Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1007/2020 22.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x1, cavabdehin nümayəndələri x2 və x3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi yanında Dövlət x6 Zərdab rayon şöbəsinə qarşı "müharibə veteranı adına görə 07.04.2014-cü ildən 07.04.2017-ci ilədək olan dövr üzrə aylıq sosial müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 07.04.2017-ci il tarixli 059088 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və 07.04.2017-ci ildən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır. Bundan sonra İddiaçı həmin müavinətin 07.04.2014-cü ildən 07.04.2017-ci ilədək olan müddət üçün ona ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu 17.03.2020-ci il tarixli **********3 nömrəli məktubla bildirmişdir ki, veteran vəsiqəsi təqdim edildiyi tarixdən, yəni 07.04.2017-ci ildən ona qanunvericiliyə uyğun olaraq müavinət təyin olunmuş və indiyədək ödənilməkdədir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, o, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, veteran vəsiqəsi isə ona 07.04.2017-ci ildə verilmişdir. Cavabdeh iddiaya qarşı 10.06.2020-ci il tarixli **********1 nömrəli yazılı etirazında bildirmişdir ki, İddiaçı Dövlət x6 Zərdab rayon şöbəsindən heç bir növ əmək pensiyası almır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 07.04.2017-ci il tarixli 059088 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüquqununa malikdir. - İşdə olan, Dövlət x6 Zərdab rayon şöbəsi tərəfindən verilmiş 10.06.2020-ci il tarixli **********1 nömrəli etiraz məktubundan görünür ki, veteran vəsiqəsi təqdim edildiyi tarixdən, yəni 07.04.2017-ci ildən İddiaçı qanunvericiliyə uyğun olaraq müavinət təyin olunmuş və indiyədək ödənilməkdədir. İddiaçı Dövlət x6 Zərdab rayon şöbəsindən heç bir növ əmək pensiyası almır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. İşdən göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya 07.04.2017-ci il tarixli 059088 nömrəli müharibə veteranı vəsiqəsi verildiyinə görə həmin tarixdən etibarən cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı kimi müavinət ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə həmin müavinətin müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi ilə bağlıdır. Cavabdehin mövqeyinə görə, müavinətin verilməsi yalnız müharibə veteranı adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla mümkündür, qanunvericilik əvvəlki dövrlər üçün belə ödəmələrin verilməsini nəzərdə tutmur. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə sadalanan müddəaları nəzərə alaraq hesab edir ki, cavabdehin "iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinın aldığı vaxtdan yaranması" ilə bağlı mövqeyi əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə verilmişdir. "Sosial müavinətlər haqqında" Qanun isə 01.01.2006-cı ildə qüvvəyə minmişdir. Belə olan halda, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli, iddiaçıya müharibə veteranı vəsiqəsi verildiyi gündən 3 il əvvələ, yəni 07.04.2014-cü ildən 07.04.2017-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 07.04.2014-cü ildən 07.04.2017-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi yanında Dövlət x6 Zərdab rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1007/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1007/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver