Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1049/2021 12.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı Cavabdeh Qəyyumluq və himayəçilik şöbəsinə qarşı "nəvəsi X1 ona qəyyumluğa verilməsi" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: Göyçay şəhəri Natəvan küçəsi ev 8-də yaşayan İddiaçı Cavabdeh Qəyyumluq və himayəçilik şöbəsinə qarşı "nəvəsi X1 ona qəyyumluğa verilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan normalardan göründüyü kimi, inzibati məhkəmələr yalnız inzibati mübahisələrə dair işlərə baxırlar və məhkəməyə daxil olmuş iş inzibati mübahisələrə dair olmadıqda, həmin iddia mümkün sayılmır. Hazırkı iddia ərizəsindən göründüyü kimi, iddiaçının iddia tələbi nəvəsi X1 ona qəyyumluğa verilməsi tələbi kimi ifadə edilmiş və cavabdeh kimi Cavabdeh Qəyyumluq və himayəçilik şöbəsi göstərilmişdir. Əvvəla məhkəmə qeyd edir ki, Cavabdehndə Qəyyumluq və himayəçilik şöbəsi adlanan struktur bölməsi mövcud deyil. Digər tərəfdən isə, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun preambulasında deyilir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsində inzibati aktın anlayışı verilmişdir. Həmin maddəyə görə, inzibati akt -- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İddiaçının hazırkı iddia ərizəsindən isə aydın şəkildə müəyyən olunur ki, o, cavabdeh qismində Cavabdeh Qəyyumluq və himayəçilik şöbəsini göstərsə də, irəli sürdüyü tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aiddir. Belə olan halda, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə mümkün sayıla bilməz. Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli məktubu ilə həmin hallar iddiaçının diqqətinə çatdırılmış və bununla bağlı fikirlərini bildirməsi üçün 10 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və 22.06.2021-ci ildə imza etdirilməklə ona çatdırılmışdır. Lakin ötən müddət ərzində iddiaçı qeyd olunan məsələlərə münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmaması səbəbindən iddiaçının tələbi mümkün sayıla bilməz. Eyni hüquqi mövqe 2-1(102)-711/2020 nömrəli analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2020-ci il tarixli qərarında da ifadə edilmişdir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh Qəyyumluq və himayəçilik şöbəsinə qarşı "nəvəsi X1 ona qəyyumluğa verilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1049/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1049/2021
12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver