Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1031/2021 30.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İsmayıllı X1rşı “Azərbaycan Respublikası Prezidentinin 2019cu il 27 iyun tarixli 759 saylı Fərmanı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydaları”na uyğun olaraq 2020-ci ilin payızında İddiaçı1 mülkiyyətində olan 2,99 ha, İddiaçı3 mülkiyyətində olan 1,0 ha və İddiaçı2 mülkiyyətində olan 1,559 ha torpaq sahəsində buğda əkininə görə subsidiyaların hesablanıb verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İsmayıllı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 saylı Fərmanı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydaları”na uyğun olaraq 2020-ci ilin payızında İddiaçı1 mülkiyyətində olan 2,99 ha, İddiaçı3 mülkiyyətində olan 1,0 ha və İddiaçı2 mülkiyyətində olan 1,559 ha torpaq sahəsində buğda əkininə görə subsidiyaların hesablanıb verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 10.06.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçıların ayrı-ayrı mülkiyyətlərində İsmayıllı rayon Xəlilli kəndində 5,5 ha pay torpaq sahəsi var. Onlar həmin 5,5 ha pay torpaq sahəsində hər il dənli bitklilər (buğda) əkməklə ailənin ərzaq təlabatının cüzi bir hissəsini həll etmiş olurdular. Dövlətimiz kənd təssərüfatına verdiyi böyük diqqətin nəticəsi kimi əkin torpaqlarının becərilməsinə marağın artırılması ilə əlaqədar və kənd əməkçisinə maddi kömək kimi subsidiya verir. İddiaçılar qeyd edilən torpaq sahələrinin əkib becərilməsi üçün onlara 2020-ci ilin payız əkininə görə subsidiya verilməsindən ötrü sənədləri 2020-ci ilin fevralında X5 İnkişaf Mərkəzinə təqdim etmişlər. Lakin buna baxmayaraq, onlara məlum olmayan səbəbdən subsidiya hesablanmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və cavabdeh orqan bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəməyə 26.07.2021ci il tarixdə ərizə təqdim edərək, subsidiyanın iddiaçılara ödənildiyini qeyd etmiş və keçiriləcək məhkəmə iclasında iddiaçıların iştirak etməyəcəyini bildirmişdir. Bundan başqa ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsini, həmçinin vaxtında subsidiyanın verilməməsinə kompensasiyanın alınıb onlara verilməsini xahiş etmişdir. Dövlət rüsumunun cavabdehlərə aid edilməsi hissəsində məhkəmə qeyd edir ki, Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İPM-nin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Məhkəmə qeyd edir ki, İPM-də ödənilmiş dövlət rüsumunun qaytarılması barədə məsələ əksini tapmasa da, MPM-nin normalarına istinadla məsələ həll olunmalıdır. MPM-nin 114.1.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, qaytarılır. Hazırki halda iddiaçılar Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olunduqları üçün onların X6 vasitəsilə ödədikləri 10 manat rüsum (ödəyici: İddiaçı1 İmamnəzər qızı, ********* nömrəli, 01.06.2021-ci tarixli mədaxil qəbzi) qaytarılmalıdır. Ərizənin “həmçinin vaxtında subsidiyanın verilməməsinə kompensasiyanın alınıb onlara verilməsi” tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunan tələbi irəli sürmək üçün iddiaçılar ilk növbədə inzibati orqana müraciət etməli, müraciətləri təmin olunmadığı halda isə məhkəməyə iddia ərizəsi verməlidir. Məhkəmə iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin təqdim etdiyi ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizədən görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıların subsidiyaların hesablanıb verilməsi tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 67, 80, 109-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İsmayıllı X1rşı “Azərbaycan Respublikası Prezidentinin 2019cu il 27 iyun tarixli 759 saylı Fərmanı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydaları”na uyğun olaraq 2020-ci ilin payızında İddiaçı1 mülkiyyətində olan 2,99 ha, İddiaçı3 mülkiyyətində olan 1,0 ha və İddiaçı2 mülkiyyətində olan 1,559 ha torpaq sahəsində buğda əkininə görə subsidiyaların hesablanıb verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyi üçün iş üzrə icraata xitam verilsin. İddiaçı1 Azərpoçt MMC, İsmayıllı PF, X7 nağd qaydada ödədiyi 10 manat dövlət rüsumu (ödəyici: İddiaçı1 İmamnəzər qızı, ********* nömrəli, 01.06.2021-ci tarixli mədaxil qəbzi) özünə qaytarılsın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1031/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1031/2021
30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver