Məhkəmə qərarları › İş №2-1(116)-1027/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1027/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1027/2022 14.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdeh Oğuz rayonu Xalxal bələdiyyəsinə qarşı “Oğuz rayon Xalxal bələdiyyəsinin 24 noyabr 2020-ci il tarixli 20 saylı qərarının etibarsız sayılması” tələbi barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil cavabdeh Oğuz rayonu Xalxal bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Xalxal bələdiyyəsinin 24 noyabr 2020-ci il tarixli 20 saylı qərarının etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir (iş № 2-1(116)-1027/2022). Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X2 cavabdeh Oğuz rayonu Xalxal bələdiyyəsinə qarşı “Oğuz rayon Xalxal bələdiyyəsinin 24 noyabr 2020-ci il tarixli 20 saylı qərarının etibarsız sayılması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir (iş № 2-1(116)-1026/2022). Məhkəmə aşağıdakı hallara görə bu qənaətə gəldi ki, göstərilən işlər üzrə icraat bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. İşlərdən görünür ki, qeyd olunan hər iki iddia üzrə mübahisə predmetləri eynidir, hər iki iddia müxtəlif şəxslər tərəfindən eyni cavabdehə qarşı verilmişdir və Şəki İnzibati Məhkəməsinin səlahiyyətinə aiddir. Belə olan halda həmin iddia tələblərinin hər birinə ayrıca icraatda baxılmasına zərurət olmadığından, həmin işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi daha məqsədə müvafiqdir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3 və 56-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəki İnzibati Məhkəməsinin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilsin: 1) İddiaçı cavabdeh Oğuz rayonu Xalxal bələdiyyəsinə qarşı “Oğuz rayon Xalxal bələdiyyəsinin 24 noyabr 2020-ci il tarixli 20 saylı qərarının etibarsız sayılması” tələbinə dair iddiası üzrə 2-1(116)-1027/2022 nömrəli inzibati iş, 2) İddiaçı X1 cavabdeh Oğuz rayonu Xalxal bələdiyyəsinə qarşı “Oğuz rayon Xalxal bələdiyyəsinin 24 noyabr 2020-ci il tarixli 20 saylı qərarının etibarsız sayılması” tələbinə dair 2-1(116)-1026/2022 nömrəli inzibati iş. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar