Məhkəmə qərarları › İş №2-1(116)-1048/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1048/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1048/2020 01.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X5, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət X17 publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi 2003-2017-ci illəri əhatə edən müddətin sosial sığorta stajına daxil edilməsi, yaşa görə əmək pensiyasını təyin edilməsi, pensiya hüququnun 2015-ci ilin iyun ayında yarandığını nəzərə alaraq pensiya təyinatı ilə bağlı cavabdehə ünvanladığı rəsmi müraciətinin tarixindən, yəni 2020-ci ilin mart ayından əvvəlki üç il üçün pensiyanın müvafiq artımlar da nəzərə alınmaqla hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx xxxxxxx 1957-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. Hazırda da faktiki olaraq həmin ünvanda yaşayır və orada qeydiyyatdadır. 1986-1991-ci illərdə, yəni 5 (beş) il ərzində X18 toxucu işləmişdir. 1991-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Bu barədə əmək kitabçasında müvafiq qeyd öz əksini tapmışdır. Şəki Rayon Aqrar İslahatı Komissiyasının 1999-cu il 30 aprel tarixli 08 saylı qərarı ilə ailəsinə kənd təsərrüfatı təyinatlı 0.45 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin mülkiyyətçilərindən biridir. Bu fakta dair LN:929 (kod 40401018) saylı dövlət aktı və RX seriyalı, ******* nömrəli çıxarış var. Sözügedən torpaq sahəsinin digər mülkiyyətçiləri əri X9 və oğlu X3. Əri X10 İİ qrup əlildir və xx xxxxxx 2003-cü ildən 911566 nömrəli pensiya işi üzrə pensiya alır. Bu məlumat Azərbaycan Respublikasının Əmək və X12 Nazirliyi yanında Cavabdeh xx xxx 2020-ci il tarixli, ******* nömrəli arayışında öz təsdiqini tapmışdır. Oğlu X7 uzun müddətdir Rusiya Federasiyasında yaşayır və orada fərdi əməklə məşğul olur. İddiaçı hazırda yuxarıda qeyd etdiyi ünvanda əri ilə bigə yaşayır. Bu fakt Şəki şəhər İcra Hakimiyyəti başçısının X4 xx xxx 2020-ci il tarixli, 516 nömrəli arayışında öz təsdiqini tapmışdır. Barəsində bəhs etdiyi torpaq sahəsi iddiaçıya verildikdən təxminən bir neçə il sonra kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə iddiaçı həmin sahədən istifadə etməyə başlamışdır. 2002-2017-ci illər ərzində mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən fiziki şəxs kimi sosial sığorta haqqı ödəmişdir. Bunu iş materiallarında olan ödəniş qəbzlərinin surətləri müəyyən edir. İddiaçı cavabdeh orqana yaşa görə əmək pensiyası almaq hüququ yarandıqdan sonra müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının 25 il sosial sığorta stajı və ya tələb olunan sığorta kapitalının olmaması səbəbindən bundan imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, xx.xx.2010-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən 57 yaşına çatmış qadınların azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 7-ci maddəsində olan qeydə əsasən qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılır. Bu maddəyə əsasən, iddiaçı X1 2015-ci ilin iyun ayında 57 yaş 6 ayı tamam olduğu üçün yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün yaş həddi xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaş 6 ayı tamam olmuş qadınların (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddəyə əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sosial sığorta stajı və ya 16742.88 manat pensiya kapitalı tələb olunur. İddiaçının əmək kitabçasına əsasən sosial sığorta stajı 4 il 7 ay 19 gün təşkil edir. Vətəndaş xx.xx.2019-cu il tarixdə şöbəyə müraciət edərək, kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta (MDSSH) ödədiyini, lakin həmin məbləğlərin onun fərdi hesabına işlənilmədiyini bildirmişdir. Bunun səbəbi 2006-2016-cı illərdə vətəndaşın ödədiyi MDSSH ödənişləri barədə illik B3 hesabatını təqdim etməməsi olmuşdur. Buna görə də iddiaçının 2006-cı ildən sonra nə qədər sosial sığorta stajı olması barədə məlumat təqdim edə bilmirlər. İddiaçı ərizəsində 20 il stajının olmasını qeyd etmişdir. Lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində əsasən, ona yaşa görə əmək pensiyası təyini üçün azı 25 il staj tələb olunur. İş materiallarında olan iddiaçının ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, o, 1986-1991-ci illərdə X18 toxucu işləmişdir. İş materiallarında olan JN-9xx xxx 40401018 nömrəli “Torpaqların mülkiyyət hüququna dair akt”ın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının istifadə edərək sosial sığorta ödədiyi 0.45 ha torpaq sahəsi onun həyat yoldaşı X6 mülkiyyətindədir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar verilməsini xahiş etdi İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara MDSS haqqı üçün mədaxil qəbzlərinin surətləri, ******* nömrəli əmək kitabçasının surəti, JN-929 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət Aktı” və ona əlavə edilmiş çıxarışın təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli etiraz məktubu aiddir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək Pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş və onun 60 yaş 6 ayı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinin qeydinə əsasən qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılır. Bu maddəyə əsasən, iddiaçı X1 2015-ci ilin iyun ayında 57 yaş 6 ayı tamam olduğu üçün yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün yaş həddi xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaş 6 ayı tamam olmuş qadınların (xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddəyə əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sosial sığorta stajı və ya 16742.88 manat pensiya kapitalı tələb olunur. İddiaçının əmək kitabçasına əsasən sosial sığorta stajı 4 il 7 ay 19 gün təşkil edir. Vətəndaş xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət edərək, kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta (MDSSH) ödədiyini, lakin həmin məbləğlərin onun fərdi hesabına işlənilmədiyini bildirmişdir. Bunun səbəbi 2006-2016-cı illərdə vətəndaşın ödədiyi MDSSH ödənişləri barədə illik B3 hesabatını təqdim etməməsi olmuşdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələb olunan 25 il sığorta stajına malik olmadığından ona sığorta stajına görə pensiya təyin edilə bilməz. Bunlardan başqa məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixdən 2018-ci ildə pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 16742,88 manat təşkil etmiş və 2018-ci ildə xx.xx.2006-cı il tarixədək qazanılmış iş stajının hər ili üçün 701,48 manat pensiya kapitalı hesablanır. Bu da onu deməyə əsas verir ki, iddiaçının pensiya kapitalının müəyyən edilməsi üçün onun iş stajı 701,48 manata vurulmaqla pensiya kapitalı müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının cəmi 4 il 7 ay 19 gün sosial sığorta stajı müəyyən olunur ki, bu da tələb olunan 16742,88 manat pensiya kapitalından az olduğundan onun pensiya kapitalına görə də pensiya hüququ yaranmır. Həmçinin məhkəmə qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X12 Nazirliyinin tabeliyində Dövlət X17 publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi 2003-2017-ci illəri əhatə edən müddətin sosial sığorta stajına daxil edilməsi, yaşa görə əmək pensiyasını təyin edilməsi, pensiya hüququnun 2015-ci ilin iyun ayında yarandığını nəzərə alaraq pensiya təyinatı ilə bağlı cavabdehə ünvanladığı rəsmi müraciətinin tarixindən, yəni 2020-ci ilin mart ayından əvvəlki üç il üçün pensiyanın müvafiq artımlar da nəzərə alınmaqla hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar