Məhkəmə qərarları › İş №2-1(116)-1044/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1044/2022

23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1044/2022 23.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin koordinatlarının ilkin torpaqayırma sənədlərinə uyğunlaşdırılmaqla plan-ölçü sənədinin verilməsi və Nizami Kərimovun mülkiyyətində olan 1.84 ha torpaq sahəsinin, özünə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 3.68 ha təşkil edən torpaq sahəsinin koordinatlarının ilkin torpaqayırma sənədlərində (müvafiq Dövlət Aktları) əks edilmiş koordinatlara uyğunlaşdırılaraq həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-107/2022 nömrə ilə qeydə alınmışdır. Həmçinin İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X1 mülkiyyətində olan Göyçay rayonu Yeniarx kəndi ərazisində yerləşən ümumi sahəsi 1.84 ha təşkil edən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin koordinatlarına dəyişiklik edilərək, özünə məxsus olan eyni ünvanda yerləşən torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərdə (müvafiq Dövlət Aktları) müəyyən edilmiş koordinatlarının hüdudları daxilinə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2- 1(116)-1044/2022 nömrə ilə qeydə alınmışdır. İş materiallarını araşdırıb hesab edirəm ki, hər iki inzibati mübahisənin mübahisə predmetləri eynidir. Buna görə də iddia tələblərinə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə qeyd olunan müstəqil işlər üzrə icraat bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56-cı maddəsinin tələbini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə 2-1(116)-1044/2022 saylı inzibati iş - İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə 2-1(116)-107/2022 saylı inzibati işə birləşdirilir. 2-1(116)-1044/2022 saylı inzibati iş 2-1(116)-1044/2022 saylı inzibati işə birləşdirildiyindən 2-1(116)-1044/2021 saylı inzibati iş üzrə icraata xitam verilir. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar