Məhkəmə qərarları › İş №2-1(116)-1037/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1037/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1037/2021 10.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı Cavabdeh1 Cavabdeh2nə qarşı “üçüncü şəxs X6 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi müəyyən etdi: İddiaçı Cavabdeh1 Cavabdeh2nə qarşı "üçüncü şəxs X6 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçı Cavabdeh1 öz iddiasını belə əsaslandırmışdır: - o, 04.02.2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini Dövlət Notariat Kontorunda alqı-satqı yolu ilə alımışdır. Mülkiyyətində olan mənzildə yaxın qohumu X9 qeydiyyatdadır. Üçüncü şəxs Rusiya Federasiyasının vətəndaşıdır. Halhazırda da orada yaşayır, gəlib qısa müddətdə qeydiyyatdan çıxacağına söz versə də, indiyədək maddi durumuna və pandemiyaya görə Azərbaycan Respublikasına gələ bilmədiyinə görə qeydiyyatdan çıxmayıb. Üçüncü şəxsin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, o, üçüncü şəxsin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Həmçinin üçüncü şəxs onun mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onun razılığının alınması əlavə problemlər yarada bilər. Həmçinin şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. 3-cü şəxsin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma onun mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Bu günə qədər 3-cü şəxs mənzildən qeydiyyatdan çıxmayıb. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini nəzərə alaraq üçüncü şəxs X6 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli DƏDR-dən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 ünvanı Cavabdeh1 adına 04.02.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 23.06.2021-ci il tarixli, AN-İ ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cabbarova X7 şəhəri, Naxçıvan küçəsi ev 50/2, mənzil 11 ünvanında yerləşən, ümumi sahəsi 53.1 kv.m olan mənzili X1. İş materiallarında olan ********** qeydiyyat nömrəli DƏDR-dən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi X4 adına 02.07.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Sadalanan sənədlərlə müəyyən edilir ki, iddiaçı Cavabdeh1 mənzili X3 və mənzilə sonuncunun mülkiyyət hüququ 02.07.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, beləliklə də, həmin mənzil üzərində iddiaçı Cavabdeh1 sərəncam hüququ qalmamışdır. Şəxsin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının tələb olunması əşyaya sərəncam hüququ ilə bağlı olduğuna görə Cavabdeh1 mənzili satdıqdan sonra həmin hüququ itirmiş və bu hüquq X2. Məhkəmə qeyd olunan nəticəyə gələrkən aşağıdakı normalara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinin birinci cümləsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmənin 29.07.2021-ci il tarixli hüquqi yardım barədə məktubu ilə bu hallar iddiaçı Cavabdeh1 diqqətinə çatdırılaraq, bununla əlaqədar fikirlərini 10 gün müddətində məhkəməyə bildirməsi xahiş edilmiş, iddiaçı tərəfindən hüquqi yardım məktubu 17.08.2021-ci il tarixdə poçt vasitəsilə qəbul edilməsinə baxmayaraq, o, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı Cavabdeh1 hazırkı iddianı vermək üçün subyektiv hüququ olmadığına görə onun iddiası mümkün sayıla bilməz. Mənzilin hazırkı mülkiyyətçisi X8 isə üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün Cavabdeh2nə müraciət edə bilər. Həmin müraciət təmin edilmədiyi halda, onun anoloji iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh1 Cavabdeh2nə qarşı “üçüncü şəxs X6 Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 50/2, mənzil ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar