Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1002/2020 22.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Balakən rayon filialınaqarşı “1979-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda, xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixinədək Balakən rayon Poçt Filialında və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Tülü kənd bələdiyyəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuşdur. O, 1976-1977-ci illərdə Balakən rayonunun Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda, xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixinədək Balakən rayon poçt Filalında, xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək Tülü kənd Bələdiyyəsində işləmişdir. xx.xx.2020-ci il tarixində ona əmək pensiyası təyin olunmsı üçün yaşı çatdığına görə DSMF-nin Balakən rayon şöbəsinə müracət etmişdir. Lakin onun yuxarıda qeyd etdiyi iş stajlarının sığorta stajına daxil edilməsi əmək kitabçası olmadığına görə imtina edilmişdir Cavabdehin etirazı: İddiaçı iddia ərizəsində 1976-1977-ci illərdə Balakən rayonunun Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda, xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixinədək Balakən rayon poçt filialında, xx.xx.2001-ci il tarixindən xx.xx.2001 -ci il tarixinədək Tülü kənd Bələdiyyəsində işlədiyini qeyd etmişdir. xx.xx.2020-ci il tarixində iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF publik hüquqi şəxsin Balakən rayon filialına müraciət etmiş, lakin şəxsin əmək kitabçası olmadığı üçün filial tərəfindən ona imtina verilmişdir. İlk öncə qeyd etmək lazımdır ki, iddia tələbi qanunaziddir. Belə ki, iddiaçı 1976- 1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixədək Balakən rayon Poçt filialında və xx.xx.2001ci il tarixdən xx.xx.2001-ci il tarixədək Tülü kənd bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iddiaçının qeyd etdiyi yerlərdə işlədiyini təsdiq edən əmək kitabçası olmadığı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edildiyi üçün ona yasa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Vətəndaşın əmək kitabçası əvəzində Balakən rayonu Tülü kəndi N.Nərimanov adına kolxozda işləməsi ilə bağlı təqdim etdiyi arxiv arayışı və digər arayışlar ona əmək pensiyası təyin edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki iddiaçının Balakən rayonu Tülü kəndi N.Nərimanov adına kolxozda işləməsi ilə bağlı Balakən rayon Dövlət Arxivindən əldə etdiyi arxiv arayışında şəxsin atasının adı qeyd edilməmişdir. Buradan da məlum olur ki, arxiv arayışında adı keçən şəxsin İddiaçı olması şübhə doğurur. Eyni zamanda arxiv arayışında şəxsin işlədiyi illər qeyd edilsə də, əmək haqqı qeyd edilməmişdir. İddiaçıya X6n verilən arayışda onun Tülü poçt şöbəsində xx.xx.1977-ci il tarixli 66 saylı əmrlə poçtalyon işinə qəbul edilməsi, xx.xx.1999-cu il tarixli 02 saylı əmrlə işdən azad edilməsi əks olunmuşdur. Bu arayış da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki iddiaçının işə qəbul edilmə və işdən azad edilmə barədə əmrin mövcudluğu arayışla təsdiq edilə bilməz. Bunun üçün əmrlərin özü və ya təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilməli idi. Bundan əlavə, iddiaçıya X6n verilən 1992-1999-cu il dövr ərzində X5 Tülü poçt şöbəsində poçtalyon vəzifəsində işləməsi ilə bağlı əmək haqqı cədvəli də məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki əmək haqqı cədvəli X9 tərəfindən deyil, Balakən rayon Dövlət Arxivi tərəfindən verilməli idi. Eyni zamanda iddiaçı iddia ərizəsində X6 1977-1999-cu illərdə işlədiyini qeyd etmiş, lakin X5 təqdim etdiyi əmək haqqı cədvəlində 1992-1999-cu illər öz əksini tapmışdır. X7 Filialı tərəfindən verilən arayışda Tülü poçt şöbəsində işdən azad olunması barədə verilən əmr xx.xx.1999-cu il tarixlidir. Lakin X9 tərəfindən verilən əmək haqqı cədvəlində 1999-cu ilin ilk 3 ayı üçün əmək haqqı göstərilməmiş, lakin digər aylarda ödəmələr əks olunmuşdur. Digər bir məsələ ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Tülü kənd bələdiyyəsində işlədiyi illərin də sığorta stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iddiaçının Tülü kənd bələdiyyəsində işlədiyini təsdiq edən sənəd kimi Tülü kənd bələdiyyəsi tərəfindən arayış verilmişdir. Lakin bələdiyyələr arayış deyil, akt vermək səlahiyyətinə sahibdirlər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbləri əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuşdur. İş materiallarında olan DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının 1976-1977-ci illərdə N.Nərimanov adına kolxozda, 1977-1999-cu illərdə Balakən Poçt şöbəsində, xx.xx.2001-xx.xx.2001-ci illərdə Tülü bələdiyyəsində işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. İş materiallarında olan Tülü bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 67 nömrəli Arayışından görünür ki, Tülü kənd sakini İddiaçı Tülü bələdiyyəsində xx xxxxx 2001-ci il tarixindən xx xxxxxx 2001-ci il tarixinədək “vergi agenti” vəzifəsində işləmişdir. İş materiallarında olan “xxxxxxxx” MMC-nin X5 xx.xx.2020-ci il tarixli 21 nömrəli Arayışından görünür ki, iddiaçı Tülü poçt şöbəsində xx xxx 1977-ci il tarixli 66 saylı ƏMRlə poçtalyon işinə qəbul edilmiş, xx xxxxxx 1999-cu il tarixli 02 saylı ƏMR-lə işdən azad edilmişdir. İş materiallarında olan Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Arxiv Arayışından və xx.xx.2020-ci il tarixli Aktından görünür ki, İddiaçı 1976- 1977-ci il tarixlərdə “N.Nərimanov” adına kolxozda işləmişdir. İş materiallarında olan DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü M.Seyıdovun xx.xx.2020-ci il tarixdən 64 yaş 6 ayı tamam olmuş onun yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən onun cəmi sığorta stajı 25 il 5 ay təşkil etmişdir. Lakin İddiaçı X6kı 21 il 8 ay, Tülü bələdiyyəsindəki 6 ay və kolxozdakı 8 ay cəmi 22 il 10 ay iş stajları əmək kitabçasında qeyd edilməmişdir. İş materiallarında olan Tülü bələdiyyəsinin xx.xx.2020-ci il tarixli Əmrdən Çıxarışlarının surətindən görünür ki, İddiaçı 02 nömrəli əmrlə Tülü bələdiyyəsinə “vergi agenti” vəzifəsinə təyin edilmiş, 06 nömrəli əmrlə xx.xx.2001-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan “xxxxxxxx” MMC-nin X5 xx.xx.2020-ci il tarixli 269 nömrəli Arayışından və Əmrlərdən Çıxarışdan görünür ki, iddiaçı Tülü poçt şöbəsində xx xxx 1977-ci il tarixli 66 saylı ƏMR-lə poçtalyon işinə qəbul edilmiş, xx xxxxxx 1999-cu il tarixli 02 saylı ƏMR-lə işdən azad edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin qismən əsaslıdır. İş materiallarında olan Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Arxiv Arayışından və xx.xx.2020-ci il tarixli Aktından görünür ki, İddiaçı 1976- 1977-ci il tarixlərdə “N.Nərimanov” adına kolxozda işləmişdir. İş materiallarında olan “xxxxxxxx” MMC-nin X5 xx.xx.2020-ci il tarixli 269 nömrəli Arayışından və Əmrlərdən Çıxarışdan görünür ki, iddiaçı Tülü poçt şöbəsində xx xxx 1977-ci il tarixli 66 saylı ƏMR-lə poçtalyon işinə qəbul edilmiş, xx xxxxxx 1999-cu il tarixli 02 saylı ƏMR-lə işdən azad edilmişdir. İş materiallarında olan Tülü bələdiyyəsinin xx.xx.2020-ci il tarixli Əmrdən Çıxarışlarının surətindən görünür ki, İddiaçı 02 nömrəli əmrlə Tülü bələdiyyəsinə “vergi agenti” vəzifəsinə təyin edilmiş, 06 nömrəli əmrlə xx.xx.2001-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətlərin stajına daxil ediləcəyi təqdirdə yaşa görə pensiya hüququnun yaranmasından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixinədək Balakən rayon Poçt Filialında və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Tülü kənd bələdiyyəsində işlə işləməyi Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Arxiv Arayışında, “xxxxxxxx” MMC-nin X5 xx.xx.2020-ci il tarixli 269 nömrəli Arayışından, Əmrlərdən Çıxarışda və Tülü bələdiyyəsinin xx.xx.2020-ci il tarixli Əmrdən Çıxarışlarının surətində öz təsdiqini tapmışdır. Həmin sənədlər iddiaçının iş stajını təsdiq edir. İddiaçı tələbində 1976-1977-ci illərdə Balakən rayonunun Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi müdətin sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, onun həmin illərdə adam günü normasını tam olmadığı üçün faktiki işlədiyi müddət (8 ay) stajına daxil edilməlidir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). “X3” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi 8 ay, xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixinədək Balakən rayon Poçt Filialında və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Tülü kənd bələdiyyəsində işlədiyi illərin səğorta stajına daxil edilməsi öhdəliyiqoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Balakən rayon filialının üzərinə İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi 8 ay, xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixinədək Balakən rayon Poçt Filialında və xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək Tülü kənd bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1002/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1002/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver