Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1030/2024 13.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin ödənilmiş pensiya məbləği geri qaytarılması haqqında 26 yanvar 2022-ci il tarixli qərarına əsasən pensiyadan tutulmuş vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 24 noyabr 2022-ci il tarixli 2-1-(116)-1651/2022 saylı qərarın tam icra olunmamışdır, Belə ki. xx.xx.2021-ci il tarixdən pensiyanın azaldılmış 10.46 manat pul məbləğinin pensiyanın üzərinə əlavə edilməsi və pensiyasına əlavə olunan ayadək hesablayıb geri qaytarılması, xx.xx.2022-ci ildən pensiyandan fevral ayında 40 manat, həmin ilin noyabr ayında 40 manat, dekabr ayında 40 manat, 2023-cü ilin yanvar ayında 40 manat, fevral ayında 100 manat, həmin ilin iyul ayında 44 manat pensiyandan tutulan pul vəsaitinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbinin “cavabdehin ödənilmiş pensiya məbləği geri qaytarılması haqqında 26 yanvar 2022-ci il tarixli qərarına əsasən pensiyadan tutulmuş vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya DSMF-nun Mingəçevir şəhər Şöbəsinin xx.xx.2007-ci il tarixli 38 nömrəli qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş,o, xx.xx.2013-cü il tarixə kimi əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı DSMF-nin Mingəçevir şəhər Şöbəsinə işdən azad olduğunu bildirmiş,yığılan sosial sığorta kapitalına əsasən pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciətinə baxaraq xx.xx.2006-cı ildən xx.xx.2013-cü ilədək yığılan sosial sığırta kapitalı yenidən hesablanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********8 saylı qərarla 639,05 manat artıq ödənilmiş pensiya məbləği 10 gün müddətində Binəqədi rayonunda Ziya Bünyadov 43 ünvanında yerləşən DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödəməli olduğu barədə iddiaçıya bildiriş göndərilmişdir.İddiaçı əmək pensiyasına artıq ödənilmiş pul məbləğinin geri qaytarılması haqqında xx.xx.2022-ci il **********8 saylı qərardan narazı olduğu üçün müraciət etmiş, Şəki İnzibati Məhkəməsi 24 noyabr 2022-ci il № 2-1(116)-1651/2022 saylı qərarla iddiası təmin edilmişdir. İddiaçının pensiyasındqan tutulma dayandırılsa da tutulmuş məbləğ ona geri qaytarılmamışdır. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddia tələbinə etirazını aşağıdakı qaydada əsaslandırmışdır: Araşdırma zamanı iddiaçının xx.xx.2013-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə Mingəçevir şəhər şöbəsi tərəfindən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 3468,96 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay - 72 ay (pensiyaçı kimi işlədiyi ayların miqdarı) aya bölünməklə (3468,96/72=48,18 manat) əmək pensiyasının (168,71 manat) üzərinə əlavə edilərək 216,89 (48,18+168,71) manat (xx.xx.2021-ci il tarixədək indeksləşdirilməklə 381,94 manat ona ödənilməli olduğu halda, səhvən 4096,08 manat müəyyən edilmiş sığorta kapitalı 72 aya bölünərək (4096,08/72=56,89 manat) vaxtilə səhv hesablanmış əmək pensiyasının (166,09 manat) üzərinə əlavə edilməklə (56,69+166,09=222,98 manat (xx.xx.2021-ci il tarixə indeksləşdirilməklə 392,40 manat)) xx.xx.2021-ci il tarixədək ona ödənildiyi müəyyən olmuşdur. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 639,05 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmiş daha sonra “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən iddiaçıya son üç il üzrə artıq ödənilmiş 328,22 manat pul vəsaiti hesablanmışdır. X2 tərəfindən xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarla həmin vəsaitdən aylıq olaraq 39,47 manat məbləğ tutularaq büdcəyə bərpa edilmişdir (qalıq 87,18 manat). Beləliklə, bir daha bildiririk ki, tərəfimizdən aparılmış araşdırmaya əsasən iddiaçıya xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 328,22 manat məbləğində artıq ödənilmiş məbləğin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır (iddiaçıya artıq ödənilmiş ümumilikdə 328,22 manat pul vəsaiti onun “Azərbaycan Beynəlxalq Bankı" ASC-də olan kart hesabına körülümüşdür). Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2- ci maddəsinə əsasən, iddiaçının əmək pensiyasının yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-129372/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət edilmiş, lakin gəlməmişdir. Bununla belə Şəki İnzibati Məhkəməsinin 2-1 (116)-1651/2022 nömrəli xx.xx.2022ci il tarixli qərarı ilə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarının ləğv olunması qərara alınmışdır. Sözügedən qərar tam olaraq icra edilmiş və 2023-cü ilin mart ayından etibarən iddiaçının əmək pensiyasından aparılan tutulma dayandırılmışdır. İddiaçının əmək pensiyasından azaldılmış 10,46 manat məbləğin bərpa edilməsi tələbinə münasibətdə bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Bundan başga iddiaçının Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1651/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının tam olarag icra edilməməsi və tutulmuş məbləğin ona geri qaytarılmaması tələbinə uyğun olarag geyd edirik ki, həmin iş üzrə iddiaçının İddiaçı hər hansı məbləğin geri gaytarılması ilə bağlı tələbi olmamış və belə bir məsələ məhkəmənin baxış predmetini təşkil etməmişdir. Sözügedən tələb yalnız qəbul edilmiş qərarın ləğvi ilə əlaqədar olmuşdur. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-360/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilən kassasiya şikayəti təmin edilmişdir. Həmin iş üzrə məhkəmə gəbul etdiyi gərarda geyd etmişdir ki, məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 230.1-ci maddəsinin tələbinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Göründüyü kimi, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Cavabdeh haqlı olaraq qeyd edir ki, işə mahiyyəti üzrə baxılan zaman iddiaçı tərəfinden ondan tutulmuş məbləğin geri qaytarılması barədə hər hansı tələb irəli sürülməmiş, iddiaçının tələbi sadəcə olaraq cavabdehin qərarının ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanmasından ibarət olmuşdur. İşin materiallarında inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının cavabdehdən hər hansı öhdəliyin yerinə yetirilməsini (hazırkı halda, iddiaçıdan tutulmuş pul məbləğinin geri qaytarılmasını) tələb etdiyinə dair məlumat yoxdur. Eyni ilə, məhkəmə qərarlarında həmin məzmunda öhdəliyin cavabdehin üzərinə qoyulduğuna dair göstəriş də yoxdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir.
2. Cavabdeh tərəfindən qəbul edilmiş **********8 nömrəli xx.xx.2022-ci il tarixli əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərar.
3. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu.
4. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilən sənədlər.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli məktubu.
6. Şəki İnzibati Məhkəməsinin 2-1 (116)-1651/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı cavabdehin “Ödənilmiş pensiya məbləği geri qaytarılması” haqqında 26 yanvar 2022-ci il tarixli qərarına əsasən iddiaçının pensiyasından tutulmuş vəsaitin geri qaytarılmasından ibarətdir.İddiaçı 31 iyul 2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək,pensiya məbləğinin əvvəlki qaydada müəyyən edilməsini,o cümlədən pensiyasından əsassız tutulan vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki,iddiaçının pensiyasından tutulma əsası olan Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli qərarı Şəki İnzibati Məhkəməsinin 2-1 (116)-1651/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir,həmin qərar qanuni qüvvəyə minmişdir.Lakin,həmin qərar mübahisələndirildiyi müddət ərzində (məhkəmə qərarı qanuni qüvvəyə minənədək) və ondan əvvəl qərarın icrası davam etdirilmiş,nəticədə iddiaçının pensiyasından tutulma aparılmışdır.İddiaçı tərəfindən yuxarıda qeyd olunan məhkəmə mübahisəsi zamanı tutulmuş məbləğin geri qaytarılmasına dair tələb irəli sürülməmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia əsaslıdır. Belə ki, xx.xx.2006-cı tarixdən qüvvədə olan “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi qanunvericiliyin tələbi baxımından pensiyaçının razılığı olduqda artıq ödənilmiş pensiya məbləği onun pensiyasından pensiya təyin edən orqanın qərarı ilə tutula bilər. Həmin qərarın özünün əsassızlığı təsdiq olunduğu üçün haazırkı tələbə əsasən qanunsuz aktın nəticəsinin aradan qaldırılaraq tutulmuş məbləğin iddiaçıya qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə “Əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması” haqqında 26 yanvar 2022-ci il tarixli **********8 nömrəli qərarına əsasən iddiaçının pensiyasından tutulmuş vəsaitin İddiaçı geri qaytarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə