Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1029/2025 04.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsinə əsasən İddiaçı xx xxxxxx 1973-cü ildə Qutqaşen (Qəbələ) rayonu Bum kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.N2-ci il tarixində Qəbələ rayon Hərbi Komissarlığından hərbi xidmətə göndərilmiş və xx.xx.N6-cı il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli hərbi xidmətdə sıravi əsgər vəzifəsində olmuşdur. Belə ki, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 247 №-li əmri ilə şəxsi heyət siyasına daxil edilməklə 1-ci rotaya əsgər vəzifəsinə təyin olunmuşdur. xx.xx.N3-cü il tarixində öz xahişi ilə N N-li hərbi hissədən döyüş bölgəsinə Ağdam ərazisində yerləşən N №- li hərbi hissəyə göndərilmiş və Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. N №-li hərbi hissədə əvvəl atıcı vəzifəsində və sonra isə xx.xx.N4-cü il tarixində zenit- raket divizionunda manqa komandiri vəzifəsinə təyin olunmuş, Qarabağda atəşkəs elan olunduqdan sonra N4-cü ilin oktyabr ayında 15 günlük məzuniyyətə yaşadığı rayona getmişdir. Lakin ailə vəziyyətinə görə qulluq etdiyi hərbi hissəyə N5-ci ilin mart ayında qayıda bilmişdir. N №-li hərbi hissənin komandirinin xx.xx.N6-cı il tarixli 17 saylı əmri ilə tuşlayıcı vəzifəsindən azad edilərək baş mexanik vəzifəsinə təyin olunmuşdur. xx.xx.N6-cı il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən xx.xx.N6-cı il tarixində şəxsi heyət sırasından çıxarılaraq tərxis olunmuşdur O,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət işi və təqsirləndirici material olmamışdır. Cavabdeh orqanın məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd edilir ki, komissiya təqdim olunmuş sənədlərə əsasən döyüş əməliyyatlarının aparıldığı dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.N4-cü il tarixdən xx.xx.N5-ci il tarixədək iddiaçının hərbi xidməti barədə məlumatın olmadığına və həmin müddətdə hərbi hissəni özbaşına tərk etdiyinə görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. İddiaçı iddia ərizəsinin əsaslarına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu.
2. H3 ******* nömrəli hərbi Bilet;
3. Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu;
4. SHXÇDX-nin Qəbələ rayon şöbəsinin xx.xx.2024-cü il tarixli arayışı, xx.xx.2024cü il tarixli məktubu və ona əlavə olunmuş qeydiyyat kartası;
5. DİN-nin xx.xx.2024-cü il tarixli Arayışı;
6. Cavabdehin etiraz məktubu;
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddiaçının hüquqi marağı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən ibarətdir. İddia mümkün iddia olsa da mahiyyət etibarı ilə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N №-li əmrində xx.xx.N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmışdır. Daha sonra isə N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 247 №-li Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N3-cü il tarixli müvafiq nömrəli sərəncamına əsasən, xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərildiklərindən hərbi hissənin şəxsi heyətinin siuyahısından və bütün növ təminatlardan çıxarılan hərbi inşaatçıların siyahısında, sıravi «Зфендиев Апз Ариф» oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissənin tərkibindən və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün gəlmiş, Qəbələ RHK-nın çağırışçısı, 1973-cü il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq baş tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 123 №-li əmrilə sıravi «Зфендиев Апз Ариф» oğlu Zenit- Raket Divizionunda manqa komandiri vəzifəsinə təyin olunmuşdur. Əvvəllər xidməti yerini özbaşına tərk etmiş və yenidən hərbi hissəyə qayıtmış, sıravi «Афендиев Ааз Ариф» oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N5-ci il tarixli 64 №-li əmrilə xx.xx.N5-ci il tarixdən 1-ci Dağ-piyada taborunun 3-cü bölüyünün 1-ci tağımında atıcı vəzifəsinə təyin edilərək qazan təminatına qoyulmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 17 №-li əmrilə sıravi «Əфендиев Ааз Ариф» oğlu 2-ci bölüyün zenit-pulemyot manqasında tuşlayıcı vəzifəsindən azad edilərək, 2-ci motoatıcı taborun maddi təminat tağımında baş mexanik vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli 141 №-li əmrinə əsasən, 2-ci motoatıcı taborun maddi təminat tağımınin hərbi qulluqçusu, mexanik akkumlyatorçu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli 187 №-li əmrilə xx.xx.N6-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan, 01,08.N6-cı il tarixdən pul təminatından çıxarılaraq qeydiyyata düşmək üçün Qəbələ RHK-na göndərilmişdir. Lakin N №-li hərbi hissə komandirinin oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində və N N°-li hərbi hissə komandirinin xx.xx.N4-xx.xx.N4-cü il, yanvar- fevral N5-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə, iş materiallarından aydın olur ki, İddiaçı döyüş əməliyyatları davam edən dövrdə ,xx.xx.N4-cü il tarixdən xx.xx.N5-ci il tarixədək xidmət etdiyi N nömrəli hərbi hissəni özbaşına tərk etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adının verilməsi əsası göstərilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunur ki, N №-li hərbi hissə komandirinin oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində və N N°-li hərbi hissə komandirinin xx.xx.N4-xx.xx.N4-cü il, yanvar- fevral N5-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi iddiaçı xidmət etdiyi dövrdə ordu sıralarını özbaşına tərk etdiyi üçün inzibati orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Hakim Fəxri Hacızadə