Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1009/2024 27.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq plan və ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda buraxılan texniki səhvin düzəliş edilərək, ümumi birgə mülkiyyətinə verilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq plan və ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq plan və ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə məhkəmənin iclas protokolunun qərardadı ilə təmin edilmişdir. İddia ərizəsinin əsaslarına görə, torpaq islahatı zamanı 4 nəfərdən ibarət (İddiaçı, X4, X5 və X6) iddiaçı və ailəsinə Zaqatala rayonu Əliabad kənd ərazisindən 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatına alınarkən texniki səhv olmuş və ********** qeydiyyat nömərli çıxarışda 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvəzinə 0.14 ha göstərilmişdir. Buraxılan texniki səhvə görə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda düzəliş olunması barədə cavabdeh orqana müraciət edilmişdir. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinin plan ölçüsü sənədi və çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-M- 0127-8/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. İnzibati orqan ərizənin icrasından imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 0,14 ha torpaq sahəsi Zaqatala rayonu Əliabad qəsəbəsində aparılmış torpaq islahatının nəticələrində iddiaçıya və ailə üzvlərinə verilmişdir. İddiaçının müraciətinə əsasən qeyd olunan 0,14 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə iddiaçının və ailə üzvlərinin ümumibirgə mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, ərizəyə 0,28 ha torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Buna görə də iddiaçının ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-M-0127-8/2023 (**********13) nömrəli məktub ünvanlanmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə etdiyi Zaqatala rayonu Əliabad qəsəbəsi üzrə 2004-2010-cu illərə aid təsərrüfatbaşına kitabınlarından görünür ki, İddiaçı və ailə üzvlərinin adı qeyd edilmişdir.
3. ********** nömrəli çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.14 ha torpaq sahəsinin hüquqi subyekti İddiaçı, X7, X5, X2r.
4. A seriyalı 639874 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi.
5. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamı və ona əlavə olunan subyektlər siyahısı;
6. AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, M İddiaçı, X5, X6 özlərinə məxsus 0.12 ha torpaq sahəsini X1.
7. Zaqatala Rayon İcra Hakimiyyətinin 12 iyul 2024-cü il tarixli məktubu;
8. 29.10.2020-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, , X6 özünə məxsus 0.12 ha torpaq sahəsini İddiaçı bağışlamışdır.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-1135/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, iddia olunan 0.1340 ha torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən Zaqatala rayonu Əliabad qəsəbəsinin hüdudları daxilində 158 E nömrə ilə sahəsi 0.1340 ha olmaqla kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr kimi İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmişdir. İddiaçı tərəfindən naturada istifadə edilən 0.1340 ha torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür və torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia əsassızdır. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı istifadəsində olan 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,14 ha hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsinə nail olmaqdır.Təqdim edilən 08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin torpaq sahəsinin 0,14 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır.İddiaçı, tələbini sözügedən 0,28 ha torpaq sahəsinin Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamı əsasında mülkiyyətə verildiyi ilə əsaslandırır. Məhkəmə hazırkı iddia tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar olaraq Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamının məqsədi və tətbiqi dairəsini araşdırmışdır.Sözügedən sərəncam Əliabad qəsəbəsinin iki təsərrüfatında, keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işlərinin tamamlanması məqsədilə qəbul edilmişdir. Sərəncamın tənzimlədiyi məsələlər torpaq sahəsinin planı və ölçüsü sənədləri çap olunmayan, torpaq sahəsindən faktiki olaraq 20 ildən artıq müddətdə istifadə edildiyi halda başqa vətəndaşların adına sənədləşdirilən, naturada pay torpaq sahəsi olduğu halda yerquruluşu layihə sənədlərində əks olunmayan və ilkin islahat dövründə pay torpaq almaq hüququ olduğu halda adları subyektlər siyahısına daxil edilməyən şəxslərlə bağlı olmuşdur. Sərəncama aşağıdakı qaydada subyektlər siyahısı və cədvəl əlavə edilmişdir. s/s Ailə Faktiki Qanuni Zəbtlər Bağlar Əkin Cəmi X tərkibi həyətyanı həyətyanı k və digər n sahələr
Soyadı,adı,atasının adı
1 2 3 4 5 6 7 8 9 1
158 X8 4 0.14 0.12 0.02 0.14 1.20 1.36 1 İddiaçı Mütəllim X10 X9
1. Sərəncamla bağlı verilmiş sorğuya Zaqatala Rayon İcra Hakimiyyətinin 12 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, Cədvəlin 9-cu qrafasında "cəmi" olaraq qeyd olunmuş 1,36 ha 6,7,8-ci qrafanın cəmi nəzərdə tutulur.
2. Cədvəlin 4-cü qrafasında aparılmış "0,14” qeydi 5 ve 6-cı qrafalarında aparılmış qeydlərin cəmidir.
3. iddiaçı ve ailə üzvlərinin mülkiyyətinə cəmi 1 ha pay torpaq sahəsi verildiyi qeyd edilmişdirsə təkrar qeydə alınmış hüququnun 1,20 ha va 0,14 ha olmasının əsası 1,20 ha əkində çatacaq torpaq sahəsi 0,14 ha ise bağ sahələrində islahatdan qabaq istifadə olunmuş torpaq sahəsidir ve həmən 0,14 ha bağ sahəsi torpaq islahatında vətəndaşın mülkiyyətinə verilmişdir.
4. Cədvəlin 6-cı qrafasında aparılmış "zəbt” qeydi yaşayış məntəqələri daxilində islahatdan qabaq vətəndaşın istifadəsində olan, həyətyanı torpaq sahəsinə aid olmayan ve islahatda pay norması kimi xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi nəzərdə tutulur.
5. İşin həlli ilə bağlı əlavə məlumat üçün bildirirk ki, Əliabad kənd əliabad kolxozunda ( keçmiş "İliç") islahatda pay norması kimi adam başına 0,34 ha torpaq sahəsi hesablanmışdır. İddiaçı ve onun ailə üzvülərinə (cəmi 4 nəfər olmaqla) ümumbirgə mülkiyyətinə 0,12 ha həyətyanı, 1,36 ha torpaq sahəsi verilmişdir.Bundan 0,02 ha yaşayış məntəqələri daxilində həyətyanıya bitişik torpaq sahəsi, 0,14 ha bağ sahəsi və 1,20 ha əkin sahəsi verilmişdir . Yuxarıda qeyd olunanlara şərh verərək,məhkəmə qeyd edir ki,iddiaçı və ailə üzvlərinin mülkiyyətinə müvafiq Sərəncama əsasən 0,14 ha bağ sahəsi verilmişdir.Yəni,faktiki istifadə edilən 0,28 ha torpaq sahəsinin 0,14 ha hissəsi mülkiyyətə verilmiş,qalan hissə isə mülkiyyətə verilməmişdir.Cədvəlin 4-cü qrafasında qeyd edilən 0,14 ha torpaq sahəsi həyətyanı torpaq sahəsi olmaqla iddia tələbində qeyd edilən torpaq sahəsindən fərqli torpaq sahəsidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. Həmin Qanunun 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Beləliklə, aqrar islahat əsasında İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı 0,14 ha torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.Hər hansı hüquqmüəyyənedici sənəd olmadığından prosessual qənaət prinsipi baxımından iddia olunan torpaq sahəsinin mülkiyyətçisinin və kateqoriyasının müəyyən edilməsinə,mütəxəssis rəyi tələb edilməsinə zərurət yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair müvafiq plan və ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə