Məhkəmə qərarları › İş №2-1(116)-1042/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1042/2020

30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1042/2020 30.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş 21.01.2017-ci il tarixli JN-829A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi və Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,13 ha torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı, ümumi sahə - 1289, 2 kv.m., tikinti altında - 176,7 kv.m., yaşayış evi – 50,8 kv.m., zirzəmi – 100 kv.m., başqa tikintilər – 96,0 kv.m., suvarılan sahə - 1112,4 kv.m. torpaq sahəsinə vərəsəlik üzrə adlarına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş 21.01.2017-ci il tarixli JN-829A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi və Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,13 ha torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı, ümumi sahə - 1289, 2 kv.m., tikinti altında - 176,7 kv.m., yaşayış evi – 50,8 kv.m., zirzəmi – 100 kv.m., başqa tikintilər – 96,0 kv.m., suvarılan sahə - 1112,4 kv.m. torpaq sahəsinə vərəsəlik üzrə adınıza “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 xx.xx.1966-cı ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuşdur. xx.xx.1966-cı ildən 1985-ci ilin iyun ayına kimi Şəki rayonu Baş Göynük kəndində yerləşən atası mərhum X4 məxsus evdə yaşamışdır. Hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 8, mənzil 96-da ailə üzvləri ilə birgə kirayədə yaşayır. İddiaçı1 xx.xx.1964-cü ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuşdur. xx.xx.1964-cü ildən 1983-cü ilə kimi Şəki rayonu, Baş Göynük kəndində yerləşən atası mərhum X4 məxsus həmin evdə yaşamışdır. İddiaçının ata adının doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində “Salih” yazılmasına baxmayaraq iddiaçı sözügedən digər şəxslərlə doğma qardaş olduğunu iddia ərizəsində qeyd etmişdir. Hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala kəndi, 3 nömrəli Zeytun Sovxozu küçəsi, özütikili evdə 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə yaşayır. Üçüncü şəxs olaraq qeyd etdikləri qardaşı X5 və onun ailə üzvləri iddiaçıların ata evində yaşayırlar. İddiaçıların atası mərhum X1 öz xətti ilə vəsiyyətnamə yazmış, lakin həmin vəsiyyətnaməni xəstə olması ilə bağlı notariat kontorunda təsdiq etdirməmişdir. İddiaçılar vəsiyyətnamədə əmlakın mərhum mülkiyyətçi tərəfindən aşağıda qeyd olunduğu kimi bölündüyünü qeyd etmişlər: 1) Hacıyev Xanlara- binanın Şimal (yuxarı başda zal və onun gündoğana seyvanı öz sərhədiçün, məhləsi binanın dalılnda olan torpaq və kənd başında olan torpağın ona verdiməklə yolunu Mehrəli) yəni ümumi yola açmalı, mal tövləsindən istifadə edəcək, məhlədə olan təndirxanadan yuxarıda göstərilən ailələrin üçü də istifadə etməli. 2) İddiaçı1 evin aşağı başında ev bir göz, kiçik kuxnə və aşağı öz sərhəddindən təndirxananın dalında olan sahə. 3) İddiaçı2 kiçik qardaşı olmaqla anası Elmiraya binanın orta hissəsində bir göz ev, bir göz aynəbənd hazırda Elmira ilə mən oturan yer olmaqla seyvanı və mənim üstümdə olan torpaq sahəsi Əhməd və İbrahimin istifadəsinə verilsin. Qeyd: Əhməd və İbrahimin yolu hazırda mən işlədən darvaza olmalıdır. İddiaçılar qeyd edirlər ki, üçüncü şəxs X2 rayonu, Baş Göynük kəndində yerləşən mərhum X4 məxsus olan ümumi sahəsi 80 kv.m., yaşayış sahəsi 50 kv.m., bir mərtəbəli 3 otaqlı evin və 0,13 ha torpaq sahəsinin vərəsələr arasında vəsiyyətnaməyə uyğun bölünməsini təmin etməmək üçün qanunsuz yollara əl atmış və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə saxta sənədlər təqdim etməklə 21 yanvar 2017-ci ildə JN - 829A nömrəli, KOD 40406018 olan "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə almışdır. Odur ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş 21.01.2017-ci il tarixli JN-829A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi və Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,13 ha torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı, ümumi sahə - 1289, 2 kv.m., tikinti altında - 176,7 kv.m., yaşayış evi – 50,8 kv.m., zirzəmi – 100 kv.m., başqa tikintilər – 96,0 kv.m., suvarılan sahə - 1112,4 kv.m. torpaq sahəsinə vərəsəlik üzrə adımıza “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbləri ilə bağlı müvafiq qərar verilməsi üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçılara 02.06.2020-ci il tarixli yardım məktubu göndərilmiş, tələblərinin birinci hissəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş 21.01.2017-ci il tarixli JN-829A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi) öhdəliyin icrası haqqında iddia növünə aid olduğu bildirilmiş və qeyd edilmişdir ki, bu növ iddianın mümkünlük şərtlərindən birinin də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsinin müəyyən edilməsidir. Yardım məktubunda iddiaçılara bildirilmişdir ki, iddia ərizəsində olan sənədlərə cavabdeh orqana müraciət etmə və müraciətdən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Həmçinin, tələblərinin ikinci hissəsinə (Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,13 ha torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı, ümumi sahə - 1289, 2 kv.m., tikinti altında - 176,7 kv.m., yaşayış evi – 50,8 kv.m., zirzəmi – 100 kv.m., başqa tikintilər – 96,0 kv.m., suvarılan sahə - 1112,4 kv.m. torpaq sahəsinə vərəsəlik üzrə adınıza “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”) inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu bildirilmiş və qeyd olunan tələblə bağlı aidiyyəti üzrə ümumi məhkəmələrə müraciət etmələri tövsiyyə olunmuşdur. Göstərilən nöqsanlara münasibət bildirilməsi üçün 10 (on) gün müddət təyin edilmiş, məktub müvafiq olaraq 10 və 16 iyun 2020-ci il tarixlərinədə xəbərnaməyə imza edilməklə qəbul olunmasına baxmayaraq, həmin müddət ərzində münasibət bildirilməmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş 21.01.2017-ci il tarixli JN-829A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi və Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,13 ha torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı, ümumi sahə - 1289, 2 kv.m., tikinti altında - 176,7 kv.m., yaşayış evi – 50,8 kv.m., zirzəmi – 100 kv.m., başqa tikintilər – 96,0 kv.m., suvarılan sahə - 1112,4 kv.m. torpaq sahəsinə vərəsəlik üzrə adlarına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2giyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar