Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1013/2022 19.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı “üçüncü şəxslər X8, X2 İntizar Qafur qızı, X10, X5, X13, X7, X22, X3 ünvan 4mədli küçəsi, ev 59 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ” “üçüncü şəxslər X8, X2 İntizar Qafur qızı, X10, X5, X13, X7, X22, X3 ünvan 4mədli küçəsi, ev 59 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa istinad edərək ünvan 4mədli küçəsi, ev 59 ünvanında yerləşən fərdi yaşayış evindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 4mədli küçəsi, ev 59 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, üçüncü şəxslərin qeydiyyatda olduqları ünvan ünvan 1b etdiyi eyni qeydiyyat nömrəli (**********), eyni tarixli (xx.xx.2020) çıxarışdan görünür ki, ünvan 4mədli küçəsi, ev 59 ünvanı yeni qaydalarla ünvan 2ən iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) ilə iddiaçının hər hansı hüquqlarının və maraqlarının pozulması müəyyən edilmir. Belə ki, müəyyən edilmişdir ki, ********** qeydiyyat nömrəli çıxarışda iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alındığı ünvan 3 ünvanı ünvan 4mədli küçəsi, ev 99 olmuşdur. X29 “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 3990 nömrəli məktubuna əlavə edilmiş “Elektron notariat” informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, ünvan 4mədli küçəsi, ev 99 ünvanında heç kim qeydiyyatda deyil. İşdə olan cavabdeh orqanın imtina məktubundan və “Elektron notariat” X1 çıxarışdan görünür ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər ünvan 4mədli küçəsi, ev 59 ünvanında qeydiyyatdadırlar. Yuxarıda qeyd edildiyi kimi hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin faktiki ünvanı ünvan 4mədli küçəsi, ev 99 olduğundan və tələbdə qeyd edilən şəxslər həmin ünvanda qeydiyyatda olmadıqlarından, hazırkı mərhələdə cavabdehin orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının hüquqlarının pozulması müəyyən edilmir. Yəni, iddiaçının qeydiyyatdan çıxarılmasını arzuladığı şəxslər hazırda iddiaçıya məxsus fərdi yaşayış evində - ünvan 4mədli küçəsi, ev 99 ünvanında qeydiyyatda deyillər. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı iddiaçının dinlənilmə hüququ təmin edilmiş, iddiaçı xx.xx.2022-ci il tarixli münasibətində qeyd etmişdir ki, fərdi yaşayış evinin yeni ünvanı cavabdeh orqanın sistemində görünmür. Odur ki, mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək istədikdə adları qeyd edilən şəxslər həmin ünvanda qeydiyyatda olan şəxslər olaraq məlumat verilir. Məhkəmə iddiaçının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilənlərlə bağlı ümumiləşdirilmiş şəkildə izah edir ki, hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ünvanı ünvan 4mədli küçəsi, ev 99-dur. Odur ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün adları qeyd edilən şəxslərin ünvan 4mədli küçəsi, ev 59 ünvanından qeydiyyatdan çıxarılması tələbini yox, ünvan 4mədli küçəsi, ev 99 ünvanının cavabdeh orqanın elektron informasiya sistemində qeydə alınması tələbini irəli sürməli, müraciəti təmin olunmadıqda isə anoloji tələblə məhkəmədə iddia qaldırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X4 cavabdeh Göyçay Rayon Polis Şöbəsinə qarşı ”üçüncü şəxslər X14, X24, X15, X17, X11 “ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev. İş № 2-1(116)-1589/2022 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki İnzibati Məhkəməsi 19 sentyabr 2022-ci il tarixdə Şəki şəhərində Şəki İnzibati Məhkəməsinin hakimi Musayev Vüqar Ələkbər oğlu, X6 ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 15 23 –də başlandı. İş materiallarını nəzərdən keçirib, ərizənin mümkün sayılmaması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 15 35–də qurtardı. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1013/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1013/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver