Məhkəmə qərarları › İş №2-1(116)-1017/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1017/2020

28.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1017/2020 28.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər X11, X3, X12, X10) qarşı “X5 adına torpaq sahəsi olaraq 6/9 hissədə yaşayış evi tam, X8 torpaq hissəsi 1/9 hissədə, X6 torpaq sahəsi 1/9 hissədə, X2 torpaq sahəsi 1/9 hissədə olmaqla Yevlax şəhəri M.Hadi küçəsi 4 saylı fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən 31.01.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və fərdi yaşayış evinin texniki pasportunun ləğv edilməsinə dair hərəkətlərin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər X11, X3, X12, X10) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5 adına torpaq sahəsi olaraq 6/9 hissədə yaşayış evi tam, X8 torpaq hissəsi 1/9 hissədə, X6 torpaq sahəsi 1/9 hissədə, X2 torpaq sahəsi 1/9 hissədə olmaqla Yevlax şəhəri M.Hadi küçəsi 4 saylı fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən 31.01.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və fərdi yaşayış evinin texniki pasportunun ləğv edilməsinə dair hərəkətlərin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Yevlax şəhəri M.Hadi küçəsi 4 saylı fərdi yaşayış evi (əvvəllər M.hadi küçəsi ev 18 olmuşdur) və 0.05 ha torpaq sahəsi yaşayış evi tam, torpaq sahəsi 6/9 hissədə olmaqla X5, hər birinə 1/9 hissə olmaqla X1, X4 və X7 mülkiyyətindədir. İddiaçı5 1962-ci ildə həmin mübahisələndirdiyi evdə dünyaya gəlmişdir. Qeyd olunan evdə daimi qeydiyyatda olmaqla bərabər həmin evdə yaşamışdır. Bundan sonra 1985-ci ildə İddiaçı3 Məhəmməd qızı ilə ailə quraraq evlənmişdir. Həyat yoldaşı, yəni hazırkı iddiaçılardan biri gəlin olaraq hazırkı mübahisələndirilən fərdi yaşayış evinə, yəni ünvan 1 ünvanına (əvvəllər 18-ə) gəlin köçmüşdür. Həmin vaxt iddiaçının atası həyatda idi. Qeyd olunan mülkiyyət iddiaçının atası X9 məxsus idi. İddiaçı həyat yoldaşı ilə birlikdə 1985-ci ildən qeyd olunan ünvanda yaşamışdır. İddiaçının 1986-cı ildə İddiaçı1, 1987-ci ildə İddiaçı2 və 1990-cı ildə İddiaçı4 adında övladları doğulmuşdur. İddiaçının hər üç övladı həmin ünvanda dünyaya gəlmişdir. İddiaçı qeyd olunan evi yüksək səviyyədə təmir edərək ora gəlin gətirmiş və orada yaşamışdır. Sonra iş taparaq Yevlax rayonu Aşağı Qarxun kəndində bir müddət fermada işləmişdir. 2017-ci ilin dekabr ayında evinə qayıtdıqda üçüncü şəxslər gəlinini evdən qovmuş və qapını bağlayaraq iddiaçını evinə buraxmamışlar. Hal-hazırda iddiaçıların əşyaları həmin evdədir. Üçüncü şəxslər iddiaçıları evlərinə buraxmadıqları üçün əşyalarını götürmələri mümkün olmamışdır. İddiaçılar Yevlax rayon Məhkəməsinə müraciət etmişlər. Yevlax rayon Məhkəməsi tələbin evə köçürülmə hissəsini təmin etmişdir. Şəki Apellyasiya Məhkəməsi isə həmin qətnaməni ləğv etmiş, iddiaçıların son yaşayış yerlərinə köçürülmələrini təmin etməmişdir. Yevlax rayon Məhkəməsi tərəfindən mübahisəyə baxılan zaman müəyyən edilmişdir ki. iddiaçıların yaşadıqları, tikdirdikləri evə Daşınmaz Əmlakın Dövlət Reyestrindən 31.01.2018-ci ildə çıxarış əldə edilərək bütövlükdə iddiaçıların da evi daxil olmaq şərti ilə hazırkı üçüncü şəxslərin mülkiyyətinə verilib. DƏDRX-in 30.01.2020 tarixdə tərtib etdiyi texniki pasportda iddiaçıların yaşadıqları ev B qrafasında anbar kimi nəzərdə tutulub. İş materiallarında olan iddiaçıların “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair Yevlax rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli 2(039)-2340/2019 nömrəli qərardadından görünür ki, iddiaçılar məhkəməyə 27.12.2019-cu il tarixdə ərizə ünvanlayaraq işə baxılmasını istəmədiklər üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin onlara geri qaytarılmasını xahiş etmişlər. İşə əlavə olunmuş cavabdehə ünvanlanan ərizənin isə cavabdehə göndərilməsini müəyyən etmək mümkün olmamışdır. (poçt qəbzi və xəbərnamə əlavə olunmamışdır) Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçılara 21.05.2020-ci il tarixli yardım məktubu göndərilmiş və onlara bildirilmişdir ki, iddia ərizəsində qeyd olunan iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən birinin də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə etdikləri sənədlərdə iddiaçıların müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənədin əlavə olunmadığı yardım məktubu vasitəsilə iddiaçıların nəzərinə çatdırılmış və qeyd olunan nöqsanın aradan qaldırılması üçün onlara 10 gün vaxt verilmişdir. Məktub poçt işçisi tərəfindən ünvan sahibinə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə yenidən eyni məzmunlu yardım məktubunu 24.06.2020-ci il tarixdə Yevlax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə göndərmiş və iddiaçılara çatdırılmasını xahiş etmişdir. Yevlax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 13.07.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı5 yardım məktubunu 09.07.2020-ci ildə şəxsən imza edərək almışdır. Lakin buna baxmayaraq tələb olunan müddət ərzində məktuba münasibət bildirməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər X11, X3, X12, X10) qarşı “X5 adına torpaq sahəsi olaraq 6/9 hissədə yaşayış evi tam, X8 torpaq hissəsi 1/9 hissədə, X6 torpaq sahəsi 1/9 hissədə, X2 torpaq sahəsi 1/9 hissədə olmaqla Yevlax şəhəri M.Hadi küçəsi 4 saylı fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən edən 31.01.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və fərdi yaşayış evinin texniki pasportunun ləğv edilməsinə dair hərəkətlərin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3giyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar