Məhkəmə qərarları › İş №2-1(116)-1044/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1044/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1044/2021 12.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı "Yevlax rayonunun könüllülərdən ibarət hərbi hissənin tərkibində döyüş bölgəsində xidmət etməsi faktının və könüllü olaraq əlavə hərbi xidmətdə olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: Qax rayonu Əmircan kəndində yaşayan İddiaçı "Yevlax rayonunun könüllülərdən ibarət hərbi hissənin tərkibində döyüş bölgəsində xidmət etməsi faktının və könüllü olaraq əlavə hərbi xidmətdə olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə görə, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. İddiaçı iddia ərizəsinin verildiyi məhkəmənin adı kimi Şəki İnzibati- İqtisadi Məhkəməsini göstərmişdir. Halbuki, 01.01.2020-ci ildən etibarən həmin məhkəmə artıq mövcud deyil və iddiaçının iddia ərizəsini təqdim etdiyi məhkəmənin adı Şəki İnzibati Məhkəməsidir. Bundan başqa, həmin Məcəllənin 27.0-ci maddəsinə görə, aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Göründüyü kimi, inzibati məhkəmə icraatının iştirakçıları iddiaçı (ərizəçi), cavabdeh və üçüncü şəxslər sayılırlar, bu siyahıda "maraqlı tərəf" adlanan iştirakçı nəzərdə tutulmamışdır. Lakin iddiaçı iddia ərizəsində tələbinə cavab verməli olan inzibati orqanı göstərməmiş və səhvən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsini maraqlı tərəf kimi qeyd etmişdir. Bundan başqa, iddiaçının iddia ərizəsində irəli sürdüyü iddia tələbi "Yevlax rayonunun könüllülərdən ibarət hərbi hissənin tərkibində döyüş bölgəsində xidmət etməsi faktının və könüllü olaraq əlavə hərbi xidmətdə olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması" tələbindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci və 305.1.1-ci maddələrinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə ümumi məhkəmələr baxır. Əgər iddiaçının nail olmaq istədiyi hüquqi nəticə yalnız yuxarıda qeyd olunan faktların müəyyən edilməsindən ibarətdirsə, o, həmin faktların müəyyən edilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə deyil, öz yaşayış yeri üzrə Qax Rayon Məhkəməsinə müraciət etməlidir. Əgər əldə etmək istədiyi hüquqi nəticə ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsindən ibarətdirsə, bu halda, o, bunun üçün müvafiq inzibati orqana ərizə ilə müraciət etməli, həmin orqan ona veteran adının və vəsiqəsinin verilməsindən imtina edərsə və o, bu imtina ilə razılaşmazsa, o, həmin inzibati orqana qarşı "Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin ikinci-dördüncü bəndlərinə görə, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İddiaçı iddia ərizəsində yol verilmiş formal xətalar və onların aradan qaldırılması qaydası Şəki İnzibati Məhkəməsinin 14.06.2021-ci il tarixli məktubu ilə iddiaçının diqqətinə çatdırılmış və həmin çatışmazlıqların aradan qaldırılması, məhkəmənin bu təklifi ilə razılaşmadığı halda isə, bunu məhkəməyə yazılı şəkildə bildirməsi üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və 23.06.2021-ci ildə imza etdirilməklə ona çatdırılmışdır. Lakin ötən müddət ərzində iddiaçı qeyd olunan məsələlərə münasibət bildirməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, İddiaçı iddiası mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı "Yevlax rayonunun könüllülərdən ibarət hərbi hissənin tərkibində döyüş bölgəsində xidmət etməsi faktının və könüllü olaraq əlavə hərbi xidmətdə olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar