Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1041/2021 07.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayədəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Qəbələ Rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin 15 oktyabr 2001-ci il tarixli 07 saylı iclasının qərarı ilə X3 Qəbələ rayon Hacallı kəndində yerləşən “Şahdağ” yeməkxanası üzərində X6 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid daşınmaz əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ Rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin 15 oktyabr 2001-ci il tarixli 07 saylı iclasının qərarı ilə X3 Qəbələ rayon Hacallı kəndində yerləşən “Şahdağ” yeməkxanası üzərində X6 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid daşınmaz əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 11.06.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Qəbələ Rayon Kooperativ Cəmiyyətinin idarə heyətinin 15 oktyabr 2001-ci il tarixli 07 saylı iclasının qərarı ilə RKC-yə məxsus Qəbələ Rayon Hacallı kəndində yerləşən "Şahdağ" yeməkxanası X1. Obyektin dəyəri tam ödənilmiş və bu barədə müvafiq mədaxil orderi əldə olunmuşdur. Daha sonra obyekt müvafiq aktla X7 təhvil verilmişdir. 2001-ci ilin noyabr ayında Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X8 adına qeyri yaşayış binasının "Texniki pasport"u işlənmişdir. X11 22.04.2002-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mirasını övladlan faktiki qəbul edərək idarə etmişlər. İddiaç İddiaçı həmin mirasın qəbulu ilə bağlı X14 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Notarius tərəfindən DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilərək Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hiiquqlannın Qeydiyyatı İdarəsi tərəfindən X8 adına verilmiş "Texniki pasport"a əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasım xahiş edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən də cavabdehə eyni məzmunlu müaciət olunmuşdur. Cavabdeh orqan iddiaçıya ünvanladığı 28.04.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi sənədlər qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, qeyd olunan qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı, mağaza binasının payçı X2 barədə X10 Qərarı və obyektin alqı-satqı aktı təqdim edilməmişdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçı, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh orqanın nümayənədəsi ərizəyə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iddiaçı, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Qəbələ Rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin 15 oktyabr 2001-ci il tarixli 07 saylı iclasının qərarı ilə X3 Qəbələ rayon Hacallı kəndində yerləşən “Şahdağ” yeməkxanası üzərində X6 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid daşınmaz əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1041/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1041/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver