Məhkəmə qərarları › İş №2-1(116)-1044/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1044/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1044/2020 23.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4rşı “Şəki rayonu Birinci Biləcik kəndində yerləşən həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayonu Birinci Biləcik kəndində yerləşən həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə doğulub boya-başa çatdığı Şəki rayonu Birinci Biləcik kəndində yaşayır. Qeydiyyatda olduğu və hal-hazırda da yaşadığı ev və həyətyanı sahə atası X3 məxsus olub. Atası 1957-ci ildə rəhmətə gedib. Ondan sonra həmin evdə anası ilə birgə yaşayıb. Anasının 1976-cı ilə kimi ailə təsərrüfatında adı getmişdir. Anası ailə həyatı qurub başqa yerə köçdüyü üçün iddiaçı ailəsi ilə birgə həmin evdə yaşayaraq təsrrüfatla məşğul olmuşlar. İddiaçıya islahat zamanı həmin kənddən əkin pay torpaq verilmişdir. Lakin işi ilə bağlı Qax şəhərində müvəqqəti yaşadığına görə həyətyanı sahə diqqətdən qaçaraq siyahıya salınmamışdır. İslahat zamanı həyətyanı sahələr qeydiyyatda olan və orada yaşayan şəxslərin mülkiyyətinə verilmişdir. Lakin buna baxmayaraq bugunə kimi qeydiyyatda olduğu evin həyətyanı sahəsi bələdiyyə mülkiyyətində qalmaqdadır. Buna görə də həmin həyətyanı sahənin mülkiyyətinə verilməsi işlərinin aparılması üçün cavabdeh təşkilat olan DƏDRX-nin 12 saylı X6 müraciət etsə də onlar tərəfindən xx.xx.2020-ci il tarixli **********06 nömrəli imtina məktubu almışdır. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4rşı “Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən həyətyanı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınmaqla çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması“ tələbinə dair xx xxxx 2020-ci il tarixli, 2-1-(116)-1044/2020 saylı sərəncamınıza Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X5 baxılmışdır. Vətəndaşın ərazi idarəsinə müraciəti zamanı Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövləl reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” da fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 2.3-cü bənddə göstərilən, kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış təqdim edilsə də, torpaq sahəsinin ölçüsü göstərilmədiyindən vətəndaşın ərizəsinin icrasından imtina olunmuşdur. Bildiririk ki, vətəndaşın məhkəməyə təqdim etdiyi arxiv arayışı ərazi idarəsinə edilən müraciət zamanı sənədlərə əlavə edilməmişdir və sözügedən arxiv arayışının X2 adına olması qeyd olunan torpaq sahəsi üzərində İddiaçı adına qeydiyyatın aparılmasını mümkünsüz edir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin icraata qəbul edilməsinə etiraz etmədi. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edildi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X4rşı “Şəki rayonu Birinci Biləcik kəndində yerləşən həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar