Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1051/2020 07.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı “1970, 1973-1983-cü illərdə Balakən rayon Əzizbəyov adına kolxozda işlədiyi 4 il 1 ay və xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək X4 Təsərrüfatı Mərkəzində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və hüququnun yarındığı xx.xx.2015-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1952-ci ildə Balakən rayon, Şərif kəndində anadan olmuşdur. Halhazırda Balakən rayon, Yeni Şərif kəndində yaşayır. 1970, 1973-1988-ci illərdə Balakən rayonunun “Əzizbəyov” adına kolxozda və xx.xx.1982-xx.xx.1996-cı illərdə X4 Təsərrüfatı Mərkəzində işləmişdir. Təqaüd yaşına çatdığından sənədlərini yaşa görə əmək pensiyası təyin edilməsi üçün ƏƏSMN yanında DSMF-nin Balakən rayon şöbəsinə təqdim etmiş, lakin yuxarıda qeyd etdiyi kolxoz və təşkilatda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən iddiaçıya şöbə tərəfindən əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “X2 Azərbaycan Respublikası qanununa əsasən bu qanun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir”. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1970, 1973-1983-cü illərdə Balakən rayon Əzizbəyov adına kolxozda işlədiyi 4 il 1 ay və xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək X4 Təsərrüfatı Mərkəzində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və hüququnun yarındığı xx.xx.2015-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazında bildirmişdir ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən 63 yaşı tamam olmuş onun yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən onun cəmi sığorta stajı aşağıdakı kimidir. Kolxozdakı dövrü: 4.il 1 ay mübahisələndirilir. Meşə təsərrüfatında: 13 il 3 ay mübahisələndirilir. Hərbi xidmət dövrü: 2 il mübahisələndirilmir. Cəmi: 19 il 4 ay təşkil etmişdir. Lakin İddiaçı kolxozdakı 4 il 1 ay və Meşə təsərrüfatındakı 13 il 3 ay cəmi 17 il 4 ay iş stajları əmək kitabçasında qeyd edilməmişdir. Bildiririk ki, xx.xx.2006-cı ildə qüvvəyə minmiş “X2” Azərbaycan Respublikasının Qanununa əsasən iş stajları əmək kitabçasına əsasən müəyyən edilir .Ona görə də həmin dövrlərin sığorta stajına daxil edilməsi qanuna uyğun olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq fondun Balakən rayon şöbəsi sizdən xahiş edir ki, İddiaçı iddiasını əsassız hesab edərək, təmin olunmaması barədə qərar çıxarasınız. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İşdə olan Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı 1970, 1973-1983-cü illərdə Balakən rayonu Yeni Şərif kənd sakini “Əzizbəyov” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli arayışından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən 63 yaşı tamam olmuş onun yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən onun cəmi siğorta stajı 19 il 4 ay təşkil edir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə 49 nömrəli əmrlə X4 Təsərrüfatı Mərkəzinə işə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə 19 nömrəli əmrlə işdən azad olunmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə 05 nömrəli verilmiş arayışda 1970, 1973-cü ildən 1988-ci ilədək qeyd edilmiş adam saatları və əmək haqları barədə məlumatlar yerində yoxlanıldı və düzgün olduğu müəyyən edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, X4 Təsərrüfatı Mərkəzinin xx.xx.2020-ci il tarixli 52 nömrəli arayışı, Balakən Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 05 nömrəli arxiv arayışı, DSMF-nin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli arayışı, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktları aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1970, 1973-1983cü illərdə Balakən rayon Əzizbəyov adına kolxozda işlədiyi 4 il 1 ay və xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək X4 Təsərrüfatı Mərkəzində işlədiyi dövr Balakən Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 05 nömrəli arxiv arayışı və Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktı ilə öz təsdiqini tapır. İş materiallarında olan DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2015-ci il tarixində yaşa görə əmək pensiyası hüququ yaranmış, Həmin tarixə görə əmək pensiyası təyin edilməsi üçün 12 il sığorta stajı tələb olunmuşdur. İddiaçının təqdim etdiyi sənədlərə əsasən 19 il 4 ay təşkil etmişdir. Lakin İddiaçı kolxozdakı 4 il 1 ay və Meşə təsərrüfatındakı 13 il 3 ay cəmi 17 il 4 ay iş stajları əmək kitabçasında qeyd edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “X2” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “X2” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun xx.xx.2015-ci il tarixində yaşa görə əmək pensiyası hüququ yaran zaman qüvvədə olmuş “X2” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə nəzərdə tutulmuş 12 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1970, 1973-1983-cü illərdə Balakən rayon Əzizbəyov adına kolxozda işlədiyi 4 il 1 ay və xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək X4 Təsərrüfatı Mərkəzində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və hüququnun yarındığı xx.xx.2015-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin üzərinə İddiaçı 1970, 1973-1983-cü illərdə Balakən rayon Əzizbəyov adına kolxozda işlədiyi 4 il 1 ay və xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək X4 Təsərrüfatı Mərkəzində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və hüququnun yarındığı xx.xx.2015-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1051/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1051/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver