Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1045/2024 08.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, üçüncü şəxs X3 cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Ağsu Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 16 saylı və 08 noyabr 2018-ci il tarixli 23 saylı qərarının və ünvan 1 ünvanında yerləşən **********35 reyestr nömrəsi olan 0.0468 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Ağsu Bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ ilə 55 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 16 saylı və 08 noyabr 2018-ci il tarixli 23 saylı qərarının və ünvan 1 ünvanında yerləşən **********35 reyestr nömrəsi olan 0.0468 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Ağsu Bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ ilə 55 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış şıxarışın vəğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1111/2024 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia ərizəsinə əsasən “Torpaq İslahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Ağsu Rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü ıl tarixli 01 saylı qərarı ilə Ağsu şəhərində fərdi yaşayış evi tikintisi üçün iddiaçının mülkiyyətinə 0.05 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair adına Ağsu rayon sabiq Torpaq şöbəsi tərəfindən JN-312A kod-40901004 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, torpaq sahəsinin cizgisi (planı) və qaiməsi (sertifikatı) tərtib edilərək 394 nömrə ilə qeydə alınmışdır. Mülkiyyətinə verilmiş 0.05 ha ölçüdə torpaq sahəsi torpaq ayırıb təhkim etməyə səlahiyyəti olan şəxslər tərəfindən ölçülərək verilmişdir. Torpaq sahəsi əldə etsə də, maddi imkansızlığa görə tikinti işləri apara bilməmişdir. Həmin vaxtdan təxminən bir neçə gün sonra torpaq sahəsinə gəldikdə çəkdiyi çəpərin sökülməsini və torpaq sahəsinə mişar daşı töküldüyünü gördü. Aydın oldu ki, torpaq sahəsində tikinti işləri aparmaq istəyən şəxs Nazzar Rəfiyevadır. Həmin qadından daş gətirib tökdüyü və tikinti işləri aparmaq istədiyi sahənin ona məxsus olduğunu bildirdikdə həmin qadın torpağı Ağsu rayon Dövlət Notariat Ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə əldə etdiyini bildirdi. Torpaq sahəsinin iddiaçının xəbəri olmadan Ağsu Bələdiyyəsi tərəfindən qanunsuz olaraq satıldığını öyrəndi və məlum oldu ki, Ağsu Bələdiyyəsi ilə Nazzar Rəfiyeva arasında 01 aprel 2019-cu il tarixdə 4ə-162 nömrəli reyestr üzrə Daşınmaz Əmlakın Alqı-satqısına dair AN-İN-0749640 olan müqavilə rəsmiləşdirilmişdir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi idarəsinə müraciət edərək ünvan 2 ünvanda yerləşən **********35 reyestr nömrəsi olan 0.0468 ha torpaq sahəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Ağsu bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 55 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsini xahiş etdi. Lakin cavabdeh inzibati orqan AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 15 notyabr 2023-cü il tarixli **********41 saylı məktubu ilə bundan imtina edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il tarixdə Ağsu Bələdiyyəsinin adına qeydiyyata alınmış ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsini xahiş etmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi “ Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Qeydiyyat orqanının hər hansı bir şəxsin sənədinin ləğv etməyə səlahiyyəti yoxdur.Bu səbəbdən İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdeh 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. JN-3125A KOD 40901004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
3. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-cı il tarixli 2(107) 43/2021 saylı qərardadının surəti.
4. Şəki İnzibatı Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1 (116)-56/2022 nömrəli qərarı;
5. Şəki Apellyasiya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(107)-47/2023 saylı qərardadı. Əsaslandırma hissəsi:
İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Ağsu Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 16 saylı və 08 noyabr 2018-ci il tarixli 23 saylı qərarının və ünvan 1 ünvanında yerləşən **********35 reyestr nömrəsi olan 0.0468 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Ağsu Bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ ilə 55 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağsu bələdiyyəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 0.05 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilməsi qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci ıl tarixli çıxarışla ünvan 3 ünvanında yerləşən 0.0468 ha torpaq sahəsi üzərində Ağsu bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 01,04.2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən 0.0468 ha torpaq sahəsi Ağsu bələdiyyəsi tərəfindən X1. xx.xx.2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Ağsu şəhəri, Ziya Bünyadov küçəsi. Vİ paralel, 14 ünvanında yerləşən 0.0468 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı hazırkı iddia tələbi ilə daha əvvəl də məhkəməyə müraciət etmişdir. Şəki İnzibatı Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1 (116)-56/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Ağsu Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 16 saylı və 08 noyabr 2018-ci il tarixli 23 saylı qərarları ləğv edilmişdir.Verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(107)- 47/2023 saylı qərardadı ilə qismən təmin edilərək iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(107)-47/2023 saylı qərardadında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin Ağsu bələdiyyəsi tərəfindən X2 ilə bağlı olan 08 noyabr 2018-ci il tarixli qərarı xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verildiyindən, həmin çıxarış iddiaçı tərəfindən mubahisələndırilmədiyindən və hazırda da qüvvədə olduğundan, bələdiyyənin xx.xx.2017ci il tarixli 16 saylı və 08.11,2018-ci il tarixli 23 saylı qərarlarının ləğv edilməsi ilə bağlı hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçı müxtəlif cavabdehlərə qarşı iddia tələbini bir iddia ərizəsində təqdim etmişdir.İddiaçı yuxarıda qeyd olunan Ağsu Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 16 saylı və 08 noyabr 2018-ci il tarixli 23 saylı qərarlarını yenidən mübahisələndirməklə yanaşı,həmin qərar əsasında qeydə alınmış hüququ da qeydiyyat orqanına qarşı mübahisələndirmişdir. Göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir :
1. Ağsu Bələdiyyəsiniə qarşı cavabdehin xx.xx.2017-ci il tarixli 16 saylı və 08 noyabr 2018-ci il tarixli 23 saylı qərarlarının ləğvi (mübahisələndirmə növündə iddia).
2. ünvan 1 ünvanında yerləşən **********35 reyestr nömrəsi olan 0.0468 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Ağsu Bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ ilə 55 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması (öhdəliyin icrası növündə iddia).
İddiaçıya hüquqi yardım qaydasında izah olunur ki, Ağsu bələdiyyəsinin xx.xx.2017ci il tarixli qərarı ilə mübahisəli 0.05 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilməsi qərara alındığından həmin qərar mübahisələndirilə bilər.Hazırkı iddia tələbində göstərilən digər tələblərin irəli sürülməsi həmin qərarın qanuniliyinə hüquqi qiymət verildikdən sonra mümkündür. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddiaçı cavabdehlər Ağsu Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 16 saylı və 08 noyabr 2018-ci il tarixli 23 saylı qərarının və ünvan 1 ünvanında yerləşən **********35 reyestr nömrəsi olan 0.0468 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Ağsu Bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ ilə 55 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Fəxri Hacızadə