Məhkəmə qərarları › İş №2-1(116)-101/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-101/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-101/2022 29.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, üçüncü şəxs X2, üçüncü şəxsin vəkili X5 iştirakı ilə İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı "X3 Şəki şəhəri Ç.Mustafayev küçəsindən 0,06 ha torpaq sahəsi satılması barədə Şəki Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 02 nömrəli iclasın 14 nömrəli qərarının ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı "X3 Şəki şəhəri Ç.Mustafayev küçəsindən 0,06 ha torpaq sahəsi satılması barədə Şəki Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 02 nömrəli iclasın 14 nömrəli qərarının ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Şəki şəhəri Çingiz Mustafayev küçəsi ev 598-də yerləşən 0,06 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda, İddiaçı adına olan xx.xx.2020-ci il tarixli "Texniki pasport"da həmin torpaq sahəsinin sənəd üzrə 0,06 ha, faktiki isə 0,1405 ha olması göstərilmişdir. Bundan başqa, Şəki Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 02 nömrəli iclas protokolunun 014 nömrəli qərarından çıxarışdan görünür ki, Şəki şəhəri Ç.Mustafayev küçəsində yerləşən X2 istifadəsində, Şəki Bələdiyyəsinin isə mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin X1 qərara alınmışdır. İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Şəki şəhəri Çingiz Mustafayev küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə X2 mülkiyyət hüququ xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsi və xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsi üstüstə düşürmü? 2) xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsi İddiaçı adına olan xx.xx.2020-ci il tarixli "Texniki pasport"da göstərilən 0,1405 ha torpaq sahəsinin hansı hissəsində yerləşir? 3) xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinin İddiaçı adına olan xx.xx.2020-ci il tarixli "Texniki pasport"da göstərilmiş 0,1405 ha torpaq sahəsinin qalan hissəsindən naturada ayrılması mümkündürmü? 4) xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinin küçəyə ayrıca çıxışı varmı? 5) xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinin küçəyə ayrıca çıxışı varmı? Həmin qərardad əsasında ekspertiza keçirilmiş və xx.xx.2022-ci il tarixli ekspert rəyi məhkəməyə göndərilmişdir. Həmin rəydə aşağıdakılar göstərilmişdir: 1) xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsi və xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsi üstüstə düşmür. 2) xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsi İddiaçı adına olan xx.xx.2020-ci il tarixli "Texniki pasport"da göstərilən 0,1405 ha torpaq sahəsinin cənub hissəsində yerləşir. 3) xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinin İddiaçı adına olan xx.xx.2020-ci il tarixli "Texniki pasport"da göstərilmiş 0,1405 ha torpaq sahəsinin qalan hissəsindən naturada ayrılması mümkündür. 4) xx.xx.2021-ci ildə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinin küçəyə ayrıca çıxışı mümkündür. 5) xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinin küçəyə ayrıca çıxışı mümkündür. Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə ekspert rəyinin surətləri məhkəmə icraatının iştirakçılarına göndərilərək rəyə 10 gün müddətində münasibət bildirmələri xahiş edilmişdir. Təyin olunmuş müddət ərzində məhkəmə icraatının iştirakçıları ekspert rəyinə yazılı münasibət bildirməmiş və bundan sonra şifahi məhkəmə baxışı xx.xx.2022-ci ilə təyin edilmişdir. Lakin iddiaçının nümayəndəsi Vəkil məhkəməyə xx.xx.2022-ci il tarixli ərizə göndərərək, İddiaçı hazırda iddia tələbinə baxılmasını istəmədiyini bildirmiş, ona görə də iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində deyilir ki, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin fikrincə, iddiaçı öz nümayəndəsi vasitəsilə iddia ərizəsinin geri qaytarılmasını xahiş etməklə hazırkı inzibati prosesin davam etdirilməsinə hüquqi marağını itirdiyini nümayiş etdirmişdir. Bu hal üçün məhkəmənin etməli olduğu prosessual hərəkətlər İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçının hazırkı ərizəsi onun 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Belə olan halda isə, iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı "X3 Şəki şəhəri Ç.Mustafayev küçəsindən 0,06 ha torpaq sahəsi satılması barədə Şəki Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 02 nömrəli iclasın 14 nömrəli qərarının ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması" tələbinə dair iddiası geri götürülmüş sayılsın və icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar