Məhkəmə qərarları › İş №2-1(116)-1005/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1005/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1005/2023 16.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin 0,05 ha hissəsi üzərində JN-1567A nömrəli şəhadətnamə əsasında və 0,0486 ha hissəsi üzərində avqust 1977-ci il tarixli texniki pasport əsasında mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 1400 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq mərhum X1 adına xx.xx.2006cı il tarixli JN-1567A KOD 40501004 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə, xx.xx.1995-ci il tarixli 51 (1168) nömrəli qeydiyyat vəsiqəsi və avqust 1977ci il tarixli 1168 (549) inventar nömrəli Texniki Pasport əsasında vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1-(116)-1005/2023 nömrəli qərardadı ilə Qəbələ bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, "ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin 0,05 ha hissəsi üzərində JN-1567A nömrəli şəhadətnamə əsasında və 0,0486 ha hissəsi üzərində avqust 1977-ci il tarixli texniki pasport əsasında mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə elektron arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ına uyğun olaraq aşağıdakı kimi əsaslandırılmışdır: - iddia tələbində qeyd edilən evin avqust 1977-ci il tarixli 1168 nömrəli Texniki Pasportunda həyətyanı torpaq sahələrinin ölçüsü 2068 kv.metr göstərilmişdir. Hal-hazırda həmin evin 1400 kv.metr həyətyanı torpaq sahəsi faktiki olaraq qapalı həyət kimi iddiaçının istifadəsindədir və heç bir mübahisə yoxdur. Ona görə də ünvan 2 ünvanda yerləşən evə və həmin evin Texniki Pasportunda qeyd edilən və faktiki istifadəsində olan 1400 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq mərhum anası X1 adına çıxarış hazırlanması üçün cavabdehə müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ünvan 3 ünvanında yerləşən mərhum anası X1 adına xx.xx.2006-cı il tarixli JN-1567A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə, xx.xx.2006-cı il tarixli 51 (1168) nömrəli qeydiyyat vəsiqəsi və avqust 1977-ci il tarixli 1168 (549) inventar nömrəli Texniki Pasport əsasında inşa edilmiş fərdi yaşayış evi və həmin evin yerləşdiyi 1400 kv.metr həyətyanı ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlərin əsilləri ilə birlikdə müraciət etmədiyindən ona imtina cavabı verilmişdir. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-1567A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Oğuz rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı ilə X2 0,05 ha torpaq sahəsi ayrılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki,

1. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 1168 inventar nömrəli Qeydiyyat vəsiqəsinin və avqust 1977-ci il tarixli texniki pasportun həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin situasiya planına əsasən faktiki naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərazidir,

2. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,1232 ha torpaq sahəsinin 0,05 ha hissəsi JN-1567A nömrəli şəhadətnaməyə əsasən X1 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinə, 0,0361 ha və 0,0125 ha hissələri kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla uqodiyası çoxillik əkmələr olan Bələdiyyə mülkiyyəti torpaqlarına və 0,0047 ha və 0,0199 ha hissələri isə yol yerinə düşür.

3. JN-1567A nömrəli Şəhadətnamənin cizgisində qeyd edilmiş 0,05 ha torpaq sahəsi avqust 1977-ci il tarixli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin hüdudları daxilindədir.

4. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi 0,1232 hektardır. Avqust 1977-ci il tarixli texniki pasportuna və JN-1567A nömrəli Şəhadətnamənin cizgisində qeyd edilmiş torpaq sahəsi ilə uyğunluq təşkil edir. - AZ-İİ 224266 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2022ci il tarixdə vəfat etmişdir. - 1168 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən sahəsi 52,8 kv.m (köməkçi sahə 60,3 kv.metr) olan yaşayış evi X1 adına qeydə alınmışdır. - avqust 1977-ci il tarixli 549 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 2068 kv.metr, tikildiyi il 1976-cı il olan fərdi yaşayış evi üzrə hüquq subyekti X3r.

Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsini ölçüsü 0,1232 ha olsa da, mütəxəssis rəyinə əsasən sözügedən torpaq sahəsinin 0,0047 ha və 0,0199 ha hissələrinin yol yerinə düşməsi müəyyən edildiyindən, həmin hissələrdə tələbin həcmi azaldılmışdır. Beləliklə, hazırda cavabdeh orqana yönəlmiş, mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə elektron arayışın verilməsi tələb olunan daşınmaz əmlaklar aşağıdakılardan ibarətdir:

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi,

2. avqust 1977-ci il tarixli texniki pasport və JN-1567A nömrəli şəhadətnamə əsasında həmin evin yerləşdiyi torpaq sahəsinin 0,0486 ha və 0,05 ha hissələri olmaqla, cəmi 0.0986 ha torpaq sahəsi. İş materiallarında olan 1168 nömrəli qeydiyyat vəsiqəsi və JN-1567A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması sübuta yetirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Sözgüedən ünvanda yerləşən 0,0486 ha torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun mərhum Gülüzar Hüseynovaya məxsusluğunun müəyyən edilməsinin hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbayan Respublikası Prezidentinin xx.xx.2015 ci il tarixli 439 saylı Fərmanı təşkil edir. Belə ki istinad olunan Fərmanla təsdiq edilmiş “Siyahının” 1.11-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların əldə ediməsini təsdiq edən sənəd olaraq nəzərdə tutulmuşdur. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsində bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunması təsbit edilmişdir. Göründüyü kimi iddia olunan daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun mərhum Gülüzar Hüseynovaya məxsus olması barədə kifayət qədər əsaslı sübutlar olmasına baxmayaraq, cavabdeh orqan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtna etmişdir. Tələb olunan hüquqmüəyyənedici sənədlərin əsillərinin təqdim edilməməsi ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, tələb olunan sənədlər (Şəhadətnamə, qeydiyyat vəsiqəsi, texniki pasport) faktiki olaraq cavabdeh orqanın özündə mövcud idi (Məhkəmənin sərəncamına uyğun olaraq həmin sənədlərin arxiv nüsxələri iddia tələbinə etiraza əlavə edilmişdir). Odur ki, sözügedən ünvana dair arxiv qovluğundan əldə edilməsi mümkün olan sənədlərin iddiaçıdan tələb edilməsi, təqdim edilmədiyi halda isə imtina cavabının verilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə ziddir. “İnzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin - JN-1567A nömrəli şəhadətnamə əsasında 0,05 ha hissəsi üzərində və avqust 1977-ci il tarixli texniki pasport əsasında 0,0486 ha hissəsi üzərində (cəmi 0.0986 ha torpaq sahəsi) mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar