Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1031/2023 30.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri X7 İcraiyyə Komitəsinin 28 yanvar 1981-ci il tarixli, 20 saylı qərarı ilə Mingəçevir şəhər İSZ zavodunun işçilərinə ayrılmış “Qartal” kollektiv bağçılıq təsərrüfatının ərazisində verilmiş 0,06 ha, 62 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və texniki texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri X7 İcraiyyə Komitəsinin 28 yanvar 1981-ci il tarixli, 20 saylı qərarı ilə Mingəçevir şəhər İSZ zavodunun işçilərinə ayrılmış “Qartal” kollektiv bağçılıq təsərrüfatının ərazisində iddiaçıya verilmiş 0,06 ha, 62 nömrəli torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1031/2023 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddiaçı, məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, “Mingəçevir şəhəri X7 İcraiyyə Komitəsinin 28 yanvar 1981-ci il tarixli, 20 saylı qərarı ilə Mingəçevir şəhər İSZ zavodunun işçilərinə ayrılmış “Qartal” kollektiv bağçılıq təsərrüfatının ərazisində verilmiş 0,06 ha (62 nömrəli) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və texniki texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhər X7 İcraiyyə Komitəsinin 28 yanvar 1981-ci il tarixli, 20 saylı qərarı ilə Mingəçevir İSZ zavodunun (hazırki X2 ASC) işçilərinə torpaq sahəsi ayrılmışdır. İddiaçı İSZ zavodunun “Qartal” bağçılıq kollektivinin üzvü olmuş və ona 0.06 ha olmaqla torpaq sahəsi ayrılmışdır. Bundan sonra o, cavabdehə rəsmi qaydada müraciət edərək, Mingəçevir şəhəri, İSZ zavodunun “Qartal” kollektiv bağçılıq təsərrüfatı tərəfindən verilmiş torpaq sahəsinə daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, idarənin arxiv materiallarına əsasən təqdim olunan sənədlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilmiş, torpaq sahəsi üzərində zəruri olan inventarlaşdırma işləri aparılmış və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar idarəsi tərəfindən xx.xx.2007-ci il tarixli 003879 akta əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhəri "Qartal” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında İddiaçı adı aşkarlanmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7. maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin mövcud tələblərini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin əsassız olduğu üçün təmin olunmamasını xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -cavabdehin xx.xx.2022-ci il tarixli **********41 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - “Akkord-X2” ASC-nin xx.xx.2013-cü il tarixli 01 nömrəli arayışından görünür ki, iddiaçıya, həqiqətən keçmiş Mingəçevir Təcrübi-İxtisaslaşdırılma zavodda (indiki “X2 ASCdə) Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi tərəfindən bağçılıq təsərrüfatı üçün ayrılmış torpaq sahəsindən 6 sot torpaq sahəsi verilmişdir. İddiaçıA “Qartal” kollektiv bağçılıq təsərrüfatında torpaq bölgüsü siyahısında 62-ci sırada qeydiyyata düşmüşdür. - “Qartal” kollektiv bağçılıq təsərrüfatının pasportundan görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1981-ci il 20 nömrəli qərarına əsasən Mingəçevir İSZ-nin “Qartal kollektiv bağçılıq təsərrüfatında torpaq sahəsinin nömrəsi - 62, ölçüsü - 0,06 ha, mülkiyyətçisi İddiaçı qeyd olunmuşdur. - “Akkord-X2” ASC-nin xx.xx.2023-cü il tarixli 19 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma nəticəsində “Akkord X2” ASC-nın 2001-ci ilədək hüquqi varisi olduğu Mingəçevir Təcrubi-İxtisaslaşdırılmış zavodunun "Qartal" kollektiv bağçılıq təsərrüfatı üzvlərinin siyahısı aşkar edilmiş və bu siyahıda İddiaçı adı 62-ci sırada qeyd olunmuşdur. Həmin məktuba əlavə olunmuş Mingəçevir Təcrubi-İxtisaslaşdırılmış zavodunun "Qartal" kollektiv bağçılıq təsərrüfatı üzvlərinin siyahısından görünür ki, İddiaçı adı 62-ci sırada qeyd olunmuşdur. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-D-0002/2023 nömrəli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında olan Mingəçevir bələdiyyəsinin “X5 Uçotu informasiya Sistemi”ndə mövcud olan xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 0.0709 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. iddia olunan 0.0709 ha torpaq sahəsinin mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 0.0709 ha torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş Akkord X2 ASC-nin xx.xx.2023-cü il tarixli 19 nömrəli məktubu ilə təqdim edilmiş "Mingəçevi təcrübi ixtisaslaşdırılmış zavodunun" Qartal kollektiv bağçılıq təsərrüfatı üzvlərinin adlı siyahısı ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007ci il tarixli akta əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhəri “Qartal” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısı ilə ziddiyət təşkil edir. Belə ki, Ərazi idarəsinə aktla təhvil verilmiş Qartal bağçılıq təsərrüfatının adlı siyahısının 62-ci sıra nömrəsində iddaçının adı yox, başqa şəxsin (X1), adı qeyd olunmuşdur. Qeyd etmək istəyirik ki, Akkord X2 ASC-nin təqdim etdiyi adlı siyahıdan məlum olur ki, həmin sənəd sonradan tərtib olunmuşdur, yəni Mİngəçevir şəhər İSZ zavodunun işçilərinə ayrılmış Qartal kollektiv bağçılığının üzvlərinə xx.xx.1981-ci il tarixli 20 saylı qərarı ilə tərtib edilmiş adlı siyahı ilə eynilik təşkil etmir. 2007-ci ilin avqust ayında Ərazi idarəsinə təhvil-təslim edilmiş adlı siyahı Ərazi İdarəsinin arxiv məlumatları sıralarında qorunub saxlanılır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddia tələbindən görünür ki, iddiaçı, faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin ona ingəçevir şəhər XDS İcraiyyə Komitəsi tərəfindən bağçılıq təsərrüfatı üçün ayrıldığını bildirir və sübut qismində “Akkord-X2” ASC-nin xx.xx.2013-cü il tarixli 01 nömrəli arayışını və “Qartal” kollektiv bağçılıq təsərrüfatının pasportunu təqdim edir. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhəri "Qartal” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında iddiaçının adının olmaması ilə bağlıdır. Məhkəmə tərəfindən Akkord-X2” ASC-nin xx.xx.2013-cü il tarixli 01 nömrəli arayışının verilməsinə əsas olmuş sənədlər həmin müəssisədən sorğu edilmiş və təqdim edilmiş Mingəçevir Təcrubi-İxtisaslaşdırılmış zavodunun "Qartal" kollektiv bağçılıq təsərrüfatı üzvlərinin siyahısı ilə müəyyən edilmişdir ki, iddiaçının adı 62-ci sırada qeyd olunmuşdur. Sözügedən adlı siyahı münasibət bildirilməsi üçün cavabdeh orqana təqdim edilmiş, cavabdeh orqan həmin adlı siyahının Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhəri “Qartal” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısı ilə ziddiyət təşkil etməsini, Ərazi idarəsinə aktla təhvil verilmiş Qartal bağçılıq təsərrüfatının adlı siyahısının 62-ci sıra nömrəsində iddaçının adı yox, başqa şəxsin (X1) adının qeyd olunmasını, həmin sənədin sonradan tərtib olunmasını və xx.xx.1981-ci il tarixli 20 saylı qərarla tərtib edilmiş adlı siyahı ilə eynilik təşkil etməməsini bildirmişdir. Təqdim edilmiş adlı siyahıya ilə razılaşmayan cavabdeh orqan Ərazi idarəsinə aktla təhvil verilmiş Qartal bağçılıq təsərrüfatının adlı siyahısında 62-cı sırada başqa şəxsin adının qeyd olunmasını bildirsə də, nəzərə alınmalıdır ki, cavabdeh orqanın özünün təqdim etdiyi Qartal bağçılıq təsərrüfatının adlı siyahılarında öz əksini tapmış subyektlər bir-birindən fərqlidir. İşdə olan cavabdeh orqanın özünün təqdim etdiyi siyahılarda 62-ci sıra nömrəsində yalnız X1 adı yox, həm də X4 da adı mövcuddur. Bağ sahələrinin dəyişdirilməsi və bağ təsərrüfatının üzvlərinin dəyişdirilməsi praktikasının mövcud olması onu deməyə əsas verir ki, mövcud olan siyahıların tərkibi dəyişkən olmaqla bağçılıq təsərrüfatının üzvü olmuş şəxslərə münasibətdə yenilənməklə tərtib edilmişdir. Odur ki, “Akkord-X2” ASC-nin xx.xx.2023-cü il tarixli 19 nömrəli məktubuna əlavə olunmuş Mingəçevir Təcrubi-İxtisaslaşdırılmış zavodunun "Qartal" kollektiv bağçılıq təsərrüfatı üzvlərinin siyahısının mötəbərliyini şübhə altına almaq üçün heç bir hüquqi əsas yoxdur. Buna görə də Ərazi İdarəsində saxlanılan adlı siyahılarla ziddiyyət təşkil etməsi və iddiaçının adının "Qartal" kollektiv bağçılıq təsərrüfatı üzvlərinin siyahısında olmaması ilə bağlı cavabdeh orqanın dəlillərini məhkəmə əsassız hesab edir. İddiaçının "Qartal" kollektiv bağçılıq təsərrüfatı üzvü olması işdə olan Akkord-X2” ASC-nin xx.xx.2023-cü il tarixli 19 nömrəli məktubuna əlavə olunmuş adlı siyahı ilə sübuta yetirildiyindən və sözügedən sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinin tələbləri baxımından iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün əsas olduğundan məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhəri X7 İcraiyyə Komitəsinin 28 yanvar 1981-ci il tarixli, 20 saylı qərarı ilə Mingəçevir şəhər İSZ zavodunun işçilərinə ayrılmış “Qartal” kollektiv bağçılıq təsərrüfatının ərazisində verilmiş 0,06 ha (62 nömrəli) torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və texniki texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.