Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-104/2021 03.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1nə qarşı “Cavabdeh1 başçısının xx xxxxx 2020-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 başçısının xx xxxxx 2020ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə göndərərək, iddiasında dəqiqləşmə aparmış və cavabdeh qismində Cavabdeh1 qeyd edərək, Cavabdeh1 başçısının xx xxxxx 2020-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında işrirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, hazırda mübahisə öz həllini tapdığından Azərbaycan Respublikası İPM-in 15.2-ci və 55-ci maddələrini rəhbər tutaraq hazırkı iddia tələbindən imtina etdiklərini və iddiadan imtinanın hüquqi nəticələrinin onlara bəlli olduğunu bildirdi. Cavabdeh tərəfindən məhkəməyə ərizə göndərilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə verdiyi ərizə ilə bağlı məhkəmə qeyd edir ki, vəkilin iddia tələblərindən imtina etmək və s. kimi hərəkətləri etməsi mümkündür. Belə ki, iş materiallarında olan AR-İİ seriyalı 048341 nömrəli, xx xxx 2020-ci il tarixli etibarnaməyə əsasən Vəkil iş üzə İddiaçı tərəfindən “iddia tələblərindən tam və ya qismən imtina edilməsi” kimi səlahiyyət verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur.) və iddiadan imtina edilməsi hazırki halda cavabdehin iradəsindən asılı olmadığına görə, yəni iddiaçı şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından əvvəl imtina etdiyi üçün imtina qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə ərizəni iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından araşdırıb hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün hazırkı işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1nə qarşı “Cavabdeh1 başçısının xx xxxxx 2020-ci il tarixli 32 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-104/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-104/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver