Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1033/2020 25.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1988-ci il 11 oktyabr tarixində Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Sovet Ordu sıralarında N saylı hərbi hissədə qulluq etmiş və xx.xx.1990-cu il tarixdə tərxis edilmişdir. xx.xx.199N-ci ildə təkrarən Milli Ordu sıralarına səfərbər edilmiş, N saylı hərbi hissənin tərkibində xx.xx.1993-cü ilə kimi qulluq etmişdir. Müdafiə Nazirliyinin müvafiq əmrlərinə əsasən hərbi xidmətini fasiləsiz olaraq xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi N saylı hərbi hissədə, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N saylı hərbi hissədə, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilə qədər isə hərbi xidmətini N saylı hərbi hissədə davam etdirmişdir. Xidmət etdiyi hərbi hissələr cəhbə bölgəsində ön xəttə yerləşdiyindən, xidmətə başladığı ilk gündən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. "Müharibə veteranı" adı və müvafiq veteran vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ünvanlanmışdır. Həmin ərizəyə Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1/71-9368 nömrəli xx.xx.N019-cu il tarixli məktubla cavab vermiş və həmin məktubla ona “Müharibə veteranı” adı verilməsindən imtina edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmişdir və bu hal mübahisə doğurmur. Lakin, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi 771 hərbi xidmət keçmiş, xx.xx.1993-cü ildə təkrar hərbi xidmətə səfərbər edilmişdir. Bu ona dəlalət edir ki, iddiaçı hərbi xidmətdən buraxılmamışdır.İddiaçı xx.xx.1995-ci il tarixdə xidmət yerini tərk etdiyi üçün xx.xx.1995-ci il tarixdə N saylı hərbi hissənin ərzaq təminatından çıxarılmışdır.İddiaçının barəsində xx.xx.1998-ci ildə amnistiya qərarı tətbiq edilmişdir. İddiaçı hərbi xidmətdən qanuni əsaslarla buraxılmadığından məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.N019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. İş materiallarında olan SHXÇDX-nın Mingəçevir şəhər şöbəsinin xx.xx.N0N0-ci il tarixli 169 nömrəli Arayışından görünür ki, iddiaçı həqiqətən xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.199N-ci il tarixdə Mingəçevir ŞHK tərəfindən hərbi xidmətə səfərbər edilərək N saylı hərbi hissəyə təhvil verilmişdir. Hərbi biletində olan qeydlərə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi N saylı hərbi hissə tərkibində Laçın və Kəlbəcər rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1993-cü il tarixdə Mingəçevir ŞHK tərəfindən təkrarən hərbi xidmətə səfərbər edilərək xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N saylı, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N saylı və xx.xx.1994-cü il tarixdən N8.07 1995-ci il tarixə kimi yenidən N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. xx.xx.1995-ci il tarixdə xidmət yerini tərk etdiyi üçün xx.xx.1995-ci il tarixdə N saylı hərbi hissənin ərzaq təminatından çıxarılmışdır. Xidmət yerini tərk etməsi üzrə işinə xx.xx.1998-ci il tarixdə Tərtər Hərbi Prokurorluğu tərəfindən baxılaraq İddiaçı barəsində Milli Məclisin xx.xx.1997-ci il tarixli Amnistiya qərarı tətbiq edilmişdir. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.N019-cu il tarixli məktubundan görünür ki, 199N-N006-cı illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyat kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən 1970-ci il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı barədə qəbul edilmiş qərarın surətini göndərmək mümkün deyildir. İş materiallarında olan Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.N0N0-ci il tarixli iddiaya münasibətindən görünür ki, iddiaçı xx.xx.1995-ci il tarixdə xidmət yerini tərk etdiyi üçün xx.xx.1995-ci il tarixdə N saylı hərbi hissənin ərzaq təminatından çıxarılmışdır. İddiaçının barəsində xx.xx.1998-ci ildə amnistiya qərarı tətbiq edilmişdir. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.N0N0-ci il tarixli məktubundan görünür ki, Tərtər hərbi prokurorluğu tərəfindən xx.xx.1998-ci il tarixdə, 1970-ci il təvəllüdlü İddiaçı barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin N001-N013-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyat kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən İddiaçı barədə qəbul edilmiş qərarın surətini göndərmək mümkün deyildir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinənə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in N.N.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan SHXÇDX-nın Mingəçevir şəhər şöbəsinin xx.xx.N0N0-ci il tarixli 169 nömrəli Arayışından görünür ki, iddiaçı xidmət yerini tərk etməsi üzrə işinə xx.xx.1998-ci il tarixdə Tərtər Hərbi Prokurorluğu tərəfindən baxılaraq İddiaçı barəsində Milli Məclisin xx.xx.1997-ci il tarixli Amnistiya qərarı tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olduğundan inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1033/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1033/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver