Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1029/2020 01.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Əsədova Qərənfil Adgözəl qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “onun 1975-1988-ci illərdə Yevlax rayonu Malbinəsi kəndində “Kommunist” kolxozunda kolxozçu kimi işlədiyi, 1989- 1996-cı illərdə Yevlax rayon Kövər kəndində “Qarabağ” kolxozunda kolxozçu kimi işlədiyi, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işlədiyi illərin əmək stajlarının həmin illər üzrə sosial sığorta stajı kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1975-1988-ci illərdə Malbinəsi kəndində “Kommunist” kolxozunda kolxozçu olaraq işləmişdir. Həmin illərdə işləməyi ilə əlaqədar olaraq sözügedən kolxozun sənəd və materiallarında, mühasibatlıq sənədlərində iddiaçının işləməsi əks etdirilmişdir. İddiaçı bu kolxozda fasiləsiz olaraq 13 il işləmişdir. Sonra 1989-1996-cı illərdə Kövər kənd ərazisində “Qarabağ” kolxozunda 8 il işləmişdir. Bundan sonra iddiaçı əmək fəaliyyətini davam etdirərək 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işləmişdir. İddiaçı pensiya hüququ yarandıqdan sonra cavabdeh orqana pensiya təyin edilməsi üçün müraciət etmişdir. Lakin iddiaçı əmək kitabçası olmadığı üçün cavabdeh orqana təqdim edə bilməmiş və bu səbəbdən də pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan iddiaçının tələbinə münasibət bildirirərək qeyd etmişdir ki, iddiaçının pensiya hüququ xx xxx 2020-ci ildə yaranmışdır. Onun mübahisəli iş stajı 25 il, mübahisələndirilməyən iş stajı və pensiya kapitalı yoxdur. İddiaçının tələbdə qeyd etdiyi 25 il iş stajı əmək kitabçasının olmamasına baxmayaraq arxiv arayışı əsasında təsdiq olunmuş və bu barədə qarşılıqlı yoxlama Aktı tərtib edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********3 nömrəli imtina məktubu, Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 86/10 nömrəli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubu, xx.xx.2020-ci il tarixdə tərtib olunmuş Akt aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İş materiallarında olan Dövlət Arxivinin Yevlax filialının xx xxxx 2020-ci il tarixli, 86/10 nömrəli arxiv arayışından müəyyən edilir ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayon Malbinəsi kənd “Kommunist” kolxozunun 1975-1988, Kövər kənd “Qarabağ” kolxozunun 1989-1996, “Elşən” İcarə Kollektivinin 1997-1999-cu illər şəxsi heyətə dair sənəd materiallarına əsasən iddiaçı qeyd olunan təsərrüfatlarda işləmişdir. İş materiallarında olan cavabdehin xx xxxx 2020-ci il tarixli **********6 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçının mübahisələndirilən iş stajı 25 ildir. Mübahisələndirilməyən iş stajı və pensiya kapitalı yoxdur. İddiaçının əmək kitabçası olmadığından onun iş stajı Dövlət Arxivinin Yevlax filialının xx xxxx 2020-ci il tarixli, 86/10 nömrəli arxiv arayışına əsasən təsdiq edilir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixdə cavabdehin nümayəndəsi və arxiv müdirinin iştirakı ilə tərtib edilmiş Aktda qeyd edilir ki, iddiaçının sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanmış və Arxiv arayışında yazılanların doğru olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müəssisələrdə işlədiyi müddətlər onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X2” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1975-1988-ci illərdə Yevlax rayonu Malbinəsi kəndində “Kommunist” kolxozunda kolxozçu kimi işlədiyi, 1989-1996-cı illərdə Yevlax rayon Kövər kəndində “Qarabağ” kolxozunda kolxozçu kimi işlədiyi, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərclər olmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Yevlax rayon filialının üzərinə İddiaçı 1975-1988-ci illərdə Yevlax rayonu Malbinəsi kəndində “Kommunist” kolxozunda kolxozçu kimi işlədiyi, 1989-1996-cı illərdə Yevlax rayon Kövər kəndində “Qarabağ” kolxozunda kolxozçu kimi işlədiyi, 1997-1999-cu illərdə “Elşən” İcarə Kollektivində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1029/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1029/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver