Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-105/2024 16.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Oğuz rayon X1 1998-ci il 26 may tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş J№- 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət Aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsi iddiaçıya verilmişdir.Bir müddən bundan əvvəl həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı tərəfindən aidyyəti üzrə Qəbələ ASAN Xidmət Mərkəzinə müraciətim əsasmda məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsi sənəd üzrə koordinatları başqa vətəndaşlara məxsus pay torpaqları ilə üstüstə düşür (arayışa əsasən). Bununla da hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçıya hazırkı iddia ərizəsində göstərilən tələbinə, yəni JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktının koordinatlarının dəyişdirilmədi və əvvəlcədən mülkiyyətinə verilmiş 5.52 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinə dair işə mahiyyəti üzrə baxıldığı, ifadə formasının dəyişdirilməsinə baxmayaraq hüquqi marağının eyni qalması, bu səbəbdən də iddianın mümkünlüyü barədə məhkəmənin hüquqi mövqeyi izah olunmuşdur. İddiaçının iştirakı ilə işin halları müzakirə edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı əvvəllər torpaq sahəsinə çıxarışın verilməsi tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə idda ərizəsi ilə müraciət etmiş və işə mahiyyəti üzrə baxılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2016-ci il 30 dekabr tarixli, 2-1(84)-948/2016 qərarı ilə təmin edilməmişdir : “Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə verilən “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən iddiaçının və onun ailə üzvlərinin birgə mülkiyyərinə 5.52 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda naturada mövcuddur. Lakin iddiaçı dövlət aktında göstərilən 5.52 ha torpaq sahəsindən deyil, başqa ərazidə yerləşən torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsinin də 2 ha-dan atıq hissəsi başqa şəxsin mülkiyyətindədir. Buna baxmayaraq öz adına olan Dövlət Aktının koordinatlarının faktiki istifadı etdiyi yerə uyğun dəyişdirilməsi barədə səlahiyyətli orqan tərəfindən verilmiş hər hansı sənəd mövcud deyildir. Qeyd olunanlara əsasən iddia əsassız hesab edilmişdir”. Həmin işdən verilmiş apellyasiya şikayətinə baxılmış, Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli 2-2(107)-116/2017 nömrəli qərarına əsasən JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktının koordinatlarının dəyişdirilməsi və əvvəlcədən mülkiyyətinə verilmiş 5.52 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə həvalə edilməsi tələbi təmin edilməmişdir. İddia ərizəsindən və əlavə edilən sənədlərdən müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Yəni, iddiaçı iddia tələbini və ifadə formasını fərqli təqdim etməsinə baxmayaraq nail olmaq istədiyi hüquqi nəticə və üzərində mülkiyyət hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsi eynidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Plenum Qərarında qeyd olunur ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Yuxarıda qeyd olunan halları və iddiaçının hüquqi marağını,nail olmaq istədiyi hüquqi nəticəni nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə müvafiq dəqiqləşdirmə aparılmasına zərurət mövcud olmamış, belə dəqiqləşdirmənin aparılması iddianın mümkünlük şərtlərinə təsir göstərməyəcəyindən hazırkı iddia ərizəsi çərçivəsində iddianın mümkünlüyünə hüquqi qiymət verilməlidir. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Yuxarıda qeyd olunanlardan göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş JN 299, Kod 40500018 olan “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət aktına əsasən cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 5.53 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(116)-105/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-105/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver