Məhkəmə qərarları › İş №2-1(116)-1052/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1052/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1052/2022 29.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun 14 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli və həmin qərarla əlaqədar pul tələbinin icraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarlarının ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1966-cı ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 210 nömrəli qərarı ilə İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək İİ qrup əlilliyə görə 146,87 manat əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı xx.xx.2018-ci ildə təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edildiyi üçün pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu barədə Tibbi-Sosial Ekspertiza və X2 (TSERAS) məlumat yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarı ilə İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan dövr üzrə artıq ödənilmiş cəmi 2366,65 manat məbləğində əmək pensiyasının geri tələb edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının hesabına ödənilməsi qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarı ilə xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarın icraya yönəldilməsi və qərarın məcburi qaydada icra edilməsi üçün İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialına qarşı "artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli **********6 nömrəli və həmin qərarla əlaqədar pul tələbinin icraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarların ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, hər iki qərarın surəti bugünədək ona göndərilməmiş və təqdim olunmamışdır. O, qərarların surətlərini İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə çağırıldıqdan və məsələ ilə tanış olduqdan sonra sonuncudan əldə etmişdir. Ona ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi və əlilliyə görə əmək pensiyasına çıxarılması qanunsuz hesab edilsə, bu, onun təqsiri deyildir. Cavabdeh inzibati orqanın ona ödənilmiş əmək pensiyasının geri tutulması barədə qərar qəbul etmək səlahiyyəti yoxdur və bu orqan öz səlahiyyətlərindən kənara çıxmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1052/2022 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialı hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixli **********9 nömrəli etirazında bildirmişdir ki, İddiaçı iddia tələbi tam əsassızdır və bu səbəbdən təmin edilməməlidir. İddiaçının nümayəndəsi Nümayəndə2 şifahi məhkəmə baxışı zamanı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun 14 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli və həmin qərarla əlaqədar pul tələbinin icraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müəyyən edildi ki, iddia ərizəsində xx.xx.2021-ci il tarixli kimi göstərilmiş qərarın tarixi əslində xx.xx.2021-ci ildir və hazırda iddiaçının nümayəndəsi bu səhvi aradan qaldırmışdır. Ona görə də məhkəmənin xx.xx.2022-ci il tarixli şifahi məhkəmə baxışı iclasının protokol qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edildi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Tibbi-sosial ekspert komissiyasının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı ikinci dərəcəli əlillik təyin edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 210 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək İİ qrup əlilliyə görə 146, 87 manat əmək pensiyası təyin edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək olan dövr üzrə artıq ödənilmiş cəmi 2366,65 manat məbləğində əmək pensiyasının geri tələb edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının hesabına ödənilməsi qərara alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarından görünür ki, xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarın icraya yönəldilməsi və qərarın məcburi qaydada icra edilməsi üçün İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İş materiallarında mübahisələndirilən qərarların iddiaçıya təqdim (elan) olunmasını təsdiq edən sübut olmadığına görə məhkəmə iddia müddətinin buraxılmadığı qənaətinə gələrək iddianı mümkün hesab edir. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində deyilir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2018-ci ildə ikinci dərəcəli əlillik, xx.xx.2018-ci ildə isə əlilliyə görə əmək pensiyası təyin edilmiş, bundan sonra əlillik dərəcəsi etibarsız hesab edildiyi üçün xx.xx.2019-cu ildə əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı artıq ödənilmiş 2366,65 manat məbləğində əmək pensiyasının geri tələb edilərək 14 saylı regional ərazi filialının hesabına ödənilməsi qərara alınmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli qərarı ilə isə xx.xx.2021-ci il tarixli qərarın icraya yönəldilməsi və qərarın məcburi qaydada icra edilməsi üçün İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsindən göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının artıq ödənilmiş əmək pensiyasını geri tutmaq səlahiyyəti olmamışdır. O, bunu yalnız əmək pensiyaçısının razılığı ilə edə bilərdi, iddiaçı isə belə bir razılıq verməmişdir. Mübahisələndirilən inzibati aktları qəbul edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialının həmin aktları qəbul etmək səlahiyyəti olmadığından, həmin qərarlar artıq formal-hüquqi baxımdan qanunsuz olmuşdur. Buna görə də qərarların maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasına ehtiyac qalmır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun 14 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli və xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarları ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar