Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1020/2025 20.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 tərəflərin iştirakı olmadan iddiaçı Ağsu rayon Qaraqoyunlu bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı «inzibati binanın bələdiyyənin mülkiyyəti kimi tanınması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Ağsu rayon İlxıçı bələdiyyəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı «Ağsu rayonu İlxıçı kəndində İlxıçı bələdiyyəsinin ərazisində yerləşən, “Nizami” adına kolxozun əmlakı olmuş ümumi iki mərtəbədən ibarət olan inzibati binanın Ağsu rayon İlxıçı bələdiyyəsinin mülkiyyəti kimi tanınması barədə qərar qəbul olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 30 may 2025-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı Ağsu rayon İlxıçı bələdiyyəsi Ağsu rayon Qaraqoyunlu bələdiyyəsi ilə əvəz edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” 18 oktyabr 2024-cü il tarixli, 50-VİİQ nömrəli Qanunun 10.9-cu bəndinə əsasən Ağsu rayonu üzrə İlxıçı, Qaraqoyunlu və Muradlı bələdiyyələrinin əhatə etdiyi Dəlilər, Hacısəmədli, İlxıçı, Qaraqoyunlu, Muradlı, Musabəyli və Təklə kəndlərində Qaraqoyunlu bələdiyyəsi yaradılmışdır. İş materiallarından görünür ki, iddiaçı Ağsu rayon Qaraqoyunlu bələdiyyəsi məhkəməyə 20 iyun 2025-ci il tarixdə təqdim olunmuş 29 may 2025-ci il tarixli 17 nömrəli ərizəsində iddianın əsassız olduğunu, hazırda fəaliyyət göstərən Qaraqoyunlu bələdiyyəsinin həmin bina ilə bağlı heç bir iddiasının olmadığını qeyd etmiş və icraata xitam verilməsini xahiş etmişdir. İPM-in 16.3-cü maddəsinə görə bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-in 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə qeyd edir ki, Qaraqoyunlu bələdiyyəsinin 29 may 2025-ci il tarixli 17 nömrəli ərizəsində Cinayət Prosessual Məcəllənin 55-ci maddəsinə istinad olunmaqla qurumun iddiasının olmadığı bildirilir. Ərizədə İPM əvəzinə CPM qeyd olunsa da, ərizənin mahiyyəti və Məcəllənin maddəsinin nömrəsi belə deməyə əsas verir ki, iddiaçı “iddiadan imtina” təsbit olunmuş İPM-in 55-ci maddəsinə əsaslanır. Bu isə, iddiaçının iddiadan imtina etməsi anlamını verir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 16.3, 55-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ağsu rayon Qaraqoyunlu bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı «inzibati binanın bələdiyyənin mülkiyyəti kimi tanınması» barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. X4
Məhkəmə qərarları › İş №2-1(116)-1020/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1020/2025
20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver