsi qanuna uyğun olmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddiasını əsassız hesab edərək, təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayonu, Meşəşambul kəndində doğulmuşdur. İş materiallarında olan DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən 64 yaş 6 ayı tamam olmuş onun yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən onun cəmi siğorta staj: Kolxozdakı dövrü: 23 il 5 ay-mübahisələndirilir. Hərbi xidmət dövrü:2 il mübahisələndirilmir. Cəmi: 25 il 5 ay təşkil etmişdir. İş materiallarında olan DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, İddiaçı 1971-ci il tarixdə işə qəbul edilməsi 1997-ci il tarixdə işdən azad edilməsi müəyyən edilmişdir. İş materiallarında olan Balakən rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 222 nömrəli arxiv arayışlarından görünür ki, iddiaçı1971, 1974, 1976, 1979-1997-ci illərdə “H.Nəsibov” adına kolxozda, 1977-1979-cu illərdə “Azərbaycan” / “Sovet Azərbaycanı” adına kolxozda işləmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli ********** nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubuaiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1971, 1974, 1976, 1979-1997-ci illərdə “H.Nəsibov” adına kolxozda, 1977-1979-cu illərdə “Azərbaycan” / “Sovet Azərbaycanı” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu Balakən rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 222 nömrəli arxiv arayışları və xx.xx.2020-ci il tarixli aktla öz təsdiqini tapır. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X2” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1971, 1974, 1976, 1979-1997-ci illərdə “H.Nəsibov” adına kolxozda, 1977-1979-cu illərdə “Azərbaycan” / “Sovet Azərbaycanı” adına kolxozda və 1978-ci ildə “Musabəyov” adına kolxozda işlədiyi 23 il 5 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəli öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və X1 Nazirliyi yanında Dövlət X4 Balakən rayon şöbəsinin üzərinə İddiaçı 1971, 1974, 1976, 1979-1997-ci illərdə “H.Nəsibov” adına kolxozda, 1977- 1979-cu illərdə “Azərbaycan” / “Sovet Azərbaycanı” adına kolxozda və 1978-ci ildə “Musabəyov” adına kolxozda işlədiyi 23 il 5 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəli qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1000/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1000/2020
14.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver