Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1047/2024 13.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı, İddiaçının vəkili X1 Cavabdehin vəkili X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 57№-li qərarının ləğv edilməsi nəzərdə tutulan qərarın, xx.xx.2007-ci il tarixli 57 №-li müqaviləyə aid kadastr xəritəsinə uyğun olaraq, torpaqların təyinatının dəyişdirilməyən hissəsində ləğv edilməsi haqqında, həmin 57 №-li qərar əsasında bağlanmış 57 №-li “torpaq icarəsi” haqqında müqaviləyə xitam verilməsini nəzərdə tutan Cavabdeh başçısının qərarının, kadastr xəritəsi üzrə torpaqların təyinatının dəyişdirilməyən hissəsində ləğv edilməsi haqqında, 57 №-li müqavilənin kadastr xəritəsində göstərilmiş otlaq torpaq sahələrinin X2 icarəsinə verilməsi haqqında Cavabdeh başçısının qərarınını ləğv edilməsi haqqında qərar qəbul edilməsi” tələbi barədə iddia ərizəsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi üzrə mümkünlük məsələsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq,şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 57№-li qərarının ləğv edilməsi nəzərdə tutuan qərarın, xx.xx.2007-ci il tarixli 57 №-li müqaviləyə aid kadastr xəritəsinə uyğun olaraq, torpaqların təyinatının dəyişdirilməyən hissəsində ləğv edilməsi haqqında, həmin 57 №-li qərar əsasında bağlanmış 57 №-li “torpaq icarəsi” haqqında müqaviləyə xitam verilməsini nəzərdə tutan Cavabdeh başçısının qərarının, kadastr xəritəsi üzrə torpaqların təyinatının dəyişdirilməyən hissəsində ləğv edilməsi haqqında, 57 №-li müqavilənin kadastr xəritəsində göstərilmiş otlaq torpaq sahələrinin X2 icarəsinə verilməsi haqqında Cavabdeh başçısının qərarınını ləğv edilməsi haqqında qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 57 saylı sərəncamı ilə 269 ha torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Mübahisələndirilən xx.xx.2018-ci il tarixli sərəncama əsasən sözügedən sərəncam ləğv edilmişdir. Mübahisələndirilən Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 58 saylı sərəncamına əsasən 100 ha torpaq sahəsi 15 il müddətinə X3 icarəyə verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, Zərdab rayonunun inzibati ərazisinə daxil olan X10 Fondundan 269 hektar torpaq sahəsi 15 il müddətinə heyvandarlığın inkişaf etdirilməsi məqsədilə Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 57 saylı sərəncamına əsasən İddiaçı icarəsinə verilmiş və o, xx.xx.2018-ci il tarixədək həmin torpaq sahəsindən istifadə etmişdir. Lakin İddiaçı 2016-cı ildən sonra heç bir üzürlü səbəb olmadan icarə vergisini ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 7-ci bəndinə əsasən torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan bir il müddətində ödənilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarına xitam verilir. 17 sentyabr 2016-cı il tarixdə Sabirabad rayonunda keçirilən pambıqçılığı inkişafına dair respublika müşavirəsində cənab prezident ilham Əliyev tərəfindən verilən tapşırıqların icrasını təmin etmək məqsədilə pambıq əkini üçün Zərdab rayonunda 3000 {üç min) hektar torpaq sahəsinin ayrılması məqəsdəuyuğun hesab edilmişdir. Məhz bu səbəbdən X10 Fondundan 3000 (üç min) hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə keçirilməsinə təlabat yaranmışdır. İddiaçı icarəsində olan 269 hektar torpaq sahəsi də əsasən təyinatı dəyişdirilməsi nəzərdə tutulan 3000 (üç min) hektar torpaq sahəsinə daxil olduğundan və Torpaq Məcəlləsinin 73-cü maddəsinin 7-ci bəndinin tələbləri pozulduğundan onunla bağlanmış 10.12,2007-ci il tarixli 57 nömrəli icarə müqaviləsinə Rayon icra hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 55 nömrəli sərəncamına əsasən xitam verilmişdir. Cavabdeh başçısı tərəfindən 07 oktyabr 2016-cı il tarixlİ 01/741 nömrəli və 19 dekabr 2016-cı il tarixli 01/926 nömrəli məktublarla Azərbaycan Respublikasının Baş Nazirinə müraciət edilərək Azərbaycan Respublikasının prezidenti cənab ilham Əliyevin əkinə yararlı əlavə torpaqların əkin dövriyyəsinə daxil edilməsi barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə rayonun Bəyimli qəsəbəsi ərazisində yerləşən dövlət torpaq fondunun əkinə yararlı 8100 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək əkinçilik üçün is Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci ii tarixli 385 s nömrəli sərəncamı ilə sözügedən 3000 hektar örüş təyinatlı torpaq sahəsinin kateqoriyası dəyişdirilərək əkin dövriyyəsinə daxil edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51 -ci maddəsinin 3-cü və 6-cı bəndlərim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 385 s nömrəli sərəncamını və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi X5 idarəetməsinin X9 Agentliyinin 07 iyun 2017-ci il tarixli **********76 nömrəli məktubunu nəzərə alaraq İ.Bəxışovun icarəsində olmuş 269 hektar torpaq sahəsinin xeyli hissəsi də daxil olmaqla təyinatı dəyişdirilmiş 3000 hektar torpaq sahəsi "AQROBAZ “ MMC-yə uzunmüddətli (49 il) icarəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən “Azərsu" Açıq Səhimdar Cəmiyyəti tərəfindən həmin əraziyə 15 km uzunluğunda su xətti çəkilmişdir, Vaxtilə İddiaçı icarəsində olmuş torpaq sahəsinin bir hissəsi də daxil olmaqla X10 Fondundan 100 hektar torpaq sahəsi Cavabdeh başçısının xx.xx.2018-ci it tarixli 58 saylı sərəncamına əsasən X3 icarəyə verilmişdir. Bu səbəbədən İddiaçı sözügedən sərəncamın ləğvinə dair Şəki inzibati məhkəməsinə müraciət etmişdir. Yuxanda qeyd olunanları nəzərə alaraq, İddiaçı tərəfindən Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 58 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qərar çıxarılmasım xahiş edirəm. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraz məktubunda iddiaçının müvafiq qərarın müddəti ötürməklə mübahisələndirildiyini bildirərək iddianın sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə iclasında iddiaçı və onun vəkilinə hüquqi yardım qaydasında iddianın mümkünlük şərtlərinə cavab vermədiyi izah olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində deyilir ki, Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının tələbi iki hissədən ibarətdir. İddianın hər iki hissəsi üzrə tələb mübahisələndirmə haqqında iddia növündədir. Tələbin birinci hissəsi Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli sərəncamının, ikinci hissəsi xx.xx.2018-ci il tarixli 58 saylı sərəncamının ləğv edilməsindən ibarətdir. Mübahisələndirilən xx.xx.2018-ci il tarixli sərəncama əsasən iddiaçıya 269 ha torpaq sahəsinin icarəyə verilməsini nəzərdə tutan Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 57 saylı sərəncamı ləğv edilmişdir. Mübahisələndirilən sərəncam xx.xx.2018-ci il tarixli olmaqla iddia müddəti ötürülmüşdür. İddia ərziəsinin məzmunundan görünür ki, iddiaçının həmin qərardan daha əvvəl məlumatı olmuşdur. Cavabdeh tərəfindən təqdim olunan sənəd və sübutlara əsasən də iddiaçının həmin sərəncamdan məlumatlı olduğu öz təsdiqini tapır.Göründüyü kimi müddətin bərpasına dair iddiaçının sübutları əsaslı olmadığından,müddətin keçməsi üzrlü hesab edilmədiyindən iddia müddəti bərpa edilməli deyildir. İddiaçı məhkəmə iclasında icarə müqaviləsinə əsasən istifadəsində olmuş torpaq sahəsinin bir hissəsindən hazırda da istifadə etdiyini,lakin 2018-ci ildən sonra hər hansı icarə haqqı ödənişi etmədiyini bildirmişdir.Bunun səbəbi ilə bağlı verilən suala əsasən isə həmin torpaq sahələrinin "AQROBAZ” MMC-yə icarəyə verilməsi məsələsi ortaya çıxdıqdan sonra müqavilənin ləğv edildiyini,sonradan isə əvvəl onun icarəsində olmuş torpaq sahəsinin bir hissəsinin digər şəxsə icarəyə verildiyini bildirmişdir. Mübahisələndirilən Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 58 saylı sərəncama əsasən 100 ha torpaq sahəsi 15 il müddətinə X3 icarəyə verilmişdir. İddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd olunur ki, cavabdehin həmin sərəncamının ləğv edilməsinə dair iddia qaldırmaq üçün iddiaçının hüquqi subyektiv mövcud deyil.Belə ki,sərəncama əsasən icarəyə verilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla icarə müqaviləsinin bağlanmasına dair sərəncam vermək səlahiyyəti cavabdehə məxsusdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunan hallar onu deməyə əsas verir ki, iddiaçının hazırda mübahisələndirdiyi qərardan onun qəbul edilməsindən məlumatı olmuşdur. İşdə olan, iddiaçının inzibati orqanlara etdiyi müraciətlərinin məzmunu da bir daha onu deməyə əsas verir ki, iddiaçı, mübahisələndirilən qərardan və onun məzmunundan məlumatlı olmasına baxmayaraq, ötən müddət ərzində heç bir üzürlü səbəb olmadan sözügedən qərarı mübahisələndirməmişdir. İnzibati işin məhkəmə araşdırması zamanı həmin qərarın mübahisələndirilməsi ilə bağlı müddətin üzürlü səbəblərdən buraxılmasına dair heç bir sübut təqdim etməmiş, bununla da İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürülmüşdür. Qeyd olunan hal iddia iddianın mümkün sayılmaması üçün əsasdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2007-ci il tarixli 57№-li qərarının ləğv edilməsi nəzərdə tutuan qərarın, xx.xx.2007-ci il tarixli 57 №-li müqaviləyə aid kadastr xəritəsinə uyğun olaraq, torpaqların təyinatının dəyişdirilməyən hissəsində ləğv edilməsi haqqında, həmin 57 №-li qərar əsasında bağlanmış 57 №-li “torpaq icarəsi” haqqında müqaviləyə xitam verilməsini nəzərdə tutan Cavabdeh başçısının qərarının, kadastr xəritəsi üzrə torpaqların təyinatının dəyişdirilməyən hissəsində ləğv edilməsi haqqında, 57 №-li müqavilənin kadastr xəritəsində göstərilmiş otlaq torpaq sahələrinin X2 icarəsinə verilməsi haqqında Cavabdeh başçısının qərarınını ləğv edilməsi haqqında qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1047/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1047/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver