Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1046/2025 14.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək təhsil aldığı müddətin və xx.xx.1976-cı, xx.xx.1978-ci, xx.xx.1991-ci xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci ilədək işlədiyi müddətlərin sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək təhsil aldığı müddətin və xx.xx.1976-cı, xx.xx.1978-ci, xx.xx.1991-ci xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci ilədək işlədiyi müddətlərin sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx xxxx 1959-cu il tarixdə Şuşa şəhərində anadan olmuşdur. İşlədiyi “xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı ilədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla" (17 il 4 ay 7 gün) cavabdeh tərəfindən sığorta stajına hesablanması qeyd edilir. İddiaçı, xx.xx.1975-ci il tarixdən xx.xx.2000-ci ilədək işləmişdir. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. xx.xx.2021-ci il tarixdən Zaqatala şəhər 14 nömrəli Yol İstismarı MMC-də sürücü işləyir. Lakin, cavabdeh xx.xx.1976-cı, xx.xx.1978-ci. xx.xx.1991-ci, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci ilədək iş stajını nəzərə almır. Bundan başqa cavabdeh xx.xx.1975-xx.xx.1976-cı ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsində təhsil aldığı il nəzərə almamışdır. 09 iyul 2024-cü il tarixdə 65 yaşı tamam olmuş və pensiya hüququ yaranmışdır. Bu hüququnu həyata keçirmək üçün iddiaçı 16 saylı DSMF-nun Zaqatala rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh pensiya təyin etməkdən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müqdafıə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəz Filialının xx.xx.2024-cü il il tarixli imtina məktubunda göstərmişdir ki, təqdim edilən sənədlərə əsasən sığorta stajı (xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı ilədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 17 il 4 ay 7 gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Z-184441/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının sosial sığorta stajı (10.11,1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 17 il 4 ay 7 gün təşkil edir. Sözügedən məktuba əsasən, iddiaçının xx.xx.1976-xx.xx.1978-ci illərdə, xx.xx.1991- xx.xx.1997-ci illərdə və xx.xx.1997-xx.xx.2000-ci illərdə işlədiyi dövrlər əmək kitabçasının doldurulma qaydaları pozulduğundan mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, iddiaçının xx.xx.1976-cı ildə tarixdə işə daxilolma və xx.xx.1978-ci il tarixdə işdən azadolma tarixləri qeyri-iş gününə təsadüf etməsi, xx.xx.1991-ci il tarixdə Bulaq kooperativində İşlədiyi vəzifə mühasib əvəzinə “buxalter” kimi qeyd edilməsi və xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Dizaynerlər İttifaqında işlədiyi dövrlərlə bağlı məlumatların kiril qrafikalı əlifba ilə yazılıb, latın qrafikalı möhürlə təsdiq edilməsi həmin qeydlərin mötəbərliyinə şübhə yaratmışdır. Qeyd olunanlardan məlum olduğu kimi, sözügedən qeylərin mötəbərliyinə əsaslı şübhələr olduğundan iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, 16.11,1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2000- ci il tarixədək işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Həmçinin nəzərinizə çatdırmaq istərdik ki, iddiaçı iddia ərizəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı müddətin sığorta stajına daxil edilmədiyini qeyd etsə də, iddiaçı əmək kitabçasına əsasən 01,07.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək fəhlə vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə iddiaçının işlədiyi dövrlər təhsil aldığı dövrləri əhatə etdiyindən, təhsil müddətinin yenidən sığorta stajına daxil edilməsi mümkünsüzdür. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1959cu il təvəllüdlüdür.
3. İddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçası.
4. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bileti.
5. İddiaçıya məxsus 30/712 nömrəli attestat.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2024-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1959-ci ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlili iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Cavabdeh tərəfindən qəbul edilən sosial sığorta stajı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının qəbul edilən sosial sığorta stajı 17 il 4 ay 7 gün təşkil edir. Məhkəmə tərəfindən cavabdeh tərəfindən qəbul edilən dövrlərin mötəbərliyi məhkəmə araşdırması ilə təsdiq edilməklə bərabər bütün dövr araşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçının işlədiyi dövrlərin bir hissəsi qəbul edilməmişdir. Cavabdeh xx.xx.1976-xx.xx.1978-ci, xx.xx.1991- xx.xx.1997-ci və xx.xx.1997-xx.xx.2000ci illərdə işlədiyi dövrləri əmək kitabçasının doldurulma qaydaları pozulduğundan mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. İddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasının 8-ci səhifəsində aparılmış qeyddən görünür ki,o xx.xx.1991-ci il tarixində “Danaçı-Bulaq” Kooperativində mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixinə kimi həmin vəzifədə işləmişdir.Əmək kitabçasında “mühasib” əvəzinə “buxalter” yazılmasının iddiaçının yerinə yetirdiyi əmək funksiyasına,işlədiyi dövrlərin mübahisələndirilməsinə hər hansı hüquqi və faktiki əsası mövcud olmadığı halda cavabdeh tərəfindən sözügedən dövr ( 5 il 6 ay 8 gün) əsassız olaraq iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Məlumdur ki,uzun müddət ərzində sənədləşdirmə işləri və kargüzarlıq qaydaları rus dilində aparılmışdır.Bu baxımdan da sözügedən hal əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini istisna edən hal kimi qiymətləndirilə bilməz. Digər mübahisələndirilən dövrə münasibətdə məhkəmə qeyd edir ki,Əmək kitabçasının 10-cu səhifəsində aparılmış qeydə əsasən iddiaçı xx.xx.1997-ci il tarixli,65 nömrəli X2 8 saylı trestində mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci il tarixinədək ( 2 il 7 ay 20 gün) həmin müəssisədə işləmişdir.Cavabdeh sözügedən əmrlərin kirill qrafikalı əlifba ilə yazılması əsası ilə mübahisələndirsə də məhkəmə həmin dəlili əsassız hesab edir. 25 dekabr 1991-ci il tarixində artıq "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə” Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 34 nömrəli Qərarı qəbul olunmuşdur. Bu baxımdan, 1992-1993-cü illərdə yazılarında latın qrafikası ilə yazılara təcrübədə rast gəlinməsi qanunazidd və zamana münasibətdə belə yazılara rast gəlinməsi heyrət doğura və mümkünsüz hesab oluna bilməz...Həmçinin müvafiq qeydlərin idarədə onu yazan kadrlar şöbəsinin əməkdaşının dil və əlyazma vərdişlərindən irəli gələn subyektiv xətanın nəticəsi olması da istisna edilmir. Ən azından, əmək kitabçasının qeydlərində iddiaçının sözügedən müəssisədə işə qəbul tarixi, vəzifəsi və işə daxil olma və işdən çıxma tarixlərini əks etdirən əmrin tarixi və nömrəsi mövcuddur və bütün bu yazılar qaralamalara yol verilmədən təsbit olunmuş və müəssisənin “Kiril” əlifbasına malik dairəvi möhürü ilə təsdiq olunmuşdur (oxşar hallara dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-862/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı mövcudur). Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilir ki, iddiaçıya məxsus iddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasına mübahisələndirilməyən 17 il 4 ay 7 gün sosial sığorta stajı yuxarıda qeyd olunan müddətlə (8 il 1 ay 28 gün) birlikdə 25 il 6 ay 5 gün təşkil edir ki,bu da tələb olunan 25 il məcburi sığorta stajından artıqdır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.