Məhkəmə qərarları › İş №2-1(116)-1018/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1018/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1018/2020 06.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11rşı “ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1959-cu il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olmuşdur. O, 1978-ci il tarixdə Şəki meliorasiya və X17 13 saylı X3 (bundan sonra SMD) işə başlamışdır. 1983-cü ildə işlədiyi Şəki meliorasiya və X17 13 saylı SMD tərəfindən 10 nömrəli 40 mənzilli xidməti yaşayış evi tikilib qurtarmış və həmin mənzillərin Şəki meliorasiya və X17 13 saylı SMD-nin fəhlə və qulluqçularının istifadəsinə verilməsi qərara alınmışdır. Beləliklə, Şəki şəhər yerli XDS İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli 270 saylı qərarı ilə onun adına xx.xx.1983-cü il tarixli 1495 saylı order təqdim edilərək ünvan 2 ünvanında yerləşən mənzil onun və ailəsinin istifadəsinə verilmişdir. Həmin vaxtdan o və ailəsi həmin ünvanda yaşayırlar. Hal-hazıradək həmin mənzili özəlləşdirməmişdir. Mənzilin özəlləşdirilməsi ilə bağlı sənədləri əldə etmək üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika Dövlət X9 müraciət etsə də, xx xxxxxx 2019-cu il tarixli 200 nömrəli məktubla ona bildirmişlər ki, X5 Şəki şəhər XDS İK tərəfindən order əsasında xidməti mənzil verilməsi ilə əlaqədar bəzi faktiki halların təsdiq edilməsi üçün zəruri olan sənədlər Respublika Dövlət X9 təhvil verilməmişdir. Bundan əlavə o, Şəki Mənzil İstismar Sahəsinə müraciət etmişdir. Şəki Mənzil İstismar Sahəsinin xx xxxxxx 2020-ci il tarixli 10 saylı məktubunda 2001-ci il tarixdən 2019-cu il tarixədək mənzil kirayə haqlarının tərəfindən ödənilməsi qeyd edilmişdir. 2019-ci ildə mənzilin özəlləşdirilməsi ilə bağlı AR ƏMDK yanında DƏDRX-nin 12 saylı X15 müraciət etsə də, xx xxxxxxx 2019-cu il tarixli **********34 saylı məktubla bundan imtina edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə uyğun təqdim ediləcəyi təqdirdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumu və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx xxxx 2009-cu il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqı ödənildikdən və müayinə baxış keçirildikdən sonra sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. Cavabdehin etirazı: Vətəndaş İddiaçı Şəki şəhəri, S.Rəhman küçəsi, bina 10, mənzil 1-də yerləşən mənzilinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi barədə xx.xx.2019-cu il tarixli müraciətə Şəki XDS tərəfindən İddiaçı adına verilmiş xx.xx.1983-cü il tarixli, 1495 saylı order əlavə edilsə də, Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən həmin mənzilə hüququ olan şəxslər və kommunal-məişət vəziyyəti barədə arayış (2 saylı forma) əlavə edilmədiyindən, həmçinin orderdə mənzilin xidməti istifadə üçün verilməsi göstərildiyindən və sözügedən qanunun 6-cı maddəsinin tələblərinə əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən imtina verilmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, DƏDRX-in 12 saylı X13 xx.xx.2019-cu il tarixli, **********86 nömrəli imtina məktubu, Şəki şəhər İH Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 10 nömrəli məktubu, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti, mənzilin kirayə haqqlarının ödənilməsini göstərən müvafiq çeklərin təsdiq edilmiş surətləri, xx.xx.1983-cü il tarixli 1495 nömrəli orderin təsdiq edilmiş surəti, Dövlət Arxivinin Şəki filialının xx.xx.2019-cu il tarixli 200 nömrəli arayışı, Şəki şəhər İH Mənzil İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli 260 nömrəli məktubu, Dövlət Arxivinin Şəki filialının xx.xx.2014-cü il tarixli 1244 nömrəli arxiv çıxarışının təsdiq edilmiş surəti, DƏDRX-in 12 saylı X13 xx.xx.2020-ci il tarixli **********37 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətləri, xx.xx.2020-ci il tarixli **********37 nömrəli etiraz məktubu, Şəki şəhər Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 142 nömrəli məktubu, Şəki şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 1/11 saylı sərəncamından çıxarışın təsdiq edilmiş surəti, Şəki şəhər İHB-nın aparatının xx.xx.2020-ci il tarixli 2/740 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən müəyyən olunur ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Şəki 13 saylı SMD-də işləmişdir. İş materiallarında olan Şəki şəhər İHB-nın aparatının məktubundan görünür ki, Şəki şəhəri, S.Rəhman küçəsi 10 saylı ictimai yaşayış binası 1983-cü ildə inşa edilmiş, Şəki Meliorasiya və X14 balansında olmuşdur. 1997-ci ildən Şəki Mənzil İstismar Sahəsinin balansına verilmiş, bina Şəki Meliorasiya və X17 tərəfindən inşa edilmiş və 13 saylı SMDdə işləyən fəhlələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmişdir. İş materiallarında olan XDS-in İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli 1495 nömrəli orderinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, sahəsi 17.92 kv.m. olan mənzil xidməti istifadə üçün İddiaçı verilmişdir. İş materiallarında olan DƏDRX-nin 12 saylı X13 müvafiq çıxarışlarının təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, çıxarışı tələb olunan mənzilin qonşuluğunda olan digər mənzillər özəlləşdirilərək xüsusi mülkiyyətə verilib. Bunu iş materiallarında olan Şəki İH Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 142 nmörəli arayışından da görmək olar. Belə ki, Şəki şəhəri, S.Rəhman küçəsi bina 10 mənzil 2 X1 adına olub, özəlləşdirilib və satılıb (1994-cü il, çıxarış 7930/2633). Hal-hazırda mülkiyyətçisi X2r (çıxarış RX 1374078). İş materiallarında olan Şəki şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 1/11 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, eyni binanın 12 saylı mənzili müvafiq qərara əsasən xidməti mənzillər siyahısından çıxarılmış və həmin mənzildə yaşayan şəxs və onun ailə üzvlərinin daimi istifadəsinə verilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15-dən Kоnvеnsiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13 üzərinə ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar