Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1047/2021 24.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (üçüncü şəxs: X2) “14.07.2020-ci il tarixdə X1 xüsusi mülkiyyətinə verilən ********** nömrəli ümumi sahəsi 77.90 kv.metr, ********** nömrəli sahəsi 70.05 kv.metr, ********** nömrəli sahəsi 103.20 kv.metr olan 3 fərdi yaşayış evinə verilən çıxarışların ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (üçüncü şəxs: X2) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “14.07.2020-ci il tarixdə X1 xüsusi mülkiyyətinə verilən ********** nömrəli ümumi sahəsi 77.90 kv.metr, ********** nömrəli sahəsi 70.05 kv.metr, ********** nömrəli sahəsi 103.20 kv.metr olan 3 fərdi yaşayış evinə verilən çıxarışların ləğv edilməsinə dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya 16.06.2021-ci il tarixli yardım məktubu göndərilmiş və nəzərinə çatdırılmışdır ki, qeyd olunan iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdə onun cavabdeh kimi qeyd etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməsi, müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Həmçinin cavabdehi düzgün qeyd etməmişdir. Belə ki, onun iddiası üzrə cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi ola bilər. Buna görə də qeyd etdiyi tələblə ilk növbədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət etməlidir. Əgər həmin idarə tərəfindən müraciətindən imtina olunarsa sözügedən tələblə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlarla bağlı münasibət bildirməsi üçün məhkəmə iddiaçıya 10 (on) gün müddətində vaxt təyin etmişdir. İddiaçı2 yardım məktubunu aldıqdan sonra məhkəməyə 24 iyun 2021-ci il tarixdə AZ0900/********** nömrəli teleqram ünvanlayaraq, tələb olunan sənədi əldə edib yenidən müraciət edə bilməsi üçün iddia ərizəsini icraata qəbul etmədən iddia ərizəsinə əlavə etdiyi sənədlərin əslini özünə qaytarılmasını xahiş etmişdir. Məhkəmə teleqramı iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, iddia tələbindən imtina etməməklə yardımda qeyd olunan hallara əsasən iddia tələbinə hazırki vəziyyətdə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülməsi barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (üçüncü şəxs: X2) “14.07.2020-ci il tarixdə X1 xüsusi mülkiyyətinə verilən ********** nömrəli ümumi sahəsi 77.90 kv.metr, ********** nömrəli sahəsi 70.05 kv.metr, ********** nömrəli sahəsi 103.20 kv.metr olan 3 fərdi yaşayış evinə verilən çıxarışların ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1047/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1047/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver